3.2. Müasir şəraitdə kommersiya banklarının vergitutma mexanizminin təkmilləşdirilməsi yolları
Vergi islahatlarının aparılması imkanlarından danışmazdan əvvəl bank sisteminin rolu və mövcud vəziyyəti, iqtisadiyyatın bank sektoru ilə dövlət arasında vergi münasibətləri məsələlərinə qayıtmaq istərdik.
Banklar pul münasibətlərinin mərkəzi həlqəsidir, müəssisələr arasında hesablaşmaların əhəmiyyətli hissəsi həyata keçirməklə yanaşı, maliyyə münasibətlərinin geniş spektrini əhatə edir. Məhz bu səbəbdən, onlar öz müştərilərinin apardığı əməliyyatlar haqqında informasiyaya malik olan struktur kimi, həmçinin öz vergi öhdəliklərinin minimallaşdırılması və müştərilərinə analoji xidmətlərin göstərilməsi üzrə əməliyyatları xüsusilə səmərəli keçirmək imkanına malik olduqları üçün vergi orqanları üçün zəruri maraq doğurur.
Banklar əmlak vergisini azaltmaq məqsədilə, bilərəkdən hesaba dövründə fərqli nəqliyyat növləri gizlədir, vergitutma bazasının dəyərini artırmaqla rüblük ödənişlərin məbləğini azaldırlar. Mənfəət vergisi hesablanarkən zəmanət əməliyyatları, valyuta risklərinin sığortası üzrə komisyon haqları, müştərilər tərəfindən ödənilən rabitə, teleqraf və digər xərclərin məbləği banklar tərəfindən vergitutulan gəlirlərə daxil edilmir. Banklar mütəmadi olaraq reklam, məsləhət-marketinq və informasiya xidmətləri üzrə xərcləri əhəmiyyətli dərəcədə artırır, müəyyən edilmiş limitlərdən artıq olan xərcləri maya dəyərinə aid edir, mənfəət vergisi üzrə avans ödəmələrini ləngidirlər.
Müştərilərə vergilərin ödənişindən yayınmağa imkan verən xidmətlər göstərilməsi bank sferasında geniş vüsət almışdır. Ssuda-depozit sxemi vasitəsilə müştərilərə öz işçilərinə əmək haqqı ödənilməsi imkanının verilməsi, müxtəlif veksel sxemləri vasitəsi ilə müştərilərə vergi ödənişlərini azaltmaq, yaxud vaxtını uzatmaq məsələləri üzrə xidmətlər göstərilməsi əksər banklar üçün artıq normal praktikadır. Kredit təşkilatlarına topdan və pərakəndə ticarətdə xidmət göstəriləsi üçün pul vəsaitləri lazım olduğu halda, banklar iri həcmdə nağd pul vəsaitlərini dövriyyəsindən gizlədərək xeyli gəlir əldə edirlər. Əksər banklar öz müştərilərinin pul vəsaitlərinin nağdlaşdırılması sxemində iştirak edir ki, nəticədə kölgə sferasında vergiyə cəlb edilməyən mal kütləsi dövr edir. Nağd pulların dövriyyəsi üzərində nəzarət kommersiya banklarına həvalə olunub. Maliyyə orqanlarının məlumatlarına əsasən fiskal orqanlar kassa əməliyyatlarının pozulmasına görə vergi ödəyicilərini cəzalandıra bilər. Təcrübədə banklar vergi ödənişindən çox aktiv yayınırlar ki, nəticədə tətbiq edilən cərimə sanksiyalarının məbləği azalır.
Lakin bu qanun pozuntuları əsasən maliyyə uçotu və vergitutmanın müəyyən edilmiş qaydalarına riayət olunmaması, eləcə də onlara həvalə olunmuş nəzarət funksiyasının icrası ilə əlaqədardır. Vergilərin minimallaşdırılması üzrə bankların fəaliyyətinin əsas hissəsi, banklara ödəniş intizamına riayət və nağd pul, valyuta əməliyyatlarına nəzarət etməməyə imkan verən qanun, normativ akt və təlimatlardakı qüsur və uyğunsuzluqlar hesabına həyata keçirilir.
Bankda vergi planlaşdırılmasını aparan yaxşı təşkil edilmiş struktur bölməsi, vergi ödənişlərinin azaldılması üzrə əsas iş müqavilələrin bağlanması mərhələsində həyata keçirilir. Ona görə vergi orqanları təcrübədə sadəcə olaraq bu əməliyyatları izləyə bilmir, izləsələr belə kredit təşkilatlarına heç bir irad tuta bilmirlər.
Bu səbəbdən qüvvədə olan vergitutma qaydasının, yaxud banklara vergi yükünün artırılıb-artırılmamasına dəyişdirilməsinə hansı dərəcədə ehtiyac olması məsələri ortaya çıxır. Bu məsələyə birmənalı yanaşmaq düzgün deyil. Hazırda banklarla mövcud vəziyyət onların tutduğuqları mövqeyə uyğundur. Kredit təşkilatlarına vergi yükünün artırıldığı halda çox ehtimal ki, onlar yüksək ixtisaslı kadrlar sayəsində yenə qanunvericilikdə vergidən yayınmaq imkanı verən qüsurlar və boşluqlar tapacaqlar. Vergi yükünün bank fəaliyyətinin gəlirliliyinin iqtisadiyyatın digər sahələrinən nisbətən az olmasına gətirib çıxaran səviyyədə artılması isə pul vəsaitlərinin digər sahələrə axını, barter və kölgə iqtisadiyyatının artımı, real sektorunun kreditləşdirilməsinin dayanması ilə nəticələnəcək.
Beləliklə, kredit təşkilatlarının vergituma mexanizmi baxımından elə münasib və düzgün variant seçmək lazımdır ki, orada bank sektorundakı mövcud vəziyyətinin yaxşılaşdırılması üzrə əsaslı dəyişikliklər etmədən, bank sektoru inkişaf etdikcə vergi qanunvericiliyində ondakı qüsurları tədricən aradan qaldıran, mövcud qanunverici aktlardakı aşkar mənasız məqamları aradan qaldıra biləcək dəyişikliklər edilsin.
Kredit təşkilatlarının mövcud vergi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri kimi aşağıdakıları tövsiyə etmək olar.
Dostları ilə paylaş: |