Rabitə şöbələri vasitəsi ilə hesablaşmalar forması.
Gələcəkdə əhalinin istirahətini yaxşılaşdırmaq üçün radio-televiziya, nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaq dövlətin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biridir.
Məlumdur ki, son illərdə əhalinin mədəni istirahətinin təşkilində rabitənin xidməti çox böyükdür. Digər tərəfdən müxtəlif müəssisələrin idarə olunmasında bir müəssisə ilə digərlərinin habelə baş idarələrin, inzibati orqanların, nazirliklərin bir başa telefon və teleqraf əlaqələri rabitənin xidməti hesabına həyata keçirilir. Sonra müəssisələrlə mal göndərişi, müxtəlif barataları, qiymətli məktubların göndərilməsi və xidməti rabitənin xidməti sayəsində həyata keçirilir. Ona görə də rabitə orqanları yerinə yetirdikləri xidmətlərin həcminə görə müxtəlif müəssisələrlə hesablaşmalı olurlar. Həmin hesablaşmaların bir qismi nağd qaydada həyata keçirilir. Bir qismi isə nağdsız qaydada həyata keçirilir. Bu elə hesablaşmanın tərkibində nağdsız hesablaşmalar daha çox böyük xüsusi çəkiyə malikdir.
Rabitə şöbələri vasitəsi ilə müəssisə nağd yolla hesablaşdıqda göndərilmiş məktub, banderol, barat və s. rabitə şöbəsində xüsusi olaraq qarşılaşdırılıb bağlandıqdan sonra surğuclanır və markalanır. Bu xidmətə görə rabitə şöbəsində göndərilmiş (məktub, barat, banderol) və edilmiş xidmətlərin dəyəri preyskuranta əsasən ödənilir.
Ödənilmiş xərc üçün poçt-rabitə İşçisi tərəfindən qəbz yazılır. Qəbzdə göndərilmiş baratanın nömrəsi, tarixi və ödənilməmiş nağd pulun dəyəri qeyd edilir. Belə göndərişlər bəzən təcili, bəzən də hər iki başa ödənişlə, bəzə də avia, sadə və telefonla, teleqramla həyata keçirilir. Bu ödənişlərin hamısı qəbzlə, rəsmiyyətə salınmaqla nağd hesablaşmalara aid edilir.
Nağdsız ödənişlər isə müəssisə, daima rabitə şöbələri ilə əlaqədə olduğuna görə onların xidmətlərindən arası kəsilmədən istifadə edirlər. Həmin xidmətlərin bəzisi limitli çeklə ödənilir. Telefon xidmətinə görə rabitə şöbəsi hər ay müəssisəyə hesabnamə göndərir. Müəssisə isə planlı ödəniş qaydasında onun xidmətinin dəyərini ödəyir. Digər halda telefon, teleqraf, teletayp xidmətlərinə görə hesabnamənin dəyəri ya əhali tərəfindən ya da müəssisə tərəfindən ödənilmədikdə, gecikdirildikdə müəssisə müvafiq surətdə cərimə olunur.
Deməli, müəssisə və təşkilatlar rabitə idarələri ilə nağd və nağdsız qaydada, limitli çeklərlə, qarşılıqlı ödəniş qaydası ilə ödəniş hesablaşma qaydası ilə hesablaşırlar.
Dostları ilə paylaş: |