G.Nəbiyeva. Material ehtiyatlarından istifadənin uçotunun təkmilləşdirilməsi. Bakı, 2015.
74 7. Müəssisədə bir çox hallarda sex, ümumfabrik və köməkçi istehsalatlar hesabına
aid edilən materalların buraxılması birdəfəlik qaimələrdə rəsmiləşdirilir.
İstehsalata limitdən artıq materialların buraxflması prosesində qaimələrdən
istifadə olunur. Bu zaman material almaq üçün qaimənin üzərində qırmızı və
yaxud başqa rəngdə xəbərdaredici zolaq olur. Siqnal tələbnaməsinin o biri
üzündə artıq xərcin baş vermə səbəbləri zaqda sex rəisinin və yaxud sahə
ustasının yazılı izahatı əlavə olunmalıdır;
8. Satın alınan istehsalat ehtiyatlarının gətirilməsinə çəkilən xərclər (əgər,
kontraktda belə xərclərin malalan təşkilatın hesabına ödənilməsi nəzərdə
tutulmuşdursa) onun maya dəyərinə daxil edilə və edilməyə bilər. Təcrübə
göstərir ki, daşıma ilə əlaqədar xərclərin istehsalat ehtiyatlarının maya dəyərinə
daxil edilməsi daha məqsədəuyğundur; 9. Stabil iqtisadi şəraitdə inflyasiyanın və qiymətlərin cüzi dəyişdiyi hallarda
istehsalat ehtiyatlarını onların satınalma dəyərləri ilə qiymətləndirmək
məqsədəuyğundur. Bununla yanaşı, inflyasiyanın illik səviyyəsi iki rəqəmli
həddə yaxınlaşdıqda, habelə bazarda qeyri-stabillik halları müşahidə edildikə,
istehsalat ehtiyatlarının satınalma dəyəri ilə əks etdirilməsi onların real
dəyərləri haqda obyektiv məlumat vermək funksiyasını dayandırır;
10. Materialların istehsal prosesində səmərəli istifadə olunmasına nəzarəti həyata
keçirmək
üçün
texniki
cəhətdən
əsaslandırılmış
sərt
normalar
müəyyənləşdirilməlidir. Bu zaman həqiqi məsrəfləri norma ilə müqayisə etmək
və kənarlaşmaları aşkara çıxarmaq lazımdır;
11. Uçotun beynəlxalq standartlara uyğun olaraq qiymət stabilliyini saxlamaq
məqsədilə mal-material ehtiyatlarını ya onların satınalma, ya da bazar dəyəri ilə
qiymətləndirmək məqsədəuyğun sayılır. Bu zaman həmin iki qiymətdən daa
aşağı olanı seçilməlidir. Qiymətləndirməyə elə yanaşma konservatizm
prinsipinə əsaslanır. Mal-material ehtiyatlarının qiyməti artdıqca artıq satın
alınan ehtiyatlar köhnə dəyəri (satın alma dəyəri) ilə əks etdirilir. Qiymətin