Mədəniyyətin, onun bölgüsünün rolu da böyükdür. Belə ki, XIX-XX əsrlərdə Qərbi Avropa və ABŞ-dan elmin nailiyyətlərinin Yaponiyaya gətirilməsi ona gətirib çıxardı ki, qısa vaxt ərzində, ikinci dünya müharibəsindəki məğlubiyyətinə baxmayaraq, Yaponiya dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildi.
Təəssüf ki, tarixdə əks xarakterli nümunələr də olmuşdur. Hakim sinfin həyata keçirdiyi tədric etmə siyasəti, ölkəyə yeni ideyaların daxil olmasının qarşısının alınması, yeni məhsulların gəlişinə qoyulan qadağalar, güclü dövləti viranlı vəziyyətə salmış, nəticədə sosial struktur və institutlar köhnəlmişdir. Tarixin təcrübəsi göstərir ki, mədəni yaradıcılıq sahəsindəki mütərəqqi ideyalar öz vaxtını artıq yaşamır, institutlar və sosial strukturlar hakimiyyət forması üçün təhlükə yarada bilər. Ona görə də mədəniyyətin inkişafı prosesi daim hakimiyyət və dövlət tərəfindən nəzarət altında olur. Elmin və texnikanın, ədəbiyyatın, incəsənət və fəlsəfənin inkişafının çoxəsrlik tarixi hakimiyyətin yeni ideyaların və nəzəriyyələrin təsdiq olunmasına müqavimət göstərməsinin – darvinizm, genetika, kibernetika, eyni zamanda texniki ixtiralar (buxar maşını, kompüter), incəsənətdə olan yeni meyllərin şahidi olmuşdur.
Bununla belə ictimai inkişafın nəzərdən keçirilən sosial ilkin şərtlərinin əhəmiyyətinə baxmayaraq nəzərə almaq lazımdır ki, bütün sosium, onu təşkil edən adamlar Yer planetinin biosferası tərkibinə daxil olan canlı orqanizmdir. Digər canlı varlıqlar kimi adamlar cazibə qüvvəsinin, elektromaqnit sahəsinin, kosmik şüaların, istilik dinamikasının təsirinə, hələ axıra qədər öyrənilməmiş nazik enerjilərin şüalanmasının təsirinə məruz qalırlar.
Sosial hərəkatmüəyyən məqsədlərə çatmaq üçün az və ya çox dərəcədə mütəşəkkil fəaliyyət göstərən adamların kollektiv, birgə fəaliyyətlərində ifadə olunur, o iştrakçıların sosial kollektiv birgə fəaliyyətlərində ifadə olunur, o iştirakçıların sosial vəziyyətini dəyişdirir, sosial hərəkatın ümumi, daha aydın səbəbi adamların əsas təlabatlarının, ilk növbədə iqtisadi təlabatlarının ödənilməməsidir. Məhz bunlar adamlarda narazılıq, narahatlıq, psixi gərginlik, sosial gərginlik yaradır. Bu narahatlıq zahirən adamlar arasında əlaqələrin yaranmasında, kəskin diskusiyaların qurulmasında, yaranmış vəziyyətlə bağlı düşüncələrin bölüşdürülməsində təzahür edir. Narahatlıq, qıcıqlanma vəziyyəti, böyük və kiçik birlikləri, bütöv etnosları, sinifləri, dövlətləri əhatə edə bilər. Sosial münaqişəni yaradan bu vəziyyət - müəyyən sosial hərəkatın başlanğıc nöqtəsidir, o sosial sarsıntıların yaxınlaşdığını göstərir. Bu vəziyyət istər-istəməz əksər xalqları əhatə edir, bəzən o inqilabi partlayışın astanasında dayanan inqilabi vəziyyət adlanır. Ancaq inqilab sosial hərəkatın formalarından biridir. Onun xarakteri rəngarəngdir və ilk növbədə onun məqsədləri, eyni zamanda tətbiq olunan metodlar və ona cəlb olunan adamların sayı ilə müəyyən olunur. Bu əsas meyarla da reformist və inqilabi hərəkat bir-birindən fəqlənir.