Fəsil 3. Bankların dövlət vergi tənzimlənməsi mexanizmi və bank auditi prosedurlarının təkmilləşdirilməsi yolları
3.1. Kommersiya banklarının dövlət vergi tənzimlənməsi və vergitutma sistemindəki problemləri
Ölkəmizin iqtisad elmi və praktikasında aktual problemlərdən biri də dövlətin bazar strukturları quruculuğuna effektli təsir edən alətlərdən olan vergitutmanın optimallaşdırılması problemləridir
Dövlətin vergi sistemi və siyasəti istisnasız olaraq bütün bazar subyektlərinin iqtisadi maraqlarına toxunur. Müasir iqtisadiyyatın əsas seqmentlərindən biri əsasən kredit təşkilatlarında mövcud olan bank riskidir. Bank sistemi iqtisadiyyatın mühüm tərkib hissəsi və makroiqtisadi vəzifələrin realizə olunması üçün çevik alətlərdən biridir. Banklar investisiya, innovasiya, struktur siyasəti, əhalinin gəlir siyasətinin həyata keçirilməsində dövlətin təsirli aləti rolunu oynayır. Həmçinin bank sistemi mikroproseslərin effektli dinamikasını təmin edən əsas infrastrukturlardan biridir.
Təhlükəsizlik və iqtisadiyyatın tənzimlənməsi baxımından bank bazarının vergi tənzimlənməsi mühüm əhəmiyyətə malikdir. Bank və ictimai-siyasi sistemlərin funksionallıq və stabillik qabiliyyətləri arasındakı qarşılıqlı əlaqə tarixən dəfələrlə təsdiqlənmişdir. Bundan başqa, iqtisadi sistemin effektli fəaliyyəti onun kredit sistemindən və deməli banklardan əhəmiyyətli dərəcədə asılıdır. Dövlətin iqtisadi siyasətinin aparılmasında iqtisadiyyatın əlaqələndirici həlqəsi kimi bank sisteminə xüsusi yer ayrılması, banklardan vergi tutulması, bank sektoru ilə vergi orqanlarının qarşılıqlı əlaqələri, kommersiya banklarının fəaliyyətinin vergi tənzimlənməsi məsələlərinin tədqiqini aktuallaşdırır.
Bank sisteminin sonrakı islahat vəzifələrindən biri kredit təşkilatlarının vergituma sisteminin təkmilləşdirilməsidir. İqtisadiyyatın bank sektorunun vergi orqanları ilə qarşılıqlı münasibətləri hər iki tərəf üçün optimal qərarların qəbulunu şərtləndirən problem məsələlərdən biridir. Zənnimizcə, hazrda kommersiya bankları vergi qanunvericiliyinin bütün təsərrüfat subyektlərinin fəaliyyət mexanizmə bir çox aspektlərinə təsir edən əksər qaydalarının öz həllini tapmamış və ziddiyyətli çətinliklərini öz üzərində daşıyırlar.
Kommersiya bankları vergi münasibətləri çərçivəsində vergitutma subyekti (vergi ödəyicisi) və vergi nəzarəti agenti kimi çıxış edirlər.
Mövcud vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti subyektləri kimi kommersiya bankları əksər aparıcı vergilərin (mənfəət vergisi, ƏDV, əmlak vergisi, yol vergisi) ödəyicisi kimi büdcə qarşısında öhdəlik daşıyırlar. Bununla yanaşı, onlar həm də fiziki şəxslərin gəlir vergisi və dövlət büdcədənkənar fonlarına ayırmaların ödəyiciləridir. Onlar tərəfindən ödənilən vergilər arasında daha çox xüsusi çəkiyə malik olanı ƏDV, mənfəət vergisi və əmlak vergisidir.
Mənfəət vergisinin vergi bazası müəyyən edilərkən yaranan ən ciddi çətinliklərdən biri vergitutulan mənfəətin ssudalar üzrə ehtimal olunan itkilərə görə ehtiyatlara ayırmaların məbləği qədər azaltmaq hüququna malik olmasıdır. Ölkəmizin ərazisindəki kredit təşkilatları mürəkkəb qeyri-sabit iqtisadi şəraitdə fəaliyyət göstərdikləri üçün bütün risklər məhz bu amillə bağlıdır. Belə olan halda vergi bazası müəyyənləşdirildikdən sonra kredit riskləri üzrə ehtiyatların yaradılması mənasızdır. Əksinə, əgər həmin ehtiyatlara ayırmaların məbləği bankın xərclərinə aid edilsəydi bu kommersiya banklarının maliyyə dayanıqlığını artırması ümumilikdə respublikamızda bank sisteminin möhkəmlənməsinə pozitiv təsir göstərmiş olardı.
Kommersiya banklarını ƏDV cəlb edilməsi xüsusiyyəti vergitutulan əməliyyatlar üzrə vergitutulan dövriyyənin digər vergi ödəyicilərindən fərqli müəyyən edilməsidir. Belə ki, kredit təşkilatlarında ƏDV cəlb edilən bank əməliyyatlarını həcmi nisbətən azdır.
Vergitutma bazasının hesablanması, vergilərin ödənilməsi qaydası vergi qanunvericiliyi ilə reqlamentləşdirilir. Banklar həm ümumi müəyyən edilmiş, həmçinin onlar üçün səciyyəvi olan hüquq və vəzifələrə malikdirlər. Bu isə onların vergi sistemində tutduğu fərqli mövqe və bank əməliyyatlarının səciyyəvi xüsusiyyətlərindən irəli gəlir. Həçinin, vergi qanun pozulmasına görə banklar xüsusi məsuliyyət daşıyır və bu səbədən onlara qarşı tətbiq olunan maliyyə sanksiyaları dir. Vergi Məcəlləsinin 60-cı maddəsində təsbit edilmiş.
Büdcəyə vergi ödənişlərinin həcminə görə bank sektoru digər hüquqi şəxslərə münasibətdə böyük xüsusi çəkiyə malikdir. Lakin, kommersiya bankları vergi ödəyicisi kimi fəaliyyət göstərilməklə yanaşı, bəzi əhəmiyyətli funksiyalar yerinə yetirirlər. Ölkəmizin kredit sisteminin xüsusiyyəti onların vergi qanunvericiliyinin kassa icrasında iştirak etməsidir, yəni onlar fiskal nəzarətçisi rolunu oynayır (məsələn, borcluların hesabların qeydiyyata alır, müştərilərin vergi ödənişlərinin büdcəyə köçürülməsi üzrə hesablaşma əməliyyatları həyata keçirir, müəssisələrin hesablarındakı vəziyyət haqqında vergi orqanlarına məlumat verirlər).
İqtisadiyyatın bank sektorunun vergiyə cəlb edilməsinin təhlilinə əsasən deyə bilərik ki, bank fəaliyyətinin hüquqi əsasları və vergi hüququnun xarici təcrübəsi ətraflı öyrənilməlidir. Bank sektoru vergitutma baxımından heç bir güzəşt və üstünlüklərə malik olmamaqla, digər kredit təşkilatlarına münasibətdə vergitutmanın şərtləri digər hüquqi şəxslərdən pis olmamalıdır. Bank xidmətlərinin vergitutma bazasına daxil edilən gəlirlərin, məsrəflərin qəbul edilməsi prinsipial əhəmiyyətə malikdir.
Kredit təşkilatlarının vergituma sisteminin təkmilləşdirilməsi baxımından birinci növbədə qarşıda duran məsələlər aşağıdakılardır:
vergi bazası hesablanarkən nəzərə alınan məsrəflərin, gəlirlərin tərkibindən kredit təşkilatlarının nizamnamə kapitalına ödəniş kimi daxil olmuş xarici valyuta vəsaitlərinin yenidən qiymətləndirilməsini çıxmaq lazımdır;
düzgün əməliyyat və sazişlərdən irəli gələn risklərə görə normativ aktlara müvafiq olaraq yaradılmış bütün ehtiyatlar, kredit təşkilatlarının vergi bazası hesablanarkən nəzərə alınan ehtiyatların tərkibinə daxil edilməlidir;
istehsal təyinatlı obyektlər (bilavasitə bank fəaliyyətinə aidiyyəti olan) üzrə kapital xarakterli məsrəflər, həmçinin bankın struktur bölmələrinin təşkili ilə əlaqədar xərcləri mənfəət vergisi üzrə vergitutulan gəlirlərdən çıxılan xərclərə daxil edilməlidir;
qeyri-maddi aktivləri bank fəaliyyətinə aidiyyəti olan obyektlərə aid edilməlidir. Bu onlar üzrə hesablanmış köhnəlmə məbləğini göstərilən bank xidmətlərinin dəyərinə və vergisi bazasına daxil etməyə imkan verər;
qeyri-məhsuldar və kölgə biznesini stimullaşdıran xarici pul nişanları və ödəniş sənədlərinin alışına görə vergini ləğv etmək lazımdır.
Kredit təşkilatlarının dövlət vergi tənzimlənməsinin köməkliyi və vergilərin stimullaşdırıcı funksiyası vasitəsi ilə maliyyə disbalansının azalmasında və iqtisadiyyatın sabitləşməsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkündür.
Dostları ilə paylaş: |