4 resurslarına hərtərəfli qənaəti həyata keçirməklə səciyyələnir. Resurslara qənaət
olunması istehsalın artan tələbatını ödəməyin həlledici mənbəyidir. Resurslara
qənaət, material tutumu daha yüksək olan istehsal sahələri üçün daha böyük
əhəmiyyət kəsb edir.
Təşkilati-texniki tədbirlərin tətbiqinin idarə olunması sistemində materialların
uçotunun və təhlilinin bəzi məsələləri müxtəlif dissertasiya işlərində, habelə bir
sıra monoqrafik tədqiqatlarda araşdırılmışdır.
Material resurslarının uçotu və ona qənaətin səmərəli yollarının təhlili həm
MDB, həm digər xarici ölkə alimlərinin, həm də azərbaycan alimlərinin son
illərdəki tədqiqatlarında nəzərdən keçirilmişdir:
Bleyk Con, Orion Amat, Britton Е., Vaterson К., Velş Qlen, Druri К.,
Kimizuka Yoşiro, Rişar Ğ., Nidlz B., А.F.Aksenenko, А.P.Çeçeta, V.İ.Vidyapin,
A.V.Vlasov, A.P.Jitnaya, N.T.Beluxa, V.F.Paliy, B.İ.Maydancik, СS.B.Bernqolc,
V.İ.Petrova,
Z.V.Kiryanova,
İ.A.Lamıkin,
A.D.Larionov,
V.İ.İsayev,
H.İ.Namazəliyev, S.İ.Müslümov, S.M.Səbzəliyev, Q.Ə.Abbasov, Q.R.Rzayev,
V.M.Qulyev, N.M.İsmayılov, R.B.Əliyev, İ.Abbasov, S.Qasımov və b.
Tədqiqatın məqsəd və vəzifələri. Mini dissertasiya işinin başlıca məqsədi
istehsalat resurslarına qənaət üzrə tədbirlərin idarə olunmasının təsərrüfatdaxili
mexanizminin tədqiqindən, onların təsərrüfat fəaliyyətinin səmərəliliyinə təsirini
aşkara çıxarmaqdan, material resurslarının təsnifatını beynəlxalq standartlar
baxımından dəqiqləşdirməkdən, materialların ilk və icmal uçotu ilə bağlı
sənədləşdirmələrin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaqdan,
müasir kompüterlərdən istifadə etməklə uçotu lokal qaydada avtomatlaşdırmaqdan
və s. ibarətdir.
Tədqiqat obyekti. Tədqiqat obyekti kimi respublikanın müxtəlif istehsal
istiqamətli kommersiya təşkilatlarının uçot və hesabat materiallarından, həmçinin
şərti göstəricilərdən istifadə olunmuşdur.