Magistr dissertasiyasi magistrant: Əhmədov Tural


Fəsil 2. Qeyri-ərzaq mallarının gömrük ekspertizasının aparılmasının mövcud durumu və onun qiymətləndirilməsi



Yüklə 0,55 Mb.
səhifə12/22
tarix10.01.2022
ölçüsü0,55 Mb.
#109216
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
Fəsil 2. Qeyri-ərzaq mallarının gömrük ekspertizasının aparılmasının mövcud durumu və onun qiymətləndirilməsi

2.1 Azərbaycan Respublikasının DGK sistemində gömrük ekspertiza fəaliyyətinin təşkili.



Azərbaycan Respublikasın Dövlət Gömrük Komitəsi Mərkəzi-Gömrük Ekspertiza İdarəsi AR-nın Dövlət Gömrük Komitəsi strukturuna birbaşa daxil olan qurumlardan biridir. Öz fəaliyyətində bu İdarə AR-nın Konstitusiyasın, AR Prezidentinin fərman, sərəncamlarını, AR-nın qanunlarını, ARNK qərar və sərəncamlarnı, AR-nın tərəfdarçıxdığı beynəlilxalq müqavilələrni, DGK və Ekspertiza İdarəsinin Əsasnamələrini əldə rəhbər saxlayır. Ekspertiza İdarəsi öz vəzifələrini həyata keçirərkən və hüquqlarını müdafiə edərkən Komitənin tabeliyi altında olan gömrük orqanı və s. qurumlarilə birbaşa qarşılıqlı əlaqədə olaraq fəaliyyəti həyata keçirir. Eksperiza İdarəsinin fəaliyyətini vətəndaş hüquqlarnın qorunması, qanunçuluğun təmini, ekspertlərin müstəqilliyinin saxlanması, elmin və texnikanın prioritetlərindən istifadə olunmaqla həyata keçirilən araşdırmaların obyektiv hərtərəfli və tamlıq prinsiplərinə görə əsaslanır. Ekspertiza idarəsi müstəqil şəkildə balansa, qanunvericiliyə dair istifadəsində olan dövlət əmlakı, bank hesablarına və xəzinəyə, üzərində AR Dövlət gerbi təsvir və öz şəxsi adı həkk edilmiş möhürə, blanklar və müvafiq ştamplara malikdir. Bundan əlavə, İdarənin fəaliyyəti və saxlanma xərcləri, AR-nın dövlət büdcəsi və ya qanunvericilikdə diqqət yetirilən digər maddi mənbələrin hesabına maliyyələşdirlir. Ekspertiza İdarəsi Bakı şəhər, Salyan şosesinin 14-cü km-liyi ünvanında yerləşir və onun əsas fəaliyyəti istiqamətləri aşağıdakı kimidir:


    1. Ekspertiza keçirir və təhqiqat aparır;

    2. Elmi-tədqiqat İşlərini apanr, metodlar hazırlayır;

    3. Gömrük işi üzrə orqanların ekspert təminatna kömək edir.

    4. Qanunvericiliklə qərara alınmış digər müəyyən istiqamətlərində fəaliyyət göstərir.

Ekspetiza İdarəsinin fəaliyyətinin istiqamətinə müvafiq olaraq vəzifələri bunlardır:


1. AR-nın Gömrük Məcəlləsinə müvafiq olaraq belə məqsədlərçün gömrük ekspertizası həyata keçirmək:

2. Malın tərkibi texniki göstəricilərini müəyyənləşdirmək;

3. Malın XİFƏN-ə uyğun olaraq aidiyyətnin, təsnifatlaşma kodununun müəyyənləşdirilməsi, eyniləşdirilməsi;

4. Malın mənşəə ölkəsinin, emal proseslərində hasilat normasının, istehsal tarixlərinin və keyfiyyət dərəcəsnin müəyən olunması;

5. ixrac nəzarətnə düşən əmtəələrin ikilitəyinatlılığının yoxlanılması;

6. malın mineral,kimyəvi tərkibinin müəyyənləşdirilməsi, ekologiya baxımından təhlükə dərəcəsiyüksək olan, tərkibində ozondağıdıcı kimyəvimaddələr olan əmtəə-mal və onların tullantılarının müəyyənləşdirilməsi;

7. radiyasiya təhlükəsinin yüksək qiymətləndirilən malların müəyyən edilməsi;

8. əmtəələrin gömrükdəyərinin təyin edilməsi;

9. malın sənətşünaslıq və tarixi baxımından dəyərliliyinin müəyyənləşdirilməsi;

10. ekspertiza nəticəsinə görə rəy vermək;

11. gömrük orqanlarına yardım məqsədilə ekspertizayaa dair müxtəlif metodik tövsiyələr hazırlamaq;

12. şəxslərin müəyyən müraciətlərinə görə malların ekspertizasını aparmaq;

13. gömrük ekspertizası sahəsinə müvafiq qanunvericilik aktları üzrə layihələrinə rəy verilməsində iştirak etmək, müvafiq qaydada normativ-hüquqi aktlar üzrə layihələr hazırlamaq;

14. elmi-tədqiqat layihələrinin təşkili və tədqiqatlar üzrə metodiki sənədləri təkmilləşdirmək, texniki vasitələri tam mənimsəmək;

15. ekspertizaların təyin olunması, ekspert rəyinin qiymətləndirilməsilə bağlı olaraq tövsiyə hazırlamaq və bu kimi sahələrdə vahid şəkildə informasiya bazasını formalaşdırmaq;

16. ekspertiza sahəsində kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müvafiq ixtisaslaşdırmaların aparılması üzrə tədbirlər görmək;

17. müvafiq qanunvericiliyə uyğun olaraq dövlət sirri və məxflik rejimnin qorunması məqsədilə zəruri tədbirlərgörmək;

18. gömrük sahəsinə dair arxiv sənədlərinin müəyyən olunmuş qaydaya uyğun saxlanılmasını və mühafizəsini təmin etmək;

19. İdarənin işçilərinin və onların ailəüzvlərinin sosial müdafiəsi məqsədilə tədbirlər görülməsi;

20. Ekspertiza üzrə orqanlarda maarifləndirmə işini təşkil etmək;

21. İdarədə müdafiə və yanğından mühafizə qaydalarına riayət üçün tədbirlər kompleksi hazırlamaq;

22. Ekspertiza İdarəsində ekspertiza fəaliyyətilə bağlı ümumiləşdirmələraparmaq;

23. Bütün İdarənin məlumat bazasını yaratmaq;

24. ekspertlərin attestasiyasını keçirmək;

25. Risklərin İdarə edilməsi üzrə dayanıqlı sistemin təkmilləşdirilməsi üzrə yeni təkliflərin hazırlanması prosesində iştirak etmək
İdarə, funksiyasını və öz vəzifələrini həyata keçirmək məqsədilə aşağıda göstərilmiş bir çox hüquqlara malikdir:

  1. Komitənin gömrük orqanları və digər tabeliyindəolan qurumlarilə müəyyənləşdirilmiş qaydalar üzrə qarşılıqlı əlaqədə olmaq və birgə fəaliyyəti təmin etmək;

  2. İdarənin fəaliyyəti zamanı çatışmazlıq halları aşkar olunan zaman öz səlahiyyətləri çərçivəsində onların aradan qaldırılmasıçün müvafiq cür tədbirlər görmək;

  3. İdarəyə həvalə olunmuş müxtəlif vəzifələri həyata keçirməkçün dövlət orqanlarının vəzifəli şəxslərindən və digər bu kimi şəxslərdən sənəd və məlumatlar almaq;

  4. İdarənin işi üzrə səlahiyyətlərinə dair məsələlərdə Komitəni təmsil etmək

  5. Fəaliyyəti tənzimləyən normativ aktların yenicə qəbul olunmuş qanunvericiliyinə uyğun təkliflər hazırlanması proseslərində iştirak etmək;

  6. İdarənin fəaliyyəti istiqamətinə uyğunolaraq həyata keçirilən işin perspektivliyinin artırılmasına dair təkliflər vermək;

  7. Hüquqi və fizki şəxslərin müraciətlərinə baxılması;

  8. Gömrük ekspertiza statistikasnın təhlilini aparmaq;

  9. İdarəyə Aidiyyəti olan mütəxəssis, müəssisə və təşkilatlarla müqavilələrin bağlanəlmasını təşkil etmək;

  10. Müxtəlif növ ödənişli əsaslarla analizləri aparmaq;

  11. Vəzifələrinin icrasilə əlaqədar olaraq digər növ hüquqların həyata keçirilməsini təmin etmək.

Mərkəzi laboratoriyanın əsas funksiyaları



  1. Malın XİFƏN görə təsnifatı

  2. Maddi ekspertiza

  3. İdentifikasiya

  4. Texnoloji ekspertiza

  5. Narkotik vasitə, psixotropların və prekursorların ekspertizası

  6. DÖST, sanitar-gigiyenik normalara uyğunlaşdırmanın ekspertizaları

  7. Mallardan uyğun olaraq prob və nümunələrin götürülməsi üzrə ekspertiza aparılması

  8. Əqli mülkiyyət malları ekspertizası

  9. Ikilimənşəli mallar üzrə ekspertiza

  10. Ozondağıdıcı maddələr üzrə ekspertiza

  11. Radioloji ekspertiza

  12. Kimyəvi silahların ekspertizası

Mərkəzi Laboratoriyanın əsas məqsədləri

1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin