Üzvü mənşəli mallar ekspertizası şöbəsi
Polimerlərin analizi şöbəsi
Neft və neft məhsulları üzrə analizi şöbəsi
Dərman preparatları analizi şöbəsi
Narkotiklərin analizi şöbəsi
Ozondağıdıcı maddələr analizi şöbəsi
Radioloji tədqiqatlar və üzvü mənşəli mallar üzrə ekspertiza şöbəsi
Növlərin analizi şöbəsi
Dəmir və ərintilər üzrə analiz şöbəsi
Radioloji tədqiqatlar şöbəsii
Tikinti materialları analiz şöbəsi
2.2 Qeyri-ərzaq mallarının gömrük ekspertizasının aparılmasının müqayisəli təhlili, mövcud problemlərin aşkara çıxarılması və onların həlli
Malların gömrük ekspertizasının aparılmasını araşdırmazdan əvvəl müvafiq olaraq ekspertiza aparılacaq mallar üzrə gömrük və digər dövlət orqanları üzrə verilən normativ hüquqi aktlara və ya qərarlara nəzər salaq. Nazirlər Kabineti 2013-cü il 27 avqust tarixində Gömrük ekspertizasının aparılması üzrə 232nömrəli qərarı ilə qaydalar təsdiq olunmuşdur. Həmin normativ-hüquqi akt, Gömrük Məcəlləsinin 322.15ci maddəsinə uyğun hazırlanmış və gömrük eksperizasının aparılmasını ilk mərhələ olan malların ekspertizaya göndərilməsindən başlayaraq yekun rəy alınmasına qədər bütün mərhələlər üzrə tamamilə aydın şəkildə ifadə olunur.
Beləliklə bu qaydalar mallardan nümunələrin götürülməsi və və nəticələr əsasında sərəncam verilməsi üzrə qaydaları müəyyənləşdirir.
Gömrük ekspertizası üçün malları ekspertizaya göndərmək məqsədilə bununçün maraqlı olan şəxslərin yazılı sənədi olmalıdır. Gömrük ekspertizasına probların göndərilməsi üçün sənəddə aşağıdakılar mütləq göstərilməlidir:
ekspertizanın aparılma məqsədi;
ekspertiza aparılacaq gömrük laboratoriyasının adı və ya ünvanı;
ekspert qarşısında qoyulan və aydınlaşdırılması tələb olunan suallar;
ekspertə təqdim olunmuş material və sənədlərin siyahısı;
bilərəkdən yanlış və faktın gizlədilməsi üzrə rəy verməsinə görə ekspertin məsuliyyət xəbərdarlığı.
Göstərilən sənədlə yanaşı ekspertizasının aparılması üçün aşağıdakı materiallar və sənədlər təqdim olunur.
Bəyannaməçi tərəfindən təqdim olunmuş gömrük bəyannaməsinin surəti;
Malların alınması üzə bağlanılmış müqavilənin surəti;
Gömrük dəyərinin müəyyən edilməsi üzrə sənədin surəti;
Mal daşınan nəqliyyat sənədinin surəti;
Müəyyən emal proseduru altında olan mallarçün hasilat normalarının, emal ərizəsinin, təmir məqsədli mallar üçün qüsur olması barədə aktın surəti;
gigiyenik, fitosanitar, baytarlıq və başqa sertifikatların surəti;
Prob və nümunələrin götürülməsi haqqında akt.
Mallar gömrük ekspertizasına göndərildiyi zaman, vəzifəli şəxsi bildirişin göndərilməsi barədə bəyannaməçiyə, səlahiyyətli digər şəxslərə, onların nümayəndələrinə yazılı şəkildə bildiriş göndərir. Bildirişdə eyni zamanda həmin şəxslərin ekspertiza aparılması ilə bağlı öhdəsinə düşən hüquq və vəzifələr izah edilir.
Bəyan edən şəxsin, mallar haqda səlahiyyəti olan digər şəxslərin, onların nümayəndələrinin vəsatəti təmin olunduğu təqdirdə, gömrük orqanının vəzifəli şəxsindən biri müvafiq surətdə qərar qəbuledir. Vəsatətin təminindən imtina olunduğu təqdirdə, gömrük orqanı əməkdaşı imtina barəsində əsaslandırılmış qaydada qərarı barədə vəsatət qaldırana yazılı məlumat verməyə borcludur. Deklarant, mallar üzərində sərəncam vermək səlahiyyəti olan başqa şəxslər, onların qanuni nümayəndəsi gömrük orqanı əməkdaşından malların ekspertizaya göndərilməsi barədə yazılı şəkildə bildiriş almaq, həmçinin ekspertiza müddətinin uzadılma vəya səbəb göstərməklə dayandırılması həmçinin onun nəticələri barədə məlumat almaq hüququna tam malikdir. Ekspertizaya təqdim olunmuş material və sənədlə bağlı rəy verilmə mümkün olmadıqda, bəyan edən şəxs, ekspertizasını aparan ekspertdən bununla bağlı səbəb göstərilməklə yazılı şəkildə məlumatlandırılma hüququna malikdir.
Ekspertiza üçün verilmiş gömrük orqanının sənədinə və ya marağlı şəxsin müraciətinə, materiallara laboratoriya rəhbəri tərəfindən bir iş günü müddəti çərçivəsində baxılır və ekspertlərəə təqdim olunur. Ekspertiza fəaliyyəti gömrük laboratoriyası eksperti vəya müqaviləyə görə cəlb olunmuş digər başqa ekspertlər tərəfindən aparılmaqla nəticə əldə olunur. Laboratoriyaya tədqiqat materiallarının gətirilməsi mümkünolmadıqda,ekspertiza laboratoriya binası daxilində aparılır. Gömrük materialları ilə bağlı ekspertiza gömrük nəzarəti yaxud məcburi qərarın qəbulu mərhələsində başlanır. Gömrük Ekspertizasına təqdim olunmuş material və sənədlər ekspert tərəfindən ətraflı şəkildə ilk öncə öyrənilir. Ekspertiza aparılmasçün zəruri məlumat və sənədlərin olmadığı müəyyənləşdirildikdə, ekspert material və sənədlərin laboratoriyaya daxil olduğu gündən başlayaraq beş iş günündən gec olmamaqla, əlavə material və sənədlərin təqdim olunması barədə yazılı şəkildə müraciət edir. Müraciətdə ekspertin əsas tələbləri, konkret material və sənədlərin tam olaraq siyahısı göstərilir. Bu vəsatət iki nüsxədə tərtib edilir. Birinci nüsxə ekspertiza təyinetmiş gömrük idarəsinə və ya buna görə müraciətetmiş şəxsə göndərilir, digər nüsxəisə ekspertiza icraatında saxlanılır. Təcili olan hallarda və müraciətin sonradan yazılı şəkildə aidiyyəti ünvana çatdırılması şərtilə, gömrük laboratoriya rəhbərinin razılığilə müraciətin məzmunu telefonla, rabitə vasitəsilə ekspertizanı təyin etmiş gömrük idarəsinə və ya bununla bağlı müraciət etmiş kəsə çatdırılır. Təqdim olunmuş material və sənədlər əsasında rəy bildirmək mümkün olmadıqda, ekspertiza aparılmasından qəti şəkildə imtina edilir və material və sənədlər tam şəkildə bərpa olunana qədər ekspertizanın yarımçıq materiallar üzrə aparılması qadağandır.
Gömrük orqanlarına və yaxud bununla bağlı müraciət etmiş şəxsə laboratoriya tərəfindən ekspertizanı təyinetmiş səbəb göstərilməklə ekspertiza aparılmasından imtina məktubu elektron formada və ya yazılı məlumat formasında çatdırılır, təqdim olunmuş material və sənədlər şəxslərə geri qaytarılır. Gömrük orqanlarının təşəbbüsilə aparılan gömrük ekspertizası ilə bağlı xərclər dövlət büdcəsi vəsaiti hesabına tam şəkildə ödənilir. Gömrük nəzarəti, rəsmiləşdirilməylə bağlı olaraq bəyannaməçinin, ekspertizasının aparılmasıçün həmin şəxslər tərəfindən AR NK-nın müəyyən etdiyi qədər gömrük yığımı gömrük orqanına ödənilir.
Maldan prob və nümunələr bəyan edilən mallardan aşağıdakı şəxslər tərəfindən götürülə bilər:
gömrük orqanının vəzifəli şəxsləri tərəfindən;
gömrük orqanı vəzifəli şəxslərinin iştirakilə digər dövlət orqanları, və ya bəyannaməçi, mal barəsində səlahiyyətli digər şəxslər vəya onların nümayəndələri tərəfindən;
Xüsusi bilik və vasitələr tələb olunan hallarda isə,
sorğu əsasında gömrük orqanının əməkdaşlarının iştirakilə digər dövlət orqanları mütəxəssis və ya ekspertləri;
gömrük orqanı vəzifəli şəxslərinin iştirakilə laboratoriyanın ekspert və müqavilə ilə cəlb olunmuş digər ekspertlər.
Gömrük idarələri və laboratoriyaları standarta uyğun prob və nümunələrin götürülmə, qablaşdırılma, saxlanılma və daşınmasıçün alət, tərəzi, termometr, qablaşdırma tutumları, dondurucu kameralar soyuducu-konteyner vəya soyuducu kameralı nəqliyyat vasitəsi, soyuducuilə təchiz olunur. Nümunələrin götürülməsindən əvvəl malın markalanması, adı, üzərində yerləşən təhlükəsizlik işarələri mütləq yoxlanılmalıdır. Gömrük orqanlarının əməkdaşları tərəfindən probların götürülməsi haqda akt tərtib olunur. Bir nüsxədə Akt tərtib olunur. Akt formasının bir surəti deklaranta, mal barəsində səlahiyyətli digər şəxslərə vəya onların nümayəndəsinə verilir, digər surətisə gömrük orqanının əməkdaşında saxlanılır. Prob və nümunələrlə birlikdə Akt gömrük laboratoriyasına göndərlir. Prob və nümunələri gömrük orqanı tərəfdən üç eyni cür hissələrə bölünür, qablaşdırılır (butulka, paket, zərf, konteyner) və etiketlənilir. Nümunələrin birinci hissəsi laboratoriya tədqiqatları aparılmasıçün, ikinci hissə əlavə və yaxud təkrar ekspertiza məqsədilə, üçüncü hissəsisə yarana biləcək mübahisələrin həlli məqsədilə istifadə olunur. Nümunələrin eyniləşdirilməsiçün etiketdə məlumat qeyd edilir, malların adı və malları daşıyan nəqliyyat vasitəsinin nömrəsi əks etdirilir. Nümunələr kimyəvi maddədən ibarətdirsə, onlar malın toksikliyi, xassələri, təhlükəsizlik tədbiri və fərdi şəkildə mühafizə vasitələri, saxlama və utilizasiya, istismar etmə qaydalarına əməl etmə haqda sənədlərin surətlərilə müşaiət olunmalıdır.
Probların və nümunələrin götürülməsi qaydası malın xassələrindən asılı olaraq, müxtəlif cür təhlükəsizlik qaydalarına riayət etməklə həyatakeçirilməlidir. Bəyan edən şəxs, mal barəsində səlahiyyətli şəxslər vəya onların nümayəndəsi gömrük orqanlarının əməkdaşları tərəfindən maldan prob və nümunə götürülməsi prosesində tam hüquqla iştirak edə bilər. Bəyannaməçi həm də maldan prob və nümunə götürülməsi prosesində gömrük orqanlarının əməkdşlarına yardım göstərməyə borcludur.
Aşağıda göstərilən vəziyyətlərdə mallar və nəqliyyat vasitəsi yoxlamanın nəticələrində dolayı və birbaşa marağı və vasitəçiliyi olmayan şəxslərin iştirakilə yoxlanılırlar, həmçinin maldan prob və nümunə bəyannaməçinin, mal barəsində sərəncam hüququ çatan başqa şəxslərin vəya onların qanuni şəkildə nümayəndəsinin iştirakı olmadan bu şəkildə götürülür:
mal və əmtəələr gömrük orqanına təqdim olunduğu tarixdən on gün keçdikdən dərhal sonra həmin şəxslər gəlib çatmadıqda;
ictimai asayiş, milli təhlükəsizlik, insanların həyatı və sağlamlığı, heyvanat və bitki aləmi, xalqların mədəni, ətraf mühit, arxeoloji sərvətləri üçün görünən təhlükə mövcud olduqda;
malların göndərilməsi beynəlxalq poçt göndərişilə olduqda;
mallar sərhəddə gömrük proseduru pozmaqla saxlanıldığı zaman.
Prob və nümunənin alındığı, ekspertizanın aparılacağı yerlərə daşınması, bununla bağlı bir sıra yükləmə-boşaltma tədbirləri və digər əməliyyatları bəyannaməçinin özü tərəfindən, və yaxud onun nəzarəti altında həyata keçirilr. Bu zaman bütün xərclər bəyannaməçi tərəfindən ödənilməlidir. Prob və nümunənin ekspertiza ilə bağlı gömrük orqanlarının və laboratoriyalarının xərcləri bəyan edən şəxs, mallar barəsində sərəncam hüququ olan digər şəxslər və ya onların qanuni nümayəndələri tərəfindən ödənilməməlidir. Əmtəələrdən götürülən prob və nümunənin ekspertizası bəyannaməçinin təşəbbüsilə aparıldığı təqdirdə, laboratoriyalarına Azərbaycan Respublikası NK müəyyən etdiyi miqdarda gömrük yığımları ödənilir. Nümunə götürüldükdən dərhal sonra onlar tam plomblanaraq, gömrük təminatına alınır. Təqdim olunmuş prob vəya nümunələr laboratoriyada qeydiyyata götürülür. Bəyannaməçi götürülən prob üzrə aparılmış ekspertizanın nəticəsi ilə tanış olmaq hüququna malikdir. Digər dövlət orqanları tərəfindən götürülən nümunələrin ekspertizasının yekunları barəsində gömrük orqanlarına informasiya verilməlidir.
Aşağıdakı halları çıxmaqla, gömrük ekspertizası başa çatdıqdan sonra prob və nümunə vəya onların qalıq materialları gömrük orqanlarının əməkdaşarına vəya gömrük ekspertizasilə əlaqədar olaraq müraciət etmiş şəxsə qaytarılmır:
- malların məhv edilməsi üzrə qərar qəbul olunduqda;
- prob və nümunələrin ümumi dəyəri 100 manatdan artıq olduqda.
Nümunələr gömrük ekspertizası həyata keçirməyə imkan yaradan minimum miqdarda götürülməlidir.
Gömrük ekspertizası məqsədilə götürülən qatılaşdırılmış halda olan müxtəlif növ şirələrin və ya çaxır materiallarının gömrük orqanları laboratoriyasna çatdırılma müddəti üç gündən çox müddət olmamalıdır və onlar müvafiq olaraq temperatur +2 və +4 dərəcə rejimində saxlanılmaq şərtilə daşınmalıdır.
Əmtəə və Mallardan prob və müxtəlif nümunələrin götürülmə, saxlanılma və daşınma şəraiti onların saxlanması temperaturları şəraitində aparılmadığı təqdirdə, onlar uyğun olaraq gömrük laboratoriyası tərəfindən bu hallar nəzərə alındığı üçün qəbul edilməməli vəya ilk baxışda tam həcmdə geri qaytarılmalıdır. Malların saxlama müddəti bir aydan azolan tez xarabolan mallardanvə ya nümunələrdən gömrük laboratoriyasına göndərilməsiçün baytarlıq-sanitariya, təhlükəsizlik və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə prob və müxtəlif nümunələr götürülmür və onların ekspertizası aparılmır. Keyfiyyət və Təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi üçün prob və müxtəlif nümunələr müvafiq qaydada standartlara uyğun şəkildə götürülməlidir.
Gömrük ekspertizaları iyirmi iş günü müddətində həyata keçirilir. Ekspertizanın aparılması üçün müddət material və sənədlərin gömrük labaratoriyasına daxil olduğu gündən daha sonrakı növbəti başlayan iş günündən hesaba alınır və bu rəyin imzalandığı tarixində başa çatmalıdır. Gömrük Ekspertizasının aparılma müddətinin son günü səsvermə, istirahət, iş günü hesab olunmayan bayram günlərinə vəya ümumxalq matəm gününə təsadüf edərsə, növbəti başlayan iş günü müddətin başa çatdığı gün hesab olunmalıdır. Ekspertizanın aparılma müddətləri, səbəbləri qeyd olunmaqla, laboratoriya rəhbərinin yazılı formada icazəsi əsnasında gömrük ekspertizasının həyata keçirilməsi məqsədilə dörd aydan artıq olmayan müddətə qədər uzadıla bilər. Ekspertizanın aparılması müddətinin uzadılmasına aid icazənin surəti bir iş günü müddətində ekspertiza təyinetmiş gömrük idarəsi vəya gömrük ekspertizasının aparılmasilə bağlı müraciət etmiş şəxslərə göndərilir.
Gömrük ekspertizasının müddəti aşağıda göstərilən hallara qədər uzadılır:
gömrük orqanının sənədində vəya şəxslərin müraciətində qeyd edilməmiş və gömrük məqsədləriçün əhəmiyyət kəsbedən hadisələrin aşkar olunmasilə əlaqədar əlavə olaraq tədqiqatın aparılmasına dair ehtiyac olduqda;
təhqiqat metodikasıına uyğun ekspertiza mürəkkəb şəkildə olduqda.
Aşağıdakı hallarda gömrük ekspertizasının müddəti on günədək müəyyən olunmuş müddətə dayandırılır və bu gömrük ekspertizanı təyinetmiş gömrük orqanına vəya gömrük ekspertiza aparılmasilə əlaqədar olaraq müraciət etmiş şəxslərə bu haqda məlumat tezliklə çatdırılır: əlavə müəyyən material və sənədlərin təqdim edilməsi haqda ekspertin yazılı şəkildə müraciəti olduqda; laboratoriyanın avadanlığı müvəqqəti olaraq nasaz şəkildə olduqda vəya xüsusi şərait olmadıqda; əmək qabiliyyətini ekspert müvəqqəti itirdikdə; tələbolunan avadanlıq bəzi sınaqların aparılmasıçün ekspertin sərəncamında olmadığından olan bu və ya digər sınaq laboratoriyasıına müraciət edildikdə; sənədlər və təqdim edilmiş materiallar müvafiq siyahıya görə uyğun olmadıqda.
Gömrük üzrə ekspertiza fəaliyyətinin aparılmasının aşağıdakı növləri var:
Dostları ilə paylaş: |