Fəsil 2. Müasir şəraitdə kommersiya banklarında audit yoxlamasının təşkili metodikası
2.1. Auditin ümumi plan və keçiriləcək prosedurların hazırlanması xüsusiyyətləri
Audit təşkilatı ümumi plan və proqramının hazırlamağa başlarkən iqtisadi subyekt haqqında ilkin biliklərə, eləcə də aparılmış analitik prosedurların nəticələrinə əsaslanmalıdır.
Audit təşkilatı aparılmış analitik prosedurlarının köməkliyi ilə audit üçün daha əhəmiyyətli sahələri müəyyən etməlidir. Aparılmış analitik prosedurlarının mürəkkəbliyi, həcm və müddətlərini iqtisadi subyektin mühasibat hesabatının həcm və mürəkkəbliyindən aslı olaraq dəyişdirilir.
Audit təşkilatı ümumi plan və keçiriləcək prosedurların hazırlanması prosesində bankdaxili nəzarətin effekliyini qiymətləndirərək onun risk dərəcəsini (nəzarət riskini) qiymətləndirir. Bankdaxili nəzarətin yalnız düzgün olmayan informasiyanın yaranması, həmçinin aşkar edilməsi haqqında vaxtında xəbərdarlıq edildiyi halda effektiv olur. Audit təşkilatı bankdaxili nəzarətin səmərəliliyini qiymətləndirərkən lazımı sayda dəlil toplamalıdır. Əgər audit təşkilatı mühasibat hesabatının doğruluğuna lazımı dərəcədə güvənmək üçün nəzarət-uçot sisteminə arxayın olmaq qərarına gələrsə, onda bu müvafiq surətdə aparılacaq audit yoxlamasının əhatəsində dəyişikliklər etməlidir [11].
Audit təşkilatının ümumi plan və keçiriləcək prosedurları hazırlanarkən mühasibat hesabatını düzgün olması məqsədilə əhəmiyyətlilik dərəcəsi və audit riski müəyyənləşdirilməlidir. Audit təşkilatı riski planlaşdırarkən, iqtisadi subyektin auditindən aslı olmayaraq, mühasibat hesabatı üçün xarakterik olan və təsərrüfatdaxili risklərini müəyyən edir. Auditor risklərə və əhəmiyyətlilik səviyyəsinə əsasən auditin keçirilməsi mühüm olan sahələri müəyyən edir və lazımı prosedurları planlaşdırır. Audit prosesində mövcud şəraitdən aslı olaraq planlaşdırma zamanı müəyyən edilmiş risk və əhəmiyyətlilik səviyyəsində dəyişikliklər oluna bilər.
Ümumi plan və keçiriləcək prosedurları hazırlanarkən auditora prosedurların həcm və xarakterini dəqiq müəyyən etmək imkanı verdiyi üçün uçot informasiyasının işlənməsinin avtomatlaşdırma səviyyəsi öyrənilməlidir.
Auditor yoxlama bankın rəhbərliyi ilə auditin ümumi planının ayrı-ayrı qaydalarını razılaşdıra bilər. Bununla yanaşı auditor ümumi plan və proqramda əks olunmuş auditin aparılması üsul və metodlarının seçimində sərbəstdir və öz fəaliyyətinə görə tam məsuliyyət daşıyır [11].
Ümumi planlaşdırma zamanı auditorun peşəkar keyfiyyətlərinə böyük fikir verilir. Onlar fəaliyyətlərini yoxlamanın əhəmiyyətlilik və qənaətçilik prinsipləri nəzərə alınmaqla, müəssisədə istifadə olunan uçot və nəzarət sitemini qiymətləndirmək mümükünlü istiqamətində qurmalıdır.
Ümumi planda auditin aparılması müddəti nəzərdə tutulmalı, onun keçirilməsi, hesabatın (iqtisadi subyektin rəhbərliyinə yazılı informasiyanın verilməsi) və audit rəyinin hazırlanması qrafiki tərtin olunmalıdır. Planlaşdırma prosesində həmçinin real əmək məsrəfləri, əhəmiyyətlilik səviyyəsi, audit yoxlamasında risklərin qiymətləndirilməsinin aparılması, əvvəlki dövdə (təkrar audit zamanı) vaxt məsrəfinin hesablanması və onun cari hesablamalarla əlaqəsi nəzərə alınmalıdır.
Audit təşkilatı ümumi planda ilkin təhlilin nəticələrinə, bankdaxili nəzarətin etibarlılığının və audit riskinin qiymətləndirilməsinə əsasən audit yoxlamasının aparılması üsulunu müəyyən edir. Auditor secmə üsulu ilə yoxlama aprdığı hallarda audit fəaliyyəti normalarına uyğun auditor seçimini edir.
Yerinə yetirilən auditin keyfiyyətinə nəzarətin idarə edilməsinin planlaşdırılması üzrə qaydalar ümumi işin tərkibə daxildir. Ümumi planda bunların nəzəerdən keçirilməsi tövsiyyə olunur:
audit yoxlamasına cəlb olunmu audit qrupunun, auditorların say və ixtisaslarının formalaşdırılması;
peşəkar keyfiyyətlərinə və vəzifə səviyyələrinə görə auditorların konkret audit səviyyələri üzrə bölüşdürülməsi;
bütün komanda üzvlərini öz vəzifələri barədə təlimatlandırmaq, həmçinin proqramla tanış etmək;
audit qrupunun rəhbərinin fəaliyyətinə və köməkçilərinin işinin keyfiyyətinə, onlar tərəfindən işçi sənədlərinin aparılmasına və audit nəticələrinin lazımı qaydada rəsmiləşdirilməsinə nəzarət etməsi;
audit qrupunun rəhbəri tərəfindən audit prosedurlarının realizə olunması ilə əlaqədar metodiki məsələlərin izah olunması;
istənilən faktın qiymətləndirilməsində audit qrupunun rəhbəri və onun sıravi üzvləri arasında anlaşılmazlıqlar yarandığı hallarda audit icraçılarının (qrupunun) xüsusi fikirlərinin sənədli rəsmiləşdirilməsi [12].
Hazırlanmış plan aşağıdakı suallara cavab verilməlidir:
auditin obyektiv olması üçün hansı konkret sahələrin öyrənilməsi lazımdır;
hansı əhəmiyyətli məqamları əhatə etmək lazımdır;
hansı seçmə planları işləmək lazımdır;
işçi qrupunu hansı staandart, prosedur və ya sənədlərlə tanış etmək lazımdır;
yoxlamanın hər mərhələsi üçün iş vaxtının büdcəsi nə qədərdir;
qrupun təxmin edilən iş vaxtı nə qədərdir və s.[12].
Audit təşkilatı ümumi planda yoxlamanın keçirilməsi prosesinə ekspertlərin cəlb edilməsinin məqsədəuyğunluğu və rolunu müəyyən edir.
Audit yoxlamasının ümumi planı tərtib edilərkən yoxlama obyektlərinin ümumi siyahısı (planlaşdırılan iş növləri) aşağıdakı kimi tərtib oluna bilər:
bank təşkilatının təsisedici və digər sənədləri (nizamnamə, lisenziyalar, əmrlər, sərəncamlar, xidməti yatışmalar, ştat cədvəli);
müəssisənin uçot siyasəti;
istehsalat ehtiyatları;
əməyin ödənişi üzrə hesablaşmalar;
alıcılarla, malsatanlarla, büdcə və büdcədənkənar fondlarla hesablaşmalar;
kapital və ehtiyatlar;
kreditlər və maliyyələşmələr;
mühasibat hesabatı və əlavələr.
Hətta yaxşı tərtib edilmiş plan yoxlanılan elementlərə gözlənilməz əmillərin təsiri səbəbinə görə müxtəlif alternativ variantlar nəzərdə tutulmalıdır. Bu isə yalnız yoxlanılan təşkilatda işin real vəziyyəti haqqında informasiya olduğu halda mümkündür.
Auditor planının tərtib edib sənədlərlə rəsmiləşdirirməli, orada audit yoxlamasının təxmin edilən həcmi və aparılması qaydasını əks etdirməlidir. Ümumi plan audit proqramının hazırlanmasında əsas götürülməsi üşün lazımınca müfəssəl olmalıdır.
Dostları ilə paylaş: |