Magİstratura mərkəz


Şüşə məmulatlarının nöqsanları



Yüklə 462,57 Kb.
səhifə12/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   8   9   10   11   12   13   14   15   ...   77
Şüşə məmulatlarının nöqsanları. Şüşə məmulatlarının keyfiyyəti onların termiki, me­xa­niki, optiki, estetik və sanitar-gigiyenik xassələrinə mənfi təsir edən nöqsanların olmasından asılıdır. Şüşə məmulatlarının nöqsanları 3 qrupa bölünür:

  • şüşə kütləsinin nöqsanları;

  • istehsal nöqsanları

  • emal nöqsanları

Nöqsanların xarakteristikası cədvəl 1.2-də verilmişdir.

Bu cür nöqsanın məmulatın keyfiyyətinə təsiri onun ölçü­sün­dən, növündən, yerləşməsindən, həmçinin məmulatın ölçüsündən asılıdır. Məsələn şüşə kütə­sinin nöqsanları məmulatın strukturunun bircinsliyini pozmaqla yanaşı eyni zamanda şüşənin möhkəmliyini və optiki xassələrini aşağı salır. Bu səbəbdən də bəzi nöqsan­ların ölçüsünə və miqdarına görə məhdud şəkildə buraxılmasına yol verilir, bəziləri isə ümumiyyətlə buraxılmır.

Məmulatların naxışlanmasına qoyulan əsas tələblər naxışlarda xətlərin dəqiqliyi, rəngli və tutqun səthlərin bərabərsəviyyəli olması, bütün naxışlama elementlərinin parlaq cilalanması aid edilir.

Şüşə məmulatlarında əmtəə görünüşünü pozmayan nöqsanların buraxılmasına yol verilə bilər: emal edilmiş (əridilmiş) qəlpələr, tək-tək rast gəlinən damar və nöqtələr, məmulatın səthində az hiss olunan cizgilər, qatlar, qırışlar vəs.

Bu nöqsanlara vizual olaraq, daha çox hallarda isə lupa vasitəsilə nəzarət edilir. Nöqsanların qiymətləndirilməsi nəzarət nümunəsinə əsasən ekspertlər tərəfindən aparılır.

Şüşə məmulatlarında aşağıdakı nöqsanların buraxılmasına yol verilmir: qəlpələr; kənarların və tillərin iti (kəsici) olması; qopmuş şüşə hissəsinin olmasına; kənar qarışıqların olmasına və s.

Yoxlama zamanı kənar qarışıqların və qabarcıqların ölçüləri ölçü alətləri vasitəsilə yoxlanılır. Hər bir şüşə məmulatının təyinatına uyğun olaraq müəyyən edilmiş standartlarda malların qəbulu zamanı nəzarətin aparılması planı və ardığıllığı verilir. Keyfiyyətcə qəbul zamanı nöqsanlı şüşə məmulatlarının miqdarı mal partiyasının 4%-ni aşmamalıdır.

Cədvəl 1.2




Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin