Uçot və maliyyə əməliyyatlarının faktiki yoxlanması aparılmış əməliyyatların reallığının təyin edilməsi üçün aparılır. Bu yoxlama, bankın maliyyə uçotu, onun müştəriləri və payçılarının (təsisçilərinin), həmçinin maliyyə orqanlarındakı sənədlər üzrə aparılır.
Uçot məlumatlarının tutuşdurulması üzrə bütün əməliyyatlar məcburi qaydada yoxlanmalıdır. Yoxlamanın gedişatı zamanı hesabların açılmasının düzgünlüyü, hesablardakı qalıqların müştəri müxbir bankdakı uçot qalıqlarına müvafiqliyi dəqiqləşdirilir. Yoxlama zamanı saxta hesabların mövcud olması müəyyən edilir. Bunun üçün hər şəxsi hesabın məlumatları açılmış hesabların qeydiyyatı kitabı ilə üzləşdirilir. Bundan başqa, ssuda hesablarının analitik uçotu müfəssəl qaydada yoxlanılır. Saxta ssuda hesablarının aşkar edilməsi üçün təcili və müddəti keçmiş şəxsi hesabların qalıqlarının müştəri tərəfindən təsdiqlənmiş balansdankənar uçot üzrə təcili öhdəlikləri olan müəssisələrin məlumatları ilə üzləşdirilir.
Audit yoxlamasının gedişatı zamanı mühasibat yazılışları sənədlərlə tutuşdurularaq onların mühasibat uçotunda lazımı qaydada əsaslandırılması müəyyən edilir. Pozuntu və qanuna zidd halların aşkar olunması üçün həmin əməliyyatlar üzrə uçot və əməliyyat sənədlərindəki yazılışlar onlarla əlaqəli digər əməliyyatlarla əlaqədar sənədlərdəki məlumatlar üzləşdirilir. Məsələn, qiymətli kağızların (səhmlərin, istiqrazların) satışı qiymətli kağız blanklarının məxarici kimi balansdankənar hesablar üzrə uçotda əks olunmalıdır. Qiymətli kağızların satışı üzrə əməliyyatlar həmçinin nağd pulların kassaya daxil olması (mədaxili), yaxud nağdsız hesablaşmalar zamanı bankın müxbir hesabında vəsaitlərin artması kimi balans hesabları üzrə əks olunur. Nağd pula satılmışqiymətli kağızların dəyəri kassa mədaxil orderindəki məbləğlə eynilik təşkil etməlidir.
Kommersiya banklarının maliyyə nəticələri yoxlanılarkən əldə edilmiş gəlirlərin, çəkilmiş xərclərin sintetik hesablarda əks olunmasının düzgünlüyü araşdırılır. Maliyyə nəticələri hesablarının, gəlirlərin, xərclərin tərkibinin müəyyən edilməsi, onların uçotu qaydasının təşkili və mənfəətin (gəlirlərin) hesablanması sxemi qanunvericiliklə müəyyənləşdirilir.
Audit firmaları (auditor) tərəfindən mühasibat uçotunun, maliyyə hesabatlarının etibarlılığının yoxlanması mənfəətin hesablanmasının və dividendlərin bölüşdürülməsinin düzgünlüyünə zəmin yalaradır və bu səhmdar kommersiya banklarına öz pullarını və digər əmlakını qoyan payçılar, təsisçilər və kreditorlar maraqlıdır. Banklar investor və kreditorların cəlb edilməsi, özlərinin maliyyə dayanaqlığı və etibarlı olmasını haqqında potensial müştərilərin məlumatlandırılması üçün özlərinin maliyyə hesabatlarının dərc olunmasına meyl etməlidir.
Audit tarixi göstərir ki, onun yaranması səhmdar müəssisələrin rəhbərləri ilə onun mülkiyyətçilərinin (investorların, təsisçilərin) maraqlarının fərqlı olmasından, eləcə də audit yoxlamasındakı aşağıdakı səbəblərdən irəli gəlir:
informasiya tərtibatçısı (inzibatçılarla) ilə istifadəçilər (səhm sahibləri, kreditorlar və digər üçüncü tərəflər) arasındakı münaqişələr qeyri-obyektiv informasiyanın yaranması;
əsasında qərarların qəbul edildiyi informasiyanın böyek iqtisadi əhəmiyyətə malik olması;
informasiyanın hazırlanması və yoxlanması üçün dərin mütəxəssis biliklərinin lazım olması;
informasiyanın alınmasında maraqlı olan istifadəçilərin bir çox hallarda onun keyfiyyətinin bilavasitə qiymətləndirilməsinə icazə verilməməsi.
Audit həmçinin iqtisadi informasiyanın peşəkar qiymətləndirilməsi, düzgün maliyyə-təsərrüfat və idarəetmə qərarlarının qəbul olunmasının asanlaşdırılması, iqtisadiyyatın neqativ nəticələrindən qaçılması, yoxlama aparılan təşkilatın imicinin möhkəmlənməsi üçün zəruridir.
Dostları ilə paylaş: |