Magistratura məRKƏZİ” Əlyazması hüququnda Mirəlizadə Vüqar Fəxrəddin


Müstəqim və qeyri-müstəqim xərclərin bölüşdürülməsi sxemi 3.3. Müəssisənin material ehtiyatları ilə təhcizatının müasir vəziyyətinin təhlili



Yüklə 370,62 Kb.
səhifə17/23
tarix05.01.2022
ölçüsü370,62 Kb.
#111371
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
Müstəqim və qeyri-müstəqim xərclərin bölüşdürülməsi sxemi 3.3. Müəssisənin material ehtiyatları ilə təhcizatının müasir vəziyyətinin təhlili

Satışın həcminin və mənfəətin artırılması üçün müəssisənin material ehtiyatları ilə təmin olunması və onlardan səmərəli istifadə edilməsi mühüm şərtdir. Bir tərəfdən lazımi miqdarda, çeşiddə və keyfiyyətli materialların alınmaması yaxud onların vaxtlı - vaxtında gətirilməməsi boşdayanmalara, səmərəsiz əvəz edilmələrə və onlardan çıxan bütün nəticələrə (məhsulun keyfiyyətinin pisləşməsinə, maya dəyərinin yüksəlməsinə və s.) səbəb ola bilər. Digər tərəfdən, xammalın, az işlənən materialların lüzumsuz ehtiyatlarının yaranması vəsaitlərin dondurulmasına gətirib çıxarır, müəssisənin maliyyə vəziyyətinə mənfi təsir edir. Bununla əlaqədar olaraq, təhlil prosesində normal iş üçün lazını olan material - texniki ehtiyatların optimal miqdarı müəyyən edilməlidir.

Təhlil üçün müəssisənin mühüm material ehtiyatlan növlərdə təminatı əmsalından istifadə edirlər.

burada Mfakt və Mtəl - müəyyən qrup materialların müvafiq olaraq faktiki daxil olması (varlığıdır) və onlara sifariş verilmiş tələbatdır.

Ehtiyatların bütün mühüm növləri üzrə təminat əmsalları bəzi materiallar üzrə plandan artıq ehtiyatların olmasını və digərləri üzrə kəsir (defisit) yaranmasını göstərir.

Bazar münasibətləri şəraitində material ehtiyatları ilə təminatın operativ təhlili vacibdir. Bununla əlaqədar A. R. Kankovskayanın və A.B.Taruşkinin rəylərilə razılaşmaq lazım gəlir. Onlar hesab edirlər ki, müəssisənin anbarlarında material ehtiyatlarının vəziyyətinin vaxtaşırı təhlil edilməsi vacibdir. Aparılan təhlil:

faktiki ehtiyatların normativlərə uyğunluğunun qiymətləndirilməsini;

- lazım olmayan ehtiyatların aşkar edilməsini təmin edir.

Materialların normativ ehtiyatlan cari və sığorta ehtiyatlarının cəmidir

Enorm = Ecari Esiğ



Cari ehtiyatlar müəyyən material növünün gətirilməsi üzrə günlərlə hesablanan intervala (İnt) və onların orta günlük sərfinə (Sgün) əsaslanaraq müəyyən edilir.

Ecari = İnt x Sgün

Siğorta ehtiyatları müəssisənin fasiləsiz işləməsini təmin etmək və materiallar çalışmadıqda və ya göndərmə (gətirilmə) qrafikləri pozulan hallarda boşdayanmalara yol verməmək üçün yaradılır.

Materialların anbara daxil olması və onların istehsal üçün buraxılması proseslərini müqayisə edərkən lazımsız az işlənən materiallar aşkar edilə bilər. Belələri bir il ərzində sərf edilməmiş materiallardır. Həmin material ehtiyatları realizə edilməlidir, çünki həmin materialların saxlanması müəyyən xərclər tələb edir və müəssisənin təsərrüfat dövriyyəsində vəsaitlərin dondurulmasına səbəb olur.



Yüklə 370,62 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin