Magistr dissertasiyasi magistrant: Əhmədov Tural



Yüklə 0,55 Mb.
səhifə16/22
tarix10.01.2022
ölçüsü0,55 Mb.
#109216
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
ilkin ekspertiza - Gömrük Məcəlləsi 322.1 maddəsində xüsusi biliklərdən istifadə edərək, göstərilənlərin müəyyənləşdirilməsiçün ilkdəfə aparılan ekspertiza növüdür;

əlavə ekspertiza – o vaxt aparılır ki, ilkin ekspertizaya dair rəy tərtib olunanda qoyulmuş suallara tam olaraq cavab vermək mümkün olmasın və ya tədqiqat obyektinə aid əlavə müxtəlif növ suallar yaransın. Əlavə ekspertizanın aparılması isə həmin vəya başqa ekspertə həvalə olunur;

təkrar ekspertiza - ekspert rəyinin verildiyi zaman əsaslandırılmadığı vəya onun doğruluğuna gömrük orqanlarında şübhə yaranan hallarda və yaxud bəyannaməçinin, mal barəsində səlahiyyətli digər şəxslərin vəya onların nümayəndəsiinin şikayəti əsasında, aparılması başqa ekspertə tapşırılmaqla aparılan ekspertizadır. Əvvəlki ekspertizanı keçirmiş ekspert təkrar ekspertizada iştirakedə və ya izahlar verə bilər, lakin aparılan tədqiqat zamanı və bununla bağlı rəy tərtib olunan zaman iştirakedə bilməz. Təkrar ekspertiza aparılan zaman, ekspertə əvvəlki aparılan ekspertizanın sənədləri təqdim olunur;

komisyon ekspertiza – keçirilməsi mürəkkəb ekspert tədqiqatları aparılması tələb edildikdə, gömrük laboratoriyası rəhbərinin göstərişilə eyni ixtisaslı mütəxəssislər komissiyası tərəfindən aparılan ekspertiza növüdür;

kompleks ekspertiza - bir neçə tədqiqat ekspertizası aparmaqla biliyin bir və ya bir neçə sahəsi daxilində müxtəlif növ üsullar sistemi əsasında nəticə alınması mümkün olduqda aparılan ekspertiza növüdür.



Gömrük ekspertizasına təqdim olunmuş, prob və nümunə istisna olmaqla, material və sənədlərin ümumi saxlanma müddəti üç ildir.
Gömrük ekspertizası aparılmasına təqdim olunmuş materiallar və sənədlərin təbii yolla pozulması, qarşısıalınmaz qüvvələr nəticəsində məhvolması vəya bərpa olunmayan itki olduğu halları istisna olmaqla, normal şəraitdənormal şəkildə qorunub saxlanılması gömrük orqanları və onun əməkdaşları tərəfindən təmin olunmalıdır. Laboratoriyaya təqdim olunmuş prob və müxtəlif nümunələr onların qorunmasçün ayrılmış müvafiq temperaturu tənzimlənən xüsusi otaqlarda (dondurucuda, soyuducuda və s.) saxlanılır. Bir çox qida məhsullarından əldə olunmuş prob və müxtəlif nümunələrin gömrük laboratoriyasında bununla bağlı saxlama müddəti onların son istifadə müddətindən artıq müddətdə olmamalıdır. Digər mallardan isə götürülmüş prob və nümunənin saxlanma müddəti dörd aydır.

Prob və nümunələr saxlama müddəti bitdiyi zaman məhv edilir.

Prob və müxtəlif nümunələr üzrə keçirilən sınaqların protokolunda aşağıdakı məlumatlar göstərilir:

  1. sınaq protokolunun nömrəsi;

  2. gömrük laboratoriyasının rekvizitləri;

  3. prob və nümunələr haqda məlumatlar:

  4. sifarişçinin rekvizitləri;

  5. istehsalçı haqqında məlumat;

  6. malın adı;

  7. miqdarı və çəkisi;

  8. seriya nömrəsi;

  9. son istifadə tarixi;

  10. qeydiyyat nömrəsi;

  11. götürülmə tarixi;

  12. götürülmə yeri;

  13. qablaşma, markalanma, daxili görünüş haqqında məlumat;

  14. prob və nümunələr götürülməsi prosesinə aid texniki sənədlərin rekviziti;

  15. sınağın başlama və başa çatma tarixi;

  16. gömrük laboratoriyasına çatdırılma tarixi;

  17. sınaq protokolunun tərtib edilmə tarixi.

  18. sınağı aparan şəxsin adı,soyadı, imzası;

  19. aparılmış metodlar göstərilməklə sınaqların nəticələri;


Sınaq protokolunun qeyd aparılan bütün səhifələri tam şəkildə nömrələnməlidir.

Və Sınaq protokolu gömrük laboratoriyasının səlahiyyətli şəxsi tərəfindən möhürü vurulmaqla, gömrük laboratoriyası rəhbəri tərəfindən müəyyən zaman müddətində təsdiq olunmalıdır.

Malların şəxslər tərəfindən gömrük laboratoriyasına gətirilməsi və həmin mallardan prob və müxtəlif nümunələrin götürülməsi mümkün olmadığı zamanda, gömrük ekspertizasının müxtəlif məqsədlərçün malların yerləşdiyi yerdə onlara gömrük orqanları tərəfindən baxış keçirilir.

Mallara gömrük baxışının keçirilməsi ekspertizanı təyin etmiş gömrük orqanı və ya bununla əlaqədar olaraq müraciət etmiş şəxslər tərəfindən bu qaydalara uyğun şəkildə təşkil olunur. Mallara gömrük baxışının keçirilməsi vaxtı gömrük orqanının əməkdaşı, habelə bəyannaməçi, mal barəsində səlahiyyətli digər şəxslər vəya onların nümayəndəsi birgə iştirak edirlər.



Əmtəə və ya Mallara baxış keçirən ekspertlərin hüquqları aşağıdakılardan ibarət sayılır:

  1. malın ekspertizaya göndərilməsi haqda gömrük orqanının göndərişi gömrük laboratoriyalarına daxil olduğu vaxtdan on gün müddətində bəyannaməçi, mal barədə səlahiyyətli bu və ya digər şəxslərdən vəya onların nümayəndəsi tərəfindən mal baxışa təqdim edilmədiyi hallarda, onların iştirakçıları olmadığı halda mala baxış keçirilməsini həyata keçirmək;

  2. təsviretmə üsullarından istifadə edə bilmək;

  3. ekspertizanın aparılmasıçün malları müşaiət edən texniki normativ sənədləri əldə etmək;

  4. əlverişli şərait yaradılmasını mallara gömrük baxışı keçirilməsüçün tələb etmək;

  5. texniki ölçmə vasitələrindən mallara baxışın keçirilməsində istifadə etmək.

  6. Yalnız ekspertizada marağı olmayan şəxslərin iştirakilə mallara baxış keçirilir.

Əmtəə və Mallara baxışın keçirilməsi akt formasında rəsmiləşdirilir. Bir nüsxədə Akt tərtib olunur və baxışda iştirak edən bütün şəxslər tərəfindən hamılıqla imzalanır. Aktın surəti isə müvafiq şəxslərə təqdim edilir. Deklarant, mal barədə səlahiyyətli şəxslər vəya onların nümayəndələri mallara keçirilən baxış aktında olanlarla razılaşmadığı təqdirdə və bununla da onu imzalamaqdan imtina etdiyi təqdirdə, ekspertiza baxış aktının xüsusi göstərilən qeyd hissəsində bu barədə qeydi əlavə edilir.
Beləliklə, Aparılmış tədqiqatların əsasında və onların nəticələri nəzərə alınmaqla, ekspertlər tərəfindən yazılı formatda rəy hazırlanıb, imzalanıb və təsdiqlənməsiçün gömrük laboratoriyasının rəhbərinə birbaşa təqdim olunur.

Ekspertin rəyi

1. giriş hissə,

2. tədqiqi hissə

3. nəticə hissəsindən ibarətdir.
Ekspert rəyinin ilkin giriş hissəsi aşağıdakılardan qeyd olunur:

  1. ekspertizanın növü (ilkin növ, əlavə növ, təkrar növ, kompleks növ, komisyon növ);

  2. ekspertizanın aparılmasıçün sənəd.

  3. Gömrük ekspertizanın aparılmasının məqsədi;

  4. ekspertizanı aparan ekspert haqda məlumatlar: adı, soyadı və ata adı, vəzifəsi, ixtisası;

  5. gömrük ekspertizanın aparılma vaxtları və yerləri;

  6. materiallar və sənədlərin laboratoriyaya daxil olunduğu tarix;

  7. ekspertizaya təqdim olunmuş malların və əmtəələrin adları, tədqiq olunan obyektlərin qablaşdırılması növləri və rekviziti;

  8. ekspertlərə təqdim olunmuş material və sənədlərin siyahısı;

  9. ekspertlər qarşısında qoyulmuş digər suallar.


Əlavə ekspertiza aparılmasına dair rəy formasının giriş hissədə ilkin ekspertiza haqda məlumatlar da öz yerini tapır. Bu hissəsə ilkin ekspertiza növü üzrə rəyin nömrə və tərtib olunma tarixi, ekspertin adı , soyadı və ata adı, rəydə izahat və başqa tamamlama tələb olunan ilkin ekspertizayla müəyyən olunmuş məlumat və nəticələr əks olunur. Təkrar ekspertiza rəyinin giriş hissəsində olan, ilkin ekspertiza haqda məlumatlar göstərilir. Burada ilkin ekspertizanın rəyinin tarixi və nömrəsi, ekspertin adı, soyadı və ata adı, ilkin ekspertiza nəticəsi, təkrar ekspertiza aparılmasının əsasları öz əksini tapır. Ekspert rəyinin tədqiqi olunması hissəsində təhqiqat prosesi və onun müəyyən nəticələri təsvir edilir, müəyyən olunmuş faktların izahı qeyd olunur.

Ekspertizanın rəyində tədqiqi olan hissəsində aşağıdakı göstərilir:

  1. tədqiqatın metodu və nəticələri;

  2. tədqiqatın obyektləri vəziyyəti;

  3. prob və müxtəlif nümunələrin sınaqları və onların nəticələri;

  4. ekspertin məlumatları

Qoyulmuş suallardan bəzi suallara cavablandırmaq mümkün olmadığı zaman, ekspert rəyinin tədqiqində onun əsas səbəbləri göstərilməlidir. Belə Ekspert rəyinin tədqiqində anlaşılan tərzdə ifadə edilməli, terminlərdən düzgün qaydada istifadə edilməli və belə xüsusi terminlər izah olunmalıdır.

Əlavə ekspertiza aparıldığı zaman, ilkin ekspertiza aparılma vaxtı tətbiq olunan vasitələrdən istifadə olunmuşdursa və bu nəticə əldə edilmişdirsə, ekspertlər əlavə ekspertizaya aid olan rəyin tədqiqi prosesində tədqiqatın gedişini və nəticəsini göstərmədən ilkin ekspertizalarının müvafiq olan bölmələrinə istinad edilə bilər. Təkrar aparılan ekspertiza keçirilən zaman ilkin ekspert nəticələrilə müxtəliflik yaşanarsa, belə təkrar ekspertizaya aid rəyin tədqiq prosesində bu müxtəlifliyin elmi- metodik səbəbi ekspertlər tərəfindən göstərilməlidir. Bu növ tədqiqatın üsulları, elmi-texniki vasitələrdən istifadə edilməsi şəraiti elə ifadə olunmalıdı ki, aparılmış ekspertizanı təkrar etməklə ekspertin aşkarladığı nəticələrin doğru olduğunu yoxlamaq mümkünləşsin. Verilən sualların sayı mütəlif və çox olduğu zaman, rəyin tədqiq prosesində hər bir hissəni sualın göstərilməsilə başlanır. Suallara cavab kimi ekspertin gəldiyi müxtəlif nəticələr sualların tədqiqi hissələrində göstərilən ardıcıllıqlarla verilməlidir. Müxtəlif növ suallara mahiyyətinə görə cavab verilir və onun həllinin mümkünlüyü göstərilir. Ekspertiza sonunda rəyin nəticə hissəsi aydın, dəqiq dildə və birmənalı olaraq ifadə edilməlidir. Rəyin tədqiq hissəsndə göstərilən və qoyulmuş müxtəlif suallara qəti cavab verən təhqiqat yekunlarını və nəticələrini müfəssəl təsvir etmədən öncə nəticəni formalaşdırmaq mümkünsuz olduqda, ekspert rəyinin tədqiqi hissəsinə yönləndirilməsinə yol verilir. Ekspertlər Komisyon ekspertizanın aparılması vaxtı fikir ayrılığı yaranarsa, ekspert hərbir ayrıca rəy təqdimetmək hüquqlarına malikdirlər. Hər bir ekspert Kompleks ekspertiza aparıldığı zaman rəyin ona aid hissəsini imzalayırlar. İki nüsxədə Ekspert rəyi tərtib olunur. Birinci nüsxə sənəd ekspertizanı təyinetmiş gömrük idarəsinə vəya onunla bağlı müraciət etmiş şəxslərə təqdim olunur, ikinci nüsxəysə gömrük laboratoriyasının axivlərində saxlanılır. Ekspert rəyini Gömrük laboratoriyasının rəhbəri nəzərdən keçirərkən, sənədin doğru rəsmiləşdirilmədiyini vəya yanlış nəticələr çıxarılmasına səbəb olacaq natamam tədqiqatlar keçirildiyini, ekspertiza aparılmasının metodologiyasının pozulduğu aşkar olunarsa, rəy zəruri dəyişiklik və dəqiqləşdirmələr edilməsiçün ekspertə geri qaytarılır. Ekspertiza aparılması bu halda digər ekspertlərə tapşırılır. Ekspertizanı təyin edən gömrük orqanının əməkdaşı ekspertizanın nəticəsi barədə birbaşa bəyannaməçini, mal barədə səlahiyyəti olan şəxsləri vəya onların nümayəndəsinii məlumatlandırır. Gömrük orqanı Ekspertin rəyinə əsaslanaraq, aşağıdakılarla əlaqədar qəbul olunmuş qərarlar barəsində yazılı surətdə müvafiq gömrük laboratoriyalarını məlumatlandırır: Malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına müvafiq olaraq aidiyyəti olmasının, təsnifat kodunun müəyyənlə.dirilməsi və eyniləşdirilməsi, malın mənşəə ölkəsinin, emal proseslərində hasilat normasının müəyyənləşdirilməsi və əmtəənin gömrük dəyərinin təyini əsasında gömrük orqanları tərəfindən büdcəyə ödənilmiş vergilərin və gömrük rüsumlarının miqdarı barədə; keyfiyyət göstəriciləri və ya təhlükəsizliyə görə istifadəyə yararsız mallar barəsində.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin