Banklar tərəfindən iqtisadiyyatın real sektorunun kreditləşdirilməsini stimullaşdırmaq məqsədilə aşağıdakıları təklif edirik:
overdraft və kredit xətti limitlərinin saxlanmasına görə banklara ödənilən komisyonların maya dəyərinə aid edilməsi hüququnun verilməsi;
mükəmməl bankların zəmanət və təminatlarına, ssudalar üzrə üzrə ehtimal olunan itkilərə görə ehtiyatların formalaşması məqsədləri üçün nəzərə alınan təminat növlərinin siyahısının genişləndirilməsi və onların formalaşması üzrə xərclərin maya dəyərinə aid edilməsi hüququnun verilməsi;
iqtisadiyyatın prioritet sahələrinə təqdim edilən kreditlərin aktivlərin məbləğ tərkibindəki payı müəyyən edilmiş həddən yuxarı olan banklar üçün güzəştli dərəcənin tətbiq olunması;
prioritet sahələrə təqdim edilmiş kreditlər üzrə alınmış faizlərin vergidən azad edilməsi;
müəssisələrə kreditlər üzrə faizlərin tam həcmdə maya dəyərinə aid edilməsi imkanı verilməsi.
Qiymətli kağızların köməkliyi ilə dövlət büdcəsinin kəsiri maliyyələşdirilir, yəni vergilər kimi onlar da büdcəni formalaşdıran maddələrdən biridir. Bu güzəştin tətbiqi dövlət və investorlar arasında qarşılıqlı pul axımının yaranması, banklar tərəfindən verginin hesablanmasına əlavə xərclərin çəkilməsinə, onun tutulması, büdcəyə köçürülməsi və gəlir real olaraq əldə edilənədək verginin ödənilməsi imkanı verər.
Təklif edirik ki, qiymətli kağızların alış və satışı üzrə xərclər bankın xərclərinə daxil edilsin. Yəni xərclər onların həyata keçirildiyi vaxt xərclərin tərkibinə daxil edilsin və mühasibat uçotu qaydası dəyişilməklə yanaşı vergitutma məqsədilə yeni uçot qaydası tətbiq olunsun.
Qüvvədə olan vergitutma qaydasının mövcud vəziyyətə uyğunlaşdırılması üçün amortizasiya ayırmalarını və cəlb edilmiş kreditlərlə əlaqədar gəlirdən çıxılan xərclərin siyahısını artırmaq, kreditlər üzrə faizlərin vergi bazasını azaldan xərclərə aid edilməsinə qoyulan məhdudiyyəti götürmək, ƏDV üzrə güzəştləri qiymətli metallarla əməliyyatlara şamil etmək lazımdır.
Hal-hazırda olduqca aktual məsələlərdən biri vergi bazasının düzgün hesablanması məqsədilə məsrəf və gəlirlərin uçotu qaydasının dəyişdirilməsidir. Hesablama metoduna keçilməsi kredit təşkilatlarının üzərinə ağır yük düşür, çünki əvvəla mühasibat uçotu məqsədləri üçün gəlir və xərclərin uçotu dəyişdirilmir (kassa), ikincisi isə ölkədəki iqtisadi vəziyyət elədir ki, kütləvi ödənişlərin aparılmadığı şəraitdə şübhəsiz ki, bankların real gəlirlərinin həcmi vergitutulan gəlirlərə uyğun gəlməyəcək.
Fikrimizcə, ölkədə iqtisadi sabitliyin yarandığı, iqtisadiyyatda ödəməmələrin (vergi borclarının) həcminin aşağı düşdüyü və vergilərin ödənişi üzrə xərclərin bankların aldığı gəlirlərlə baha sıx bağlı olduğu vəziyyətdə, vergi və mühasibat uçotlarının eyni zamanda dəyişdirilməsi variantı daha məqsədəuyğundur.
Onsuzda çatışmamazlıq və iradların aradan qaldırılması səbəbindən hər il vergi qanunvericiliyində edilən dəyişikliklər belə nəticəyə gəlməyə əsas verir ki, vergi orqanlarının onların şərhi üzrə işləri, qanunverici aktlarda daimi korrektlər edilməsi praktikası mütəmadi olaraq davam edəcək.
Dostları ilə paylaş: |