Maqistratura məRKƏZİ Mehdiyev Atatürk Seyfullah oğlunun



Yüklə 94,42 Kb.
səhifə12/32
tarix05.01.2022
ölçüsü94,42 Kb.
#111954
1   ...   8   9   10   11   12   13   14   15   ...   32
Xərclərin uçota alınması üçün aşağıdakı tələblər yerinə yetirilməlidir:

  • işgüzar dövriyyə və səmərəlilik prinsipini təmin edəcək gəlirlərin əldə ediləsi ilə şərtləndirilən məsrəflər iqtisadi cəhətdən əsaslandırılmalıdır;

  • xərclər iqtisadi cəhətdən əsaslandırılmalı və sənədlərlə təsdiqlənməlidir;

  • xərclər mənfəətin alınmasına yönəldilmiş fəaliyyətin həyata keçirilməsi üçün çəkilməlidir.

Vergitutma bazası hesablanarkən çəkilmiş məsrəflərin xərclərin tərkibində uçota alınması üçün onların müvafiq sintetik hesablarında əks etdirilməsi, bank əməliyyatlarının növləri əhəmiyyət kəsb etmir.

Əgər xərclərə görə normalar təsdiq edilmişsə, onda həmin xərclər müvafiq normalardan artıq olmamaq şərti ilə faktiki məbləğdə uçota alınır. Əgər sözügedən xərclər normadan artıq olarsa, onda həmin məbləğ vergitutulan gəliri azaldan xərclərin tərkibinə daxil edilmir.

Beləliklə, vergitutma bazası müəyyən edilərkən bank xərcləri o halda nəzərə alınır ki, onlar gəlirlərin alınması məqsədilə çəkilmiş olsun, sənədlərlə təsdiqlənsin və onların həcmi bazar qiymətlərinə əsaslansın.

Kredit təşkilatlarının nizamnamə kapitalına ödənişlər kimi daxil olmuş xarici valyuta vəsaitlərinin yenidən qiymətləndirilməsindən olan mənfi fərq xərclərin tərkibinə daxil edilmir.

Valyuta əməliyyatlarının mühasibat uçotunun əsas xüsusiyyəti rəsmi məzənnəyə müvafiq olaraq balansın valyuta maddələrinin ardıcıl olaraq yenidən qiymətləndirilməsidir. Yenidən qiymətləndirmə kommersiya banklarında hər gün aparılır.

Əgər valyuta üzrə xərclər əməliyyatların aparıldığı günə məsrəflərin tərkibinə daxil edilibsə, onda sonradan yenidən qiymətləndirilmir.

Ssudalar üzrə (o cümlədən xarici valyutada verilmiş) ehtimal olunan itkilər üçün yaradılmış ehtiyatlara ayırmaların məbləği satışdankənar xərclərin tərkibinə daxil edilir. Ehtiyatın yaradılması qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Kommersiya bankları əldə etdikləri mənfəətdən 20% dərəcəsi ilə vergi ödəyirlər.

Vergi qanunvericiliyində mənfəət vergisi üzrə hesabat dövrü təqvim ili müəyyən edilmişdir. Belə ki, vergi ödəyiciləri hesabat dövründən sonrakı təqvim (vergi) ilinin 01 aprel tarixinədək vergi ödəməli və vergi orqanlarına vergi bəyannaməsi təqdim etməlidir.

Həmçinin Vergi Məcəlləsi hər rübdən sonrakı ayın 15-nə kimi təsərrüfat subyektləri təfəfindən avans vergi ödəmələri aparılmalıdır.

Əvvəllər fəaliyyəti olmayan hüquqi şəxslər tərəfindən cari şəkildə vergi ödəyicilərinin ödəmələri aşağıda kimi həyata keçirilir. Mənfəət vergisi üzrə cari olaraq ödənilən vergi ödəmələri müvafiq təqvim ili ərzində rüblər üzrə müəyyən olunmuş qaydada artan yekunla müvafiq vergi dərəcəsinə əsasən hesablanılır. Vergi məbləğinin 75 faizindən az olmamaq şərtilə cari vergi ödəmələrinin məbləği uyğunlaşdırılmalıdır.
Əvvəlki vaxtlarda fəaliyyət göstərməyən vergi ödəyiciləri rüb yekunlaşıb başa çatdıqdan sonra 15 gün müddətində cari şəkildə vergi ödəmələri aparmalı və rüb ərzində cari vergi ödəmələrinin məbləği barədə müvafiq vergi orqanına arayış verməlidirlər.
Cari vergi ödəmələri vaxtında ödənilmədiyi hallarda, vergi ödəyicisindən ödəmə vaxtından sonrakı hər bir təqvim günü üçün ödənilməmiş vergi məbləğinin 0,1 faizi tutulur. Əgər cari vergi ödəmələrinin vaxtında ödənilməməsi faktı vergi yoxlaması zamanı aşkar edilərsə, onda cari vergi ödəmələrinə münasibətdə faiz yalnız bir il müddətinə tətbiq edilir.Banklar ilin sonunda vergi ili üçün bəyannamənin verilməsi üçün müəyyən edilmiş vaxtadək faktiki əldə etdikləri mənfəət üzrə son hesablamanı apararaq mənfəət vergini hesablayırlar.

Əgər cari vergi ili ərzində hesablanmış və dövlət (bələdiyyə) büdcəsinə köçürülmüş avans vergi ödəmələrinin məbləği faktiki mənfəət üzrə hesablanmış vergi məbləğindən az olarsa, onda yaranmış mənfi fərq büdcəyə köçürülür. Dövlət büdcəsinə köçürülmüş avans vergi ödəmələrinin məbləği hesabat üzrə vergi məbləğindən çox olduqda isə artıq hesablanmış vergi məbləği növbəti vergi ilinin cari vergi ödəmələri kimi uçota alınır və ya vergi verənin vergi orqanına təqdim etdiyi yazılı ərizəsinə əsasən 45 gün ərzində ona qaytarılır.

Ödəmələrin büdcəyə tam və vaxtında daxil olmasını təmin etmək məqsədilə müəssisələr mənfəət vergisinin ödəniş müddəti çatanadək, vergi ödəmələrinin büdcəyə köçürülməsi üçün tərtib etdikləri ödəniş tapşırıqlarını hər rübdən sonrakı ayın 15- dən gec olmayaraq müvəkkil banka təqdim edirlər.

Ödəniş tapşırıqları bank tərəfindən təxirə salınmadan həmin gün icra olunmalıdır. Vergi ödəyicisinin hesablaşma hesabında pul vəsaitlərinin olub-olmamasından asılı olmayaraq ödəniş tapşırığı icra üçün qəbul olunmalıdır.Bank və kredit təşkilatları hesabat ilindən sonrakı təqvim ilinin 31 martdan gec olmayaraq vergi orqanına bəyannamə verməlidir. Əgər vergi ödəyicisi Azərbaycan Respublikasında öz sahibkarlıq fəaliyyətini dayandırarsa, onda 30 gün müddət ərzində vergi orqanına bəyannamə verməlidir.

Banklar ilin sonunda faktiki əldə etdikləri mənfəət üzrə son hesablamanı apararaq mənfəət vergini hesablayırlar. Əgər cari vergi ili ərzində hesablanmış və dövlət (bələdiyyə) büdcəsinə köçürülmüş avans ödənişlərinin məbləği faktiki mənfəətə görə müəyyən edilmiş məbləğdən az olarsa, onda yaranmış mənfi fərq büdcəyə köçürülür. Dövlət büdcəsinə köçürülmüş avans ödnişlərinin məbləği faktiki ödənilməli vergi məbləğindən çox olduqda növbəti vergi ilinin məbləği kimi uçota alınır.



Yüklə 94,42 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin