Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə126/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   122   123   124   125   126   127   128   129   ...   188

Ceyran



Bir gün bir ovçu gedir ova. Çox gəzir, bına ov rast gəl­mir ki, gəlmir. Bir də görür, aaaaa, bir ceyran böyürtkan kolu üstündə otduyur orda. Yarpağları yeyir. Nişan alır tüfəngi atır ona. Ceyran yıxılır bu güllədən sora, bi də durur başdıyır qaç­ma­ğa. Amma hara qaçacağ, yaralıdı axı. Ovçu gəlir görür, aaa, qan tökülüb yarpağların üstünə. Deer ki, həəə bu izə dü­şüb, mən onu tapacam. O çox gedə bilməz, yaralıdı. Nəisə, tu­tur izi gəlir, görür ceyran, ağzın qoyub suya, su içir. Ümumiy­yətlə, yaralı varlığ həmişə su istiyir. Təzədən bu tüfəngi nişan alanda şakqanağ çəkib gülür.

Ceyran başını qaldırıb deyir:

– A namərd, nəyə gülürsən?

Ovçu deyir:

Ona görə gülürəm ki, birinci gülləmnən qaşdın, bəs ikincidən hara qaçacağsan?

Ceyran deer ki:

– Yoox, sənin gülməyə mənəvi haqqın yoxdu. Əslində mən gülməliyəm. Düzdü məni vuraçağsan indi, amma sənin həyatda heç bir izin qalmıyacağ. Mənim isə izim qalacağ. Mə­nim balalarım mənim qanımın izinə düşüb, biləcəylər ki, ana­mız hara kimi gedib. Bəs sənin evladların zalım atalarının hansı izinnən gedəcəklər.

Ona görə də hər bir insan həyatda bir iz qoyub get­məlidi.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin