Magİstratura mərkəz



Yüklə 462,57 Kb.
səhifə53/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   49   50   51   52   53   54   55   56   ...   77
Uran birləşmələrinin aşağıdakı birləşmələri məlumdur:

Uran ikioksid – və ya uranil UO2 şüşəni boz rəngə boyayır, buna görə də boyayıcı kimi maraq doğurmur.

Uran üçoksid UO3 – şüşəni sarı-yaşıl rəngə boyayır.

Uran ikioksid və uran üçoksid - şüşəni sarı-yaşıl rəngə boyayır.

Uran turşusunun natrium duzu – Na2UO4 – uranat şüşəni sarı rəngə boyayır.

Uranit şüşələrin ən qiymətli xassəsi flüoresensiyadır – xüsusilə qalındivarlı dekorativ məmulatlarda və ekranlarda daha çox parlaqlıq verir.



Kükürd (m.ç.32,07; x.ç. 2,07). Şüşədə sulfid şəklində, elementar kükürd və oksidli birləşmələr kükürd anhidridi SO2 və sulfit SO3 şəklində yerləşə bilir.

Oksigenli birləşmələr şüşəni rəngləmir. Elementar kükürd texniki şüşənin tərkibində qalmır, o, sulfidlər yaradaraq şüşəni sarı və ya sarı-şabalıdı rəngə boyayır. Tədqiqat işləri göstərir ki, nə kükürd, nə də kömür təmiz xammalın tərkibində (dəmir oksidi olmayan) şüşəni heç bir rəngə boyamır, lakin tamamilə əhəmiyyətsiz miqdarda dəmir tamamilə kifayət edir ki, dəmir sulfid birləşməsi yaratmaqla şüşəni hiss olunacaq sarımtıl rəngə boyasın.

Dəmirdən başqa bir çox ağır metallar da sulfidli birləşmələr yarada bilir ki, bunlar daha güclü boyayıcıdırlar. Dəmir sulfit alınması üçün sulfatdan istifadə olunur, bərpaedici kimi isə kömür və ya üzvi maddələr götürülür. Dəmir oksidi isə adətən az və ya çox miqdarda xammalın tərkibində olur.

Dəmir sulfiddən boyayıcı kimi sarı siqnal svetoforlarının, dekorativ məmulat­ların və müxtəlif tara şüşələrinin istehsalında istifadə edilir.

Selen birləşmələri – boyayıcı kimi selen şixtaya metallik şəkildə – natrium-selen duzu Na2SeO3 və selen sink ZnSe kimi daxil edilir.

Elementar vəziyyətdə selen şüşəni çəhrayı rəngə boyayır. Şüşəyə bu rəngin verilməsi üçün şixtaya 0,05-0,2% selen, 1,5-4% seletra və 0,1-0,2% As2O3 əlavə etmək olar.

Bu şüşə oksidləşdirici şəraitində bişirilir. Daha təmiz çəhrayı rəngə kalium şüşələri boyanır, natriumlu şüşə isə sarı və hərdən şabalıdı çalarlara boyanır. Sarı çalar yenə də şüşədə dəmir oksidinin olması ilə əlaqədar yaranır. Buna görə də xammalda, xüsusilə də qumda dəmir oksidinin miqdarı minimum olmalıdır. Selenlə çəhrayı rəngə boyanmış şüşə adətən Rozalin adlanır və mətbəx qablarının hazır­lanmasında istifadə olunur.

Tellur (at.ç.127,61). Elementar tellur tamamilə uçucudur və bişmə prosesində şüşəyə rəng verməyərək yalnız oksidləşir.

Əgər tellurun natriumlu birləşmələrindən istifadə olunarsa, mütləq bərpaedicinin iştirakı ilə (1-2% karbon) şüşə nümunəsi (trubkada olan) yandırıcı peçdə tünd göy rəngdən qırmızı və ya qırmızı-bənövşəyi rəngə boyanır, bu da kolloid tellurun boyayıcı qabiliyyəti ilə izah edilir. Tellurun baha başa gəlməsi onun şüşə istehsalında praktiki tətbiqini mümkünsüz edir.


Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin