Magistr dissertasiyasi ixtisasın şifri və adı 060402 “Mühasibat uçotu və audit”



Yüklə 1,2 Mb.
səhifə42/43
tarix13.01.2022
ölçüsü1,2 Mb.
#113786
1   ...   35   36   37   38   39   40   41   42   43
Belge (3)

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Hazırda hər bir sənaye müəssisəsi yuxarıdan verilən göstərişlərə əsasən deyil, öz imkanlarını və daxili ehtiyat mənbələrini nəzərə alaraq illik məhsul istehsalını və bunun satışını planlaşdırır.

Məhsul istehsalı və satışı prosesinin çox məsuliyyətli bir məqam olmasını nəzərə alaraq bunun üzərində daim uçot və audit nəzarətinin həyata keçirilməsi ciddi əhəmiyyət kəsb edir. Belə bir vaxtda nəinki istehsal edilən və satılan məhsulların uçotunun aparılmasına diqqət artırılmalıdır, yeni zamanda məhsul istehsalının və satışının gələcəkdə həcminin daha da artırılması imkanlarının aşkar etdirilməsinə xüsusi fikir verilməlidir. Sənaye müəssisələrində məhsul istehsalının və satışının artırılması ilə yanaşı həm də onların keyfiyyətinin yüksək olmasına və rəqabət davamlılığına xüsusi diqqət yetirilməlidir.

Yuxarıda qeyd edilənlarla yanaşı həm də məhsul istehsalına və satışına çəkilən xərclərin mümkün kimi azaldılmasına və bu yolla məhsulun maya dəyərinin mümün kimi ucuz başa gəlməsinə ciddi səy göstərilməlidir.



Müəssisədə uçot işlərinin yüksək səviyyədə qurulmasını təmin etmək üçün və bu sahədəki nöqsanları aşkara çıxarıb aradan qaldırmaq üçün daxili audit xidmətindən istifadə olunmasına geniş yer verilməlidir. Apardığımız tədqiqat işləri göstərir ki, məhsul istehsalı və satışı ilə əlaqədar əməliyyatların uçotu və auditinin gələcəkdə daha təkmilləşməsinə nail olmaq üçün bir sıra tədbirlər hazırlanıb həyata keçirilməlidir. Bunlara əsas etibarı ilə qrup halında aşağıdakıları aid etmək olur:

  1. – sənaye müəssisələrində məhsul istehsalı uyğun əməliyyatların uçotunun hazırki səviyyəsini yüksəltmək məqsədi ilə istehsal edilən məhsulun ilk uçotunu düzgün qurmaq, baş vermiş əməliyyatları vaxtında və tam halda ilk sənədlərlə rəsmiyyətə salmaq və uçotda dəqiq əks etidirmək.

  2. – istehsala çəkilən məsrəfləri düzgün müəyyən etmək və məhsulun maya dəyərinə daxil edilməsini təmin etmək.

  3. – hazır məhsulun anbar uçotunu nümunəvi təşkil etmək və bunun uçotunun mexanikləşmə səviyyəsini yüksəltmək.

  4. – məhsulun (hazır sənaye məhsulunun)istehsal maya dəyərini düzgün müəyyən etmək və bu sahədə nöqsanlara yol verməmək.

  5. - məhsul satışı uyğun əməliyyatların vaxtında rəsmiyyətə salınmasını və uçotda düzgün əks etdirilməsini təmin etmək.

  6. – satılmış məhsullar uyğun əməliyyatların uçotunun düzgünlüyünü təmin etmək, satılmış məhsulların tam maya dəyərinin dəqiq hesablaqmasına nail olmaq.

  7. – məhsul istehsalı və satışı ilə əlaqədar əməliyyatların auditinin keyfiyyətini daha da yüksəltmək və bu məqsədlə daxili audit xidmətinin yaradılmasından daim bəhrələnmək.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin