M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


d) sistemli obyektlər, sistemlik prinsipi



Yüklə 0,71 Mb.
səhifə58/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   54   55   56   57   58   59   60   61   ...   154
felsefe

d) sistemli obyektlər, sistemlik prinsipi.
Sistem kimi istənilən bir obyektə baxmaq olar (həm yunan qozuna, yazan qələmə və başqa şeylərə). Lakin heç də bütün obyektlərə sistemli yanaşmanın prinsiplərini və metodlarını tətbiq etmək məqsədəuyğun deyildir. Onların tətbiqi o vaxt tələb olunur ki, sistemli “təsir” səmərəli, gərgin özünü göstərir. Bu nöqteyi - nəzərdən dünyada mövcud olan bütün kom­pleksləri və ya məcmuları ona bölmək olar ki, onlarda daxili quruluşun xüsusiyyətləri zəif ifadə olunur və hissələrin əlaqəsi xarici, təsadüfi, qeyri - möhkəm xarakter daşıyır və həm də elələrinə bölmək olar ki, sistemli əlaqə açıq - aydın ifadə olunur. Birinci tip obyektləri şərti olaraq qeyri - mütəşəkkil məcmu adlandırırlar. Onlara müxtəlif konqlomeratlar (müxtəlif şeylərin və hissələrin nizamsız yığını və birləşməsi) aiddir. Bu tutaq ki, daş yığını, küçədə adamların təsadüfi toplaşdığı yer və s. ola bilər. Bu cür birləşməyə daxil olarkən və ya onu tərk edərkən elementlər ciddi dəyişikliklərə məruz qalmırlar. Bütövlukdə məcmunun xassəsi hissənin xassələrinin cəmi ilə üst – üstə düşür. Bu cür məcmu ya tamamilə sistem – struktur xarakterdən məhrumdur, ya da o zəif ifadə olunur və ona məhəl qoymamaq olar.
Sistemli obyektlər bütövlük, sabitlik strukturuna ma­likdirlər. Onlar üçün “sistemli effekt” – tam çərçivəsi daxilində elementlərin qarşılıqlı fəaliyyəti nəticəsində yaranan yeni xassələrin meydana gəlməsi - xarakterikdir. Sistemli obyektlərə kristallar, arxitektur qurğuları, bioloji orqanizmlər və digər predmetlər nümunə ola bilər. Sistemli obyektlər üçün eyni zamanda ierarxik quruluş - daha aşağı səviyyəli sistemin yüksək səviyyəli sistemə ardıcıl birləşdirilməsi də tipikdir. Beləliklə, sistem deyəndə əsassız seçilmiş çoxlu “predmetlər” və onlar arasında olan əlaqə yox, müəyyən şəkildə nizama salınan bütöv struktur, vahid mürəkkəb obyekt nəzərdə tutulur. Belə ki, canlı orqanizmin strukturunda yalnız bir - bir ilə qarşılıqlı fəaliyyət göstərən və yalnız həmin oranizmin daxilində fəaliyyət göstərməyə qadir olan – müxtəlif orqanları asan aşkar etmək, görmək olar. Texnikada da demək olar ki, hər hansı quruluş və ya mühəndis qurğuları da bir sıra hissələrdən, elementlərdən- özü də birgə işləyən, qarşılıqlı fəaliyyətdə olan və yalnız bu kontruksiyanın daxilində məq­sədə nail olmağı mümkün edən- təşkil olunmuşdur.
Sistemli obyektlərin özləri və ayrı - ayrı hissələrinin əsas prinsipi də sistemli əlaqələrin daha zəif və daha güclü xarakterinə xidmət edir. Birinci tipə elə obyektlər, elementlər aiddir ki, onlar qarşılıqlı surətdə bağlıdırlar, sadə hesab cəmini təşkil etmirlər, əlaqədən kənar bütovlükdə bir sıra xassələrini itirir, ancaq ümumiyyətlə müstəqil ayrıla bilirlər. Bu cür ob­yektləri bəzən “qeyri - üzvi sistemlər” adlandırırlar, bu “üzvi” sistemlərdən - parlaq surətdə sistemli əlaqə ilə, tamlıq xü­susiyyəti ilə ifadə olunan mürəkkəb obyeklərdən - fəqlənirlər. Bu tip sistemli obyektlər (bioloji orqanizmlər, insan cəmiyyəti və.s) elementlərin ayrılmasına imkan yaratmırlar. Bünövrədən, tamdan ayrı bu cür sistemin elementləri nəinki təkcə bir sıra xassələrini (birinci halda olduğu kimi) itirir, ümumiyyətlə möv­cud ola bilməzlər. Orqanik, üzvü sistemlər inkişaf prossesində ardıcıl mürəkkəbləşmə və ayrılma mərhələsini keçirlər, onlarda əsas rolu genetik əlaqə oyanır.
Sistemli tədqiqat metodologiyasında “sistem”, “element”, “struktur” anlayışları ilə yanaşı “əlaqə”, “tamlıq”, “funksiya”, “ierarxiya” və “mühit” anlayışları da mühüm rol oynayır. Sistem nə isə tam kimi yalnız mühitlə - onu əhatə edənlə müqaisə etməklə, tutuşdurmaqla başa düşülə bilər.
Hər cür sistemli tətqiqatın başlanğıc nöqtəsi öyrənilən sistemin tamlığı haqqında fikirdir (təsəvvürdür) – tamlıq (bütövlük) prinsipidir. Bu obyektə iki möqvedən baxmağı tələb edir: obyektin mühitlə, onu əhatə edən xarici aləmlə əlaqə­ləndirilməsi və sistemin elementlərini, xssələrini, funksiyalarını ayırmaqla, onun daxili parçalanması yolu ilə və onların tamlıq çərçivəsindəki yeri ilə. Bu vaxt tamın xassəsi elementlərin xassələrini nəzərə almaqla və əksinə, başa düşülür
Sistemin bütövlüyü haqqında baxışlar əlaqə anlayışı va­sitəsi ilə konkretləşdirilir. Əlaqələrin müxtəlif tipləri arasında xüsusi yeri sistem yaradan əlaqələr tutur. Sabit əlaqələrin müxtəlif tipləri sistemin strukturunu yaradır, yəni onun nizama salınmasını təmin edir. Bu nizama salmanın xarakteri, onun istiqaməti sistemin quruluşunu xarakterizə edir. Sistemin strukturu həm üfuqi (sistemin bir tipli, bir qaydalı kom­ponentləri arasındakı əlaqələr), həm də şaquli xarakterizə oluna bilər. Şaquli struktur sistemin müxtəlif səviyyələrinin və bu səviyyələrin ierarxiyasının mövcüd olunmasını tələb edir.
Çoxsəviyyəli ierarxiyanın nizama salınma üsulu, müxtəlif səviyyələr arasındakı əlaqənin təmin edilməsi idarə etmədir. Bu terminlə mürəkkəb sistemin normal işləməsini və inkişafını təmin edən, bərkliyi və formasına görə müxtəlif olan səviy­yələrin əlaqələri üsulu adlandırılır. Quruluşun ierarxikliyi - sistemin spesifik əlamətidir, idarəetmə əlaqəsi isə - sistem təşkil edən əlaqələrin xarakterik ifadəsidir. Xüsusi idarəetmə orqanı olan sistemin tədqiqində onların davranışının məq­sədinə və məqsədəuyğun xarakterinə də baxılır. Bütöv bir sıra sistem obyektlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar sadəcə olaraq sistem deyildir, məqsədəuyğun davranış xa­rakterli özünü təşkil etmə sistemdirlər. Bu vaxt sistemin dəyişməsinin mənbəyi və ya onun funksiyası adətən sistemin özündədir.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin