M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə27/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   23   24   25   26   27   28   29   30   ...   154
felsefe

Camal Vəli oğlu Mustafayev  “Nizaminin fəlsəfi və etik görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, 1957-1968-ci illərdə C. Mustafayev Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir. 1968-ci ildə o, ADU-nun müdafiə şurasında "Nizaminin ideyalar aləmi və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alımlik dərəcəsinə layiq görülmüşdür.
C.Mustafayev orta əsrlər Azərbaycan fəlsəfi fikri sahəsində bir sıra sanballı əsərlər yazmışdır-onun Nizami fəlsəfəsinə, XII əsr Azərbaycan düşüncə tərzinə aid əsərləri də maraqla qarşılanmışdır. Bir sıra aparıcı nüfuzlu jurnallarda əsərləri çap olunmuş, müsəlman sosial utopiyasına aid tədqiqat işləri, bir sıra əsərləri xarici dillərə tərcümə olunmuşdur. Mustafayev eyni zamanda müasir Azərbaycan şeirinin əsas tədqiqatçılarındandır-o Azərbaycan fəlsəfəsi, etika və estetikası sahəsində bir sıra elmlər namizədi, elmlər doktoru yetişdirmişdir. Onun elmi və pedaqoji fəaliyyəti 70-dən çox elmi və publisistik məqalə və müsahibələrdə, 2 monoqrafiyada öz əksini tapmışdır. O, çoxsaylı beynəlxalq, ittifaq, respublika səviyyəli konqres, simpozium və konfransda iştirak etmiş, məruzələr etmişdir.
Akademik Firidun Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəlmiş, Azərbaycanın bir çox görkəmli elm və mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparmış, həmin tədqiqatlırın nəticələri onun nəşr etdiyi kitab və monoqrafiyalarında öz əksini tapmışdır. F.Köçərlinin apardığı tədqiqatlar Moskvada nəşr olunan “SSRİ-də fəlsəfə tarixi” adlı kitaba daxil edilmişdir. “Nəriman Nərimanovun həyatı, fəaliyyəti, dünyagörüşü” və “M.F.Axundovun dünyagörüşü” adlı əsərləri ilə elm aləmində diqqətlə qarşılanan F.Köçərli uzun illər SSRİ Fəlsəfə Cəmiyyətinin Azərbaycan bölməsinin sədri olmuşdur.
Tanınmış Azərbaycan filosofu, akademik Fuad Feyzulla oğlu Qasımzadənin əsas tədqiqat sahəsi Azərbaycan fəlsəfi-ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olmuşdur. 1966-cı ildə o “Füzulinin dünyagörüşü” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. “Füzulinin dünyagörüşü” adlı monoqrafiyası şairin fəlsəfi baxışları, onun məhəbbət fəlsəfəsi haqqında olduqca sanballı tədqiqatı hesab oluna bilər. “Qəm karvanı”, yaxud “Zülmətdə nur” monoqrafiyasının, fəlsəfə kursu üzrə dərsliklərin, çoxsaylı metodik vəsaitlərin və elmi məqalələrin müəllifi olmuş akademikin Füzuli haqqında 20-dən çox elmi məqaləsi, 1970-ci ildə “İdman, gözəllik və estetika” adlı əsəri çap edilmişdir..
Filosof, akademik, ictimai xadim Ramiz Ənvər oğlu Mehdiyev 
milli və sosial münasibətlərə, müasir Azərbaycan dövləti və cəmiyyətinin inkişafı və s. movzularla bağlı çoxsaylı elmi məqalələrin müəllifidir-2008-ci ildə çap olunmuş “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” adlı kitabı elmi ictimaiyyətdə böyük əks-səda doğurmuşdur. Fəlsəfəyə, tarixə dair çoxsaylı əsərlərin, “Fəlsəfə” dərsliyiniun müəllifidir.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin