Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə39/57
tarix06.03.2018
ölçüsü2,37 Mb.
#44425
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

Gülü oğlu Məmməd



Sovet hakimiyyəti özünü möhkəmləndirdikdən sora iri torpaq sahiblərinin torpaqlarını, mal-qarasını, qoşqu vasitələ­rini, əmək alətlərini, arabalarını – hər şeylərini əllərindən alıb güya kasıblara vermək adı ilə payladı, sora isə yığıb kolxoz yaratdı. Torpaqları birləşdirdi. Mal-qaranı, at-arbanı kolxoza top­ladı. Var-dövləti əlindən alınanlardan biri də Gülü oğlu Məm­məd idi. Deyilənlərə görə, mal-dövlətini çox istəyirmiş. Nə etsin yazıq, qazanmaq asan deyil axı. Nə isə, kişinin yaxşı qoşqu öküzləri də var imiş, onların arabaya qoşulmasına özü nəzarət edərmiş. Kolxozun tövləsinə yığılan bu öküzləri necə gəl­di arabaya qoşarmışlar. Oküzlər də bir-biri ilə yola getməz, hərəsi bir tərəfə dartarmış. Məmməd kişi hər gün durarmış tövlənin qabağında, öküzləri arabaya qoşan arabaçılara göstə­riş verərək deyərmiş:

– A bala, a bala, ala öküzü, boz öküzlə, qara öküzü qaşqa öküzlə bir arabaya qoş!

Arabaçılar kəndin vaxtilə kasıblarından olduğu üçün Məm­­məddən xoşları gəlməzmiş, onun acığına dediyinin əksi­nə edərmişlər. Məmməd isə onların bu hərəkətinə baxma­ya­raq hər gün gəlib tövlənin qabağında həmişə dediyi sözləri tək­rar edərmiş. Onun bu sözləri indi də el arasında danışılır.

Gülü oğlu Məmməd qaçaq olmadı, ama ölənə qədər so­vet hökumətinə düşmən oldu.

Qaçaq İbad haqqında



XIX əsrin axırları, XX əsrin əvvəllərində Hacıtəpə kəndində Qaçaq İbad adında bir adam yaşayıb. Onun zirəkliyi və qocaqlığı haqqında indi də danışırlar. Deyilənlərə görə, Qa­çaq İbad varlıların mal-qarasını, atını, davarını oğurla­maq­da çox ad çıxarıbmış. Bəzi rəvayətlərdə danışılır ki, o, yaşa­dı­ğı ətrafda ziyanlıq etməzmiş. Həm də ən əsası odur ki, elədiyi işin altından su çıxmazmış. Unun üstündə elə gedərmiş ki, heç izi də qalmazmış. Atalar demişkən, qoçaqlıq ondur, doq­qu­zu qaçıb canını qurtarmaq, biri isə heç gözə görünmə­mək­dir. Bax, bizim İbad da beləcə qoçaqlardan imiş. Aşağıda onun bir neçə qoçaqlığı haqqında məlumat veririk.

Qaçaq İbadın Qızılağac əhvalatı



Belə nağıl edirlər ki, bir gün Çar hökumətinin Malağan (indiki Kalinovka) kəndində oturan polis naçalniki Qaçaq İba­dı tutub salır dama. Onun haqqında şikayətdən bezən na­çal­nik deyir ki, damda onun yanında özüm oturacağam. Görüm necə oğurluq edəcək bu sizin İbad. Bəli, kişini dama salıb oturur, özü də keşik çəkməyə. O vaxt elektrik işığı da yox idi, ona görə də günəş batan kimi hər tərəf olur zülmət qaranlıq.

Sən demə, qoçağım İbadı tutub bura gətirəndə yolda bir neçə at görür və öz-özünə deyir ki, gərək o atları aparam. Atlar da kimin ola, Qızılağac camaatının.

Bəli, Qaçaq İbad damda yatır, fikri isə atların yanında. Necə eləsin, necə eləməsin, buradan çıxsın. Əlqərəz, kişi necə eləyir, kimi aldadır, kimi qorxuzur, heç kəs bilmir, amma ge­cə­nin bir vaxtı damdan çıxıb üz qoyur həmin atları gördüyü yerə. Od kimi atları tutub üz qoyur Ərkivan tərəfə. Orada adam­ları varmış, atları onlara verib ki, ötürsünlər İran səmtə. Kimlə gəlir, nə ilə gəlir, yenə heç kəs bilmir, gəlib oturur damda.

Səhər naçalnik tezdən durub görür ki, Qaçaq İbad dəs­təmaz alır, namaz qılmağa hazırlaşır. Sakit olur ki, şükür ol­­sun, İbad bir ziyanlıq eləməyib. Az keçmir, Qızılağac kən­din­dən bir neçə adam gəlib naçalnikə şikayət edirlər ki, İbad bi­zim atları oğurlayib. Naçalnik bu şikayətçilərə qəzəblənərək İba­dın bu axşam damda, onun nəzarəti altında qaldığını deyir. Be­lə­liklə, Qaçaq İbadın oğru olmamasını yəqinləşdirərək qa­pı­nı açaraq onu azad edir.

İkinci qoçaqlıq



1918-ci ilin ağır günləri yaşanırmış Azərbaycanda. Er­mə­nilərin ruslarla birləşərək fevral-mart aylarında apardıqları qırğınlar hamını qorxuya salmışdı. Soyğunçu dəstələr bu tə­rəf­lərə də gəlmişdi. Kəndlərin camaatı qorxuya düşüb hara gəl­di, qaçıb gedirdilər. Bu hadisə o vaxtdan "Qaça-qaç" adı ilə indi də xatırlanır. Belə ağır bir vaxtda Prişibdən (indiki Göy­təpə) Malağana (indiki Kalinovka) gedən yolun Taxta­çayın üstündən keçən yerində 12-15 nəfər rus-erməni soyğun­çu əsgəri çay kənarında oturub istirahət edirlərmiş. Sən demə, Qaçaq İbad onları izləyirmiş. Bir anın içində qırğı kimi alır on­ların başının üstünü. Heç nəfəslərini də çəkə bilmirlər. Ha­mısını tərkisilah edir, tüfənglərini bağlayır öz atının yəhərinə. Özlərinin də əllərini bir-birnə bağlatdırıb qatır qabağına. Üz tutur kəndə tərəf. Camaat bir də baxıb görürlər ki, budu ha, İbad gəlir qabağında da onlara divan tutan 15-ə yaxın soyğun­çu əsgər. Hamı İbadın bu qoçaqlığına afərin deyir.

Qaçaq İbad Sovet hakimiyyəti illərində də öz işi ilə məş­ğul olur. Lakin sovetin hüquq-mühafizə orqanları onu ələ keçirə bilir və naməlum şəraitdə mühakimə edirlər. Taleyi haq­qında heç bir məlumat yoxdur. Onu axırıncı görən kənd sa­kini Əziz İsgəndər oğlu olub. Əziz müəllim deyirdi: "Pri­şib­də (indiki Cöytəpə) seminariya adlanan məktəbdə oxu­yur­dum. 12-13 yasım olardı. Məktəb yolun kənarında idi. Bir də eşitdik ki, yolla qaçaq aparırlar. Hamı kimi mən də yola qaç­dım. Qaçaq görmək bizim üçün çox maraqlı idi. Gördüm ki, qa­bağında və arxasında əsgərlər gedən arabada bir nəfər otu­rub. Sifəti mənə tanış gəldi. Yaxınlaşdım, bu bizim qonşumuz İbad idi. O, ayağından yaralanmışdı. Arabanın banına dirsək­lə­nərək o biri əlində nəsə tutub yeyirdi. Mən istər-istəməz ara­ba­ya yaxınlaşıb qişqırdım: İbad baba, İbad baba! O, mənə tərəf çevrilib üzümə diqqətlə baxdı. Tanıyıb, yanına çağırdı. Dedi: “Əziz, oğul, sən burada nə edirsən?” Mən oxuduğumu dedim. O: “Get, Teymura de ki, məni tutub dama salacaqlar, ya­ralıyam, görmək istəsə, divanxanaya gəlsin. Məndən hamı­ya salam de!” Ondan sonra Qaçaq İbad bir daha görünmədi.”

Qaçaq İbadın özü kimi qocaq Alapaça adlı atı varmış. At onun bir işarəsindən nə istədiyini anlarmış. At lazım gə­lən­də iməkləyir, axsayır, özünü xəstələndirə bilərmiş. Keçmiş qo­calar deyərdi ki, İbadın atı kimi heç at olmayıb.

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin