5
və praktik problemlərinin araşdırılması tədqiqatın metodoloji və informasiya
bazası sayılır.
Tədqiqatın nəzəri-metodoloji və metodiki əsasını Azərbaycan Respublikasının
Konstitusiyası,
Mülki Məcəlləsi, mühasibat uçotu, Auditor xidməti, sahibkarlıq,
özəlləşdirmə, müəssisələr haqqında
Qanunlar, Respublika Prezidentinin və
Hökümətinin müvafiq sərəncamları və qərarları, maliyyə Nazirliyinin təlimat
xarakterli
sənədləri, habelə tədqiq olunan problem üzrə alimlərin baxışları, elmi
məqalələr, dövri mətbuatın materialları və s. təşkil edir. Tədqiqat işində sosial-
iqtisadi hadisələrin dərk olunmasında dünya elmi tərəfindən istifadə olunan
dialektik,
statistik, müqayisə, induktiv,
deduktiv, müşahidə, dinamika və s.
üsullardan istifadə edilmişdir.
Tədqiqatın elmi yeniliyi. İşin əsas elmi yeniliyi dedikdə, aşağıdakılar
nəzərdə tutulmuşdur:
material aktivlərinin formalaşması və uçotunun təşkili üzrə tövsiyyələr;
nəqliyyat-tədarük xərclərinin uçotu və bölüşdürülməsi metodikası;
ilk sənədlərin və uçot regisrlərinin təkmilləşdirilməsi;
bazar şəraitində material aktivlərinin müxtəlif ünsürlərinin
uçotunun təşkili
və onlardan istifadəyə nəzarət üzrə təkliflər.
Tədqiqat işinin praktik əhəmiyyəti. Material aktivlərinin uçotunun
təkmilləşdirilməsi üzrə hazırlanılan tövsiyyələr onların uçotunu və nəzarəti daha
yüksək səviyyəyə qaldırmağa müəyyən kömək göstərəcək.
İşin həcmi və strukturu. Dissertasiya işinin
məqsədinə və vəzifəsinə
müvafiq olaraq material aktivlərinin uçotunun beynəlxalq praktikasından istifadə
etməklə, müvafiq tövsiyyələrin işlənib hazırlanması əsasında tədqiqatın logikası
müəyyən olunmuşdur.
Dissertasiya işi giriş, üç fəsil, nətcə və istifadə edilmiş ədəbiyyat siyahısından
ibarət olmaqla, qəbul olunmuş standartlara uyğun şəkildə kompüter yazısı ilə 77
səhifə həcmindədir. Ədəbiyyat siyahısında tədqiqat işində istifadə olunmuş 33
mənbənin adı göstərilmişdir.