2.3.
Ehtiyatların maya dəyərinin müəyyənləşdirilməsi
25-30
2.4.
Ehtiyatların ilkin dəyərinin qiymətləndirilməsi metodları
31-35
2.5.
Ehtiyatların satışının mümkün xalis dəyərinin
müəyyənləşdirilməsivə onların xərc kimi tanınması
metodikası
35-41
2.6.
Ehtiyatların daxil olmasının və istehsalata buraxılmasının
sənədlərlə rəsmiyyətə salınması
41-43
2.7.
Ehtiyatların sintetik və analitik uçotu
43-47
2.8.
Materialların uçotunun təkmilləşdirilməsi
47-51
2.9.
Hazır məhsul, bitməmiş istehsalat və materialların uçotu
51-62
III
FƏSİL
“Ehtiyatlar üzrə” kommersiya təşkilatları üçün 8 № li
Milli Mühasibat Uçotu Standartının tətbiqi imkanları
63-72
3.1.
Standartın təyinatı, məqsədi və tətbiq edildiyi sahə
63-64
3.2.
Ehtiyatların əldə edilməsinə çəkilən məsrəflərin uçotu
65-67
3.3.
Bioloji aktivlərdən alınmış kənd təsərrüfatı məhsullarının
ilkin dəyərinin hesablanması metodikası
67-70
3.4.
Maliyyə hesabatında ehtiyatlar üzrə məlumatın açıqlanması
metodikası
70-71
NƏTİCƏ VƏ TƏKLİFLƏR
72-75
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
76-77
3
İŞİN ÜMUMİ XARAKTERİSTİKASI
Mövzunun aktuallığı. Biznesin cari qiymətləndirilməsi şirkətlərin hansı
həcmdə aktivlərə malik olması və onların ödənilmə müddətləri ilə
müəyyənləşdirilir. Aktivlər isə özlüyündə əsas vəsaitlərdən (Fixed Assets) və
dövriyyə kapitalından (Current Assets) ibarətdir. Dövriyyə kapitalı – şirkətin cari
fəaliyyətini təmin edən dövriyyə material ehtiyatlarına və tədavül fondlarına avans
edilən vəsait deməkdir.
Material ehtiyatlarının maliyyələşmə ehtiyacı var və buna görə də o, real
kapitala investisiya qoyuluşlarının əsas növlərindən biridir. Məhz buna görə də,
investorlar materialları maliyyə qoyuluşlarından müəyyən gəlir götürməyi nəzərdə
tuturlar.
Materiallardan istifadə olunması siyasəti iki əsas məsələyə gətirib çıxarır:
1. şirkətin əməliyyat fəaliyyətini təmin etmək nöqteyi-nəzərindən hansı
səviyyədə materiallara ehtiyac duyulur (bütövlükdə və ayrı-ayrı) ünsürlər
üzrə)
2. onları hansı mənbələr hesabına maliyyələşdirmək olar
Matrialların araşdırılan xüsusiyyətləri şirkət üçün onların optimal səviyyəsini
müəyyənləşdirmək metoduna təsir göstərir. Material resurslarına qənaətin
yaranması mexanizmi həm təşkilati-texniki, həm istehsalın təşkilati-iqtisadi
amillərindən, həm də uçot və təhlilin müasir tələblər səviyyəsində qurulmasından
asılıdır.
Material ehtiyatlarına tələbat həm istehsal sferası üçün, həm də tədavül sferası
üçün, həm təsərrüfat fəaliyyətinin müxtəlif sahələri üçün eyni deyildir. Bu tələbat
dövriyyə vəsaitlərinn əşya mahiyyəti, dövriyyə vəsaitlərinin dövr sürəti, istehsalın
həcmi, istehsalın texnologiyası və təşkili, məhsullarıns atışı qaydası, xammal və
materialların alınması və digər amillərlə müəyyənləşdirilir.
Müəssisələrin fəaliyyəti ilə yaxından tanışlıq göstərir ki, onların maliyyə-
təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması ilk növbədə material, əmək və maliyyə
|