Мцгяддимя


Seminar və ya müstəqil iş üçün tapşırıq



Yüklə 0,7 Mb.
səhifə59/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   56   57   58   59   60   61   62   63   64
Seminar və ya müstəqil iş üçün tapşırıq

Təlimin ideal vasitələrini təsvir edin və bunların tətbiqini istənilən fəlsəfə kursunun mövzusunda əks etdirin.

Təlimin maddi vasitələrini və bunların tətbiqini istənilən fəlsəfə kursunun mövzusunda əks etdirin.

Fəlsəfənin tədrisində kitabxana fondları və informasiya texnologiyaları, İnternet-resurslarından da istifadə imkanları barədə məruzə hazırlayın.




MÖVZU 11. KAFEDRADA ELMİ-NƏZƏRİ
VƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNİN TƏŞKİLİ

Kafedra – fakültədə təlimin, metodik və elmi tədqiqatların aparılmasını, tələbələrin təhsil və tədrisdənkənar fəaliyyətini, eləcə də müəllim heyətinin hazırlanmasını və ixtisasartırılmasını təşkil edən əsas strukturdur.

Kafedra - elmin hər hansı bir sahəsinə aid olan tədris fənn müəllimləri birləşməsidir.

Bir qayda olaraq, kafedra bir təhsil sahəsi ( və ya bir predmet) üzrə ən azı beş müəllim olduğu halda təşkil olunur. Kafedra Əsasnaməyə əsasən işləyir, burada yığcam şəkildə əsas məqsədlər, vəzifələr və onun iş istiqamətləri, daha sonra təşkilat strukturu, kafedra müdiri və onun bütün üzvlərinin vəzifələri, hüquqları və məsuliyyəti əks olunur.

Müdiriyyət tərəfindən kafedranın “İş qaydaları” işlənilib hazırlanır və ali məktəbin Elmi Şurası tərəfindən təsdiq edilir.

Kafedrada müəllimlər kollektivi və, tədris prosesini, tədris auditoriyaları, laboratoriyaları və kabinetləri təmin edən laborant tərkibi çalışır. Kafedranın işinə ali məktəblərin elmi və pedaqoji işçiləri daxil ola bilərlər.

Kafedranı metodik birləşmədən onun fəaliyyət məzmununa hər şeydən əvvəl tədqiqat-eksperimental və elmi işin aparılmasının daxil olunması fərqləndirir.

Kafedrada elmi-metodiki mərkəz də fəaliyyət göstərməlidir. Mərkəzin əsas fəaliyyət istiqamətləri:

• kafedrada "Müasir şəraitdə fəlsəfi fənlər tədrisinin aktual problemləri" daimi elmi seminar görüşlərinin təşkili və keçirilməsi;

• fəlsəfi fənlərin tədrisi metodologiyasının təkmilləşdirilməsi.

• Məlumatlar da daxil olmaqla müasir təhsil texnologiya yeniliklərinin təhsil prosesində tətbiqi;

• tələbələrin müstəqil işinin təşkili metodikalarının işləyib hazırlanması və inkişaf etdirilməsi;

• müəllimlər tərəfindən tədris edilən mühazirə və xüsusi kursların daima yeniləşdirilməsinin təmin edilməsi;

• fəlsəfi fənlər üzrə tədris materiallarının yeni nəslin hazırlanması;

• doktoranturaya qəbul imtahanlarının və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinin alınması üçün minimum imtahanının verilməsi üçün proqramlarının optimallaşdırılması;

• kafedranın gənc müəllimləri ilə yeni təhsil texnologiyalarının mənimsənilməsini yaxşılaşdırmaq üçün metodik təlimlərin keçirilməsi.


3. Kafedranın vəzifələri
Kafedranın fəaliyyəti növbəti məsələlərin həyata keçirilməsinə yönəldilməlidir:

• fənlərin tədrisinin metodik və təşkilati təminatı;

•kafedra müəllimləri və əməkdaşlarının tədris-metodik işinin koordinasiyası və üzərində nəzarətin təşkili;

•tədris prosesində müasir tədris formalarının tətbiqi texnologiyalarının müasirləşdirməsi;

•fənlərin tədrisinin qabaqcıl təcrübəsinin təhlili, ümumiləşdirməsi və yayılması;

•yüksək ixtisaslı mütəxəssislərin peşəkar hazırlığının təminatı üçün əsas və xüsusi fənlərin tədrisi keyfiyyəti səviyyəsinin daimi artımı;

•müəllimlərin elmi-tədqiqat işinin koordinasiyası və tələbələrin elmi-tədqiqat işinin təşkili;

•tələbələrlə tərbiyə və dərsdənkənar işin təşkili və keçirilməsi1.



Kafedranın funksiyaları

Kafedraya tədris-metodik fəaliyyəti sahəsində növbəti funksiyaların icra edilməsi həvalə edilir:

1. təhsilinin bütün formaları üzrə (gündüz, axşam, qiyabi) - mühazirələrin seminar və laboratoriya məşqələlərinin keçirilməsi. müəllimlərin ixtisasın artırılması üzrə tədbirlərin həyata keçirilməsi işində iştirak;

2. tələbələrin tədris və dərsdənkənar vaxtında kurs və buraxılış işlərinə, tədris və istehsalat təcrübələrinə, həmçinin müstəqil işlərinə rəhbərlik;

3.yoxlamalar və imtahanlarının, həmçinin kurs işləri müdafiələrinin keçirilməsi;

4.kafedra nümayəndələrinin iştirakı ilə buraxılış işlərinin müdafiəsi və dövlət imtahanlarının keçirilməsinin hazırlanması və təşkili;

5.dövlət təhsil standartlarına uyğun olaraq ixsisaslar və istiqamətlər üzrə tədris planlarının hazirlanması və təkmilləşdirilməsi işində iştirak;

6. dövlət təhsil standartlarına uyğun olaraq kafedra tərəfindən dərsliklərin, tədris-metodik ədəbiyyatının, ümumi və xüsusi kurslar üzrə fənn proqramlarının, həyata keçirilən tədris tapşırıqlarının bütün növləri üzrə tədris planlarının hazırlaması;

7. dekan və ya prorektorun tapşırığı ilə başqa kafedralar tərəfindən hazırlanan dərsliklərə, tədris-metodik ədəbiyyatına, həmçinin tədris proqramlarına rəylərin hazırlanması;

8. müəllimlərin və kafedranın əməkdaşlarının tədris və metodik işinin fərdi planlarının müzakirəsi;

9. ən yaxşı müəllimin qabaqcıl iş təcrübəsinin tədqiqi, ümumiləşdirilməsi və yayılması;

10. gənc müəllimlərə pedaqoji bacarıqlara yiyələnmədə yardım etmə;

11. test tapşırıqları banklarının hazırlama və tədris prosesinə tətbiq etmə, onların əsasında aralıq və yekun kompyuter nəzarətinin həyata keçirilməsi;

12. tələbələrin tədris fəaliyyəti keyfiyyətinin və kafedranın profili üzrə mütəxəssislərin hazırlanması keyfiyyətinin müntəzəm təhlili;

13.yüksək ixtisaslı əlavə təhsil xidmətlərinin göstərilməsi (həmçinin pullu) üzrə fakultənin və universitetin fəaliyyətində iştirak;

14.kafedra müəllimləri tərəfindən dərslərin keçirilməsi reqlamentinin, bal-reytinq sisteminin və fənlər üzrə tələbələrin biliklərinin qiymətləndirilməsi standartlarının hazırlaması, onların kafedra iclasında təsdiq edilməsi;

15. deyilən fənlər üzrə kafedra müəllimləri tərəfindən elektron təhsil resursların yaradılması, innovasiya texnologiyalarının tədris prosesinə tətbiq edilməsi.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin