Мцгяддимя


MÖVZU 9. TƏHSILIN MÜXTƏLIF PILLƏLƏRİNDƏ VƏ CƏMİYYƏTDƏ FƏLSƏFƏ İDEYALARIN TƏDRİSİ VƏ TƏBLİĞİ



Yüklə 0,7 Mb.
səhifə57/64
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#106111
növüЛекции
1   ...   53   54   55   56   57   58   59   60   ...   64

MÖVZU 9. TƏHSILIN MÜXTƏLIF PILLƏLƏRİNDƏ
VƏ CƏMİYYƏTDƏ FƏLSƏFƏ İDEYALARIN
TƏDRİSİ VƏ TƏBLİĞİ

Məlumdur ki, cəmiyyətdə formalaşan münasibətlər müəyyən dəyərlər və ideallar üzərində qurulur. Hər bir cəmiyyət üzvünün dünyagörüşünün əsasında fəlsəfi ideyalar durur. Bu ideyaların qavranılması prosesi müxtəlif ola bilər: tədris, təlim və tərbiyə, həyat təcrübəsi, və s. Bu bölmədə biz təhsilin müxtəlif pillələrində və cəmiyyətdə fəlsəfənin təbliği və mənimsənilməsi yollarını təhlil etmək fikrindəyik.

Ilk - əvvəl fəlsəfənin tədrisi tarixinə müraciət edək. XIX əsrin 2-ci yarısına qədər fəlsəfə təhsili ümumi təhsil hazırlığının funksiyalarını yerinə yetirirdi; sonradan o fəlsəfə biliyinin müxtəlif sferalarında mütəxəssislərin hazırlığına yönəldilir.

Fəlsəfə təhsili əvvəlcə fəlsəfə məktəbləri (pifaqorçukar ittifaqı, Sokrat məktəbi) çərçivəsində yarandı. Antik dövr üçün fəlsəfə təhsilində iki proqramının qarşıdurması səciyyəvi idi. Biri sofistlər tərəfindən ifadə edilmişdir: onlar sistematik fəlsəfə təhsilini rədd etmiş, əsas diqqəti şifahi təlimə və öz-özünə savadlandırmaya yönəltmişdilər; digər istiqamətin nümayəndələri daimi məktəblərin yaradılması ideyasını əsaslandırmağa çalıçırdılar. IV əsrin 90-cı illərində ritor (natiq) İsokrat Afinada birinci daimi üçillik fəlsəfə təhsilli məktəbi yaratdı, burada fəlsəfə universal biliklər toplusu kimi qəbul olunurdu.

Afinalarda ellinizm dövründə fəlsəfə təhsili sistemi dörd fəlsəfə məktəbinin əsasına yarandı – Platonun Akademiyası, Aristotelin Likeya, epikurçuluq və stoisizm məktəbləri. Ellinizm dünyasında fəlsəfə təhsili üzrə yeni mərkəzlər İskəndəriyyədə yaradılmış Perqam kitabxanası və Museyon idi.

Romada fəlsəfə təhsili səyahət edən filosoflar, zadəganlıq ailələrinə dəvət edilən ev müəllimləri və ritorik məktəblər həyata keçirirdilər. Romada Kremon, Afina, Antioxiya, İskəndəriyyənin ritorik məktəblərində fəlsəfə bütün tərbiyənin başlanğıc nöqtəsi kimi izah edilirdi. Romanın fəlsəfə məktəblərinin arasında ən böyük şöhrətə stoiklər və epikürçülər malik idilər, onlar hətta hökumət dəstəyindən istifadə edirdilər. Respublikadan imperiyaya keçid Romada 176 fəlsəfə məktəbinin və şəxsi ritorik məktəblərin bağlanması və onların bir təhsil müəssisəsinə birləşməsi ilə nəticələnmişdir.

Bu, fəlsəfə təhsilinin mərkəzləşdirilməsinə, fəlsəfə təhsilinin (məktəb müəllimlərinə dövlət ödəniş sisteminin yaradılması, fəlsəfə təhsili üçün nəzarət üzrə xüsusi şöbənin, müəllim yerinə namizədlər üçün imtahan sistemi və s.) dövlət tərəfindən tənzimləməsinin kəskin gücləndirməsinə gətirib çıxardı. Ateneum Roma məktəbi və Konstantinopol ali məktəbi imperatorun xüsusi dəstəyindən istifadə edirdilər. 529-cu ildə imperator Yustinian tərəfindən Afina fəlsəfə məktəbi bağlanmışdı. Bizansda Konstantinopol ali məktəbində, patriarx məktəbində və özəl məktəblərdə həyata keçirilmiş fəlsəfə təhsilinin tipik xüsusiyyətləri – antik filosofların izah edilməsi, neoplatonizmlə birləşmiş xristian ilahiyyatının fəlsəfəsinin tabe edilməsi, kitab müdrikliyi ilə fəlsəfənin məhdudlaşdırılması və s1.

Orta əsrlərlərə fəlsəfə müxtəlif monastırların, kilsə kapitulların, abbatlıqların məktəblərində öyrənilirdi; fəlsəfə təhsili qədim filosofların əlyazmalarının toplamanması, köçürməsi və tərcüməçilik fəaliyyəti ilə bağlı idı. Fəlsəfə təhsilinin inkişafı üçün əhəmiyyətli olan dövr ərəb Şərqində (əsasını Bağdadda 832-də qoyulmuşdur) ali fəlsəfə məktəblərin formalaşması və inkişafı idi. "Karolinq dirçəlişi" dövründə (YIII – IX əsrlər) fəlsəfə Reyms, Utrext, Şartrskoy, Paris monastır məktəblərində öyrədilirdi. XII – XIY əsrlərdə monastır məktəbləri universitetlərə çevrildi (Bolonya, Paris, Neapol, Paduya, Oksford, Kembric, Praqa). XIII - XIY əsrlərdə Avropa universitetləri arasında aparıcı yer ilahiyyatın və fəlsəfənin öyrənilməsinin mərkəzi olmuş Paris universiteti tuturdu (azad sənətlər fakultəsi). Orta əsrlərin bütün fəlsəfə təhsili üçün "... kilsə ehkamı başlanğıc nöqtəsi və hər bir düşüncənin əsası oldu. Hüquq elmi, təbiətşünaslıq, fəlsəfə – bu elmlərin bütün məzmunu kilsənin təliminə uyğun gəlməli idi"1. Belə halda fəlsəfə təhsilinə universitetlərə rəhbərlik etmiş müxtəlif kilsə ordenlərinin böyük təsiri var idi. Erkən orta əsrlərdə universitetlərdə fəlsəfə təhsili demək olar ki tamamilə kilsə ataları mətnlərinin interpretasiyası ilə məhdudlaşdırılırdı; gec orta əsrlərdə o əsasən aristotelizmin izah edilməsi düzgünlüyü haqqında müzakirələr xarakterini daşıyırdı. Orta əsr universitetlərinin fəlsəfə fakultələrində alim dərəcələrin (bakalavr, lisensiat və magistr, və ya doktor) verilməsi sistemi hazırlanmışdı.

İntibah dövründə fəlsəfə təhsili mədəni həyatın (universitetlər və monastırlar) ənənəvi mərkəzlərindən kənarda inkişaf edirdi; İntibah dövrünün bütün əhəmiyyətli filosofları fəlsəfə biliyinə (hər şeydən əvvəl etik və estetik) mütəfəkkirin şəxsi axtarışı ilə əldə edilən naikiyyət kimi baxaraq universitet korporasiyaları ilə bütün əlaqələri kəsirlər. Kilsə təşkilatları ilə bağlı fəlsəfə təhsilinin nüfuzlu formalarından imtina fəlsəfə təhsilinin yeni formaların yaradılmasına şərt oldu – humanistlər və akademiyalar dərnəkləri.

Yeni dövrdə fəlsəfə təhsilin bu formalarının inkişafı milli akademiyaların yaradılmasına gətirib çıxardı. Böyük Fransa Inqilabı dövründə fəlsəfə təhsilinin (elmi araşdırmalarda azadlığı prinsipinin bəyan edilməsi, tədris və təhsildə ana dilində mühazirələrin oxunması, fəlsəfə fakultələrinin müxtəlif bölmələrə bölməsi) inkişafına təsiri göstərmiş universitet təhsilində islahatlar həyata keçirilmişdi. Universitetlərdə fəlsəfənin tədrisi ilə yanaşı təhsil müəssisələrindən kənar fəlsəfə təhsilinin fəlsəfə məktəbləri kimi forma inkişaf etmişdir (Kartezian Volfian, Hegel məktəbləri və s.)1.

XYIII əsrin 2-ci yarısında – XIX əsrin başlanğıcında fəlsəfə təhsilinin anlaması şəxsiyyətin formalaşması və özünü inkişaf etdirməsinin ümumi mənəvi prosesi kimi izah edilməyə başlandı (İ.Kant İ.Q. Fixte, Q.Heqel). Heqelin "Universitetlərdə fəlsəfənin tədrisi haqqında" məqaləsində (1816) və F. V. Şellinqin fəlsəfə elmlər sistemi və akademik biliklər metodu kimi fəlsəfə haqqında mühazirələrində fəlsəfə təhsilinin məqsədləri elmi biliyin bütün digər sahələrini sintez edən bütöv təhsil kimi izahı öz əksini tapdı; burada fəlsəfə təhsilinin universal təhsil kimi yenidən qurulması təklif edilirdi.

XX əsrdə universitetlər fəlsəfə təhsili sistemində aparıcı yeri saxladı. Universitetlərin fəlsəfə fakultələri ilə yanaşı elmi və müəllim kadrları hazırlığının yeni formaları meydana gəldi (dövlət institutları, kooperativ və özəl təşkilatlar), dövlət maliyyələşdirilməsindən, nəzarətdən və rəhbərlikdən fəlsəfə təhsilinin asılılığı əhəmiyyətli dərəcədə artdı. Dünya ölkələrində müasir fəlsəfə təhsilinin təşkilində tipik xüsusiyyətlər – fəlsəfə kadrlarını hazırlayan müxtəlif təşkilatların arasında rəqabətin kəskinləşməsidir.

Müasir dövrdə dünyanın bütün inkişaf etmiş ölkələrində aparıcı alimlər fəlsəfənin tədrisinin zərurəti haqqında öz fikirlərini ifadə edirlər. Böyük Britaniya alimləri qeyd edirlər ki, ən erkən yaşdan orta məktəb siniflərində fəlsəfə dərsləri deyilməlidir. Britaniya məktəblilərinin praqmatik düşüncənin və konseptual yanaşma bacarıqların artımı nöqteyi-nəzərindən bu proses böyük üstünlüklərə malik olacaq, onlardan təchizatdan daha yaxşıdır. XXI əsrdə mövcud olan yeni texnologiyaların yaranması və sürətli sosial dəyişikliklərlə müşaiyyət olunan həyat çətinliklərinə insanlar məhz fəlsəfənin köməyi ilə dözə bilər və onlara müqavimət göstərə bilər.

Uzunmüddətli perspektivdə daha çox müəllim cəlb edilməlidir, fəlsəfə üzrə mütəxəssislərin sayını artırmaq lazımdır. Bu bizim fikirimiz ki, cəmiyyətin bütün təbəqələrindən olan uşaqlar gənc yaşda fəlsəfənin üstünlüklərini öyrənərək intellektual və sosial inkişaf nöqteyi-nəzərindən daha sürətlə inkişaf edə bilərlər1.

Bəzi liseylər və gimnaziyalarda, vaxtılə "Fəlsəfə" ayrı predmeti daxil etməyə çalışırdılar, hətta uyğun olan dərslikləri də yazmışdılar. Amma elə şeylər var ki, məktəbli sadəcə öz yaşına görə, biliklərin məhdud olduğuna görə qəbul etmək iqtidarında deyil. Ümumiyyətlə tarixi pis təsəvvür edən şagirdə tarix fəlsəfəsi haqqında necə danışmaq olar? Əgər mədəniyyət hələlik yalnız incəsənət əsərlərinin məcmusu kimi anlaşılırsa mədəniyyət fəlsəfəsi haqqında necə danışmaq olar? Əgər insan hələ öz ölüm faizini, məhdudluğu hiss etmədisə, həyat fəlsəfəsi haqqında, ölüm haqqında necə danışmaq olar? Bundan başqa, bu sahədə sanballı müəllimlər açıq-aydın çatmır, çünki aşağı maaşa məktəbə işləməyə kim gedəcək?

Kütləvi şüurda filosofun fiquru komikdir. Bu müəyyən məşğuliyyətsiz, çox və şətin danışan bir insandır, onun ideyaları heç bir praktik dəyərə malik deyil. 20 il ideoloji azadlığı qazanan filosof-müəllimlər fəlsəfənin dəyərini, müasir dünyada onun rolunu göstərə bilmədilər. Bütün müasir elm, hüquq, dövlət və s. fəlsəfədən böyüməsi farkı adi insan üçün anlaşılmayan qaldı. Fəlsəfə əksəriyyət üçün çətin həzm edilən mücərrəd ideyaların yığımı qaldı1.

Şərqdə fəlsəfəyə daha çox diqqət ayrılır. Çin, Hindistan, qismən islam dünyası fəlsəfənin tədqiqatına və tədrisinə böyük əhəmiyyət verirlər. Gələcək bu ölkələr üçündür. Amma Rusiya filosofları, görünür, öz şansını qaçırtdılar. Ümumiyyətlə fəlsəfəyə və filosoflara cəmiyyətdə münasibətin güzgüsü – onun tədrisidir2.

Dünyanın müxtəlif ölkələrində fəlsəfənin tədrisinə münasibət müxtəlifdir. Məsələn, Fransada son illərdə daha tez-tez gimnaziyalarda fəlsəfənin tədrisi modellərində böhran haqqında deyilir. Bu böhran fəlsəfənin tədrisi ilə əlaqədar müəllimlərin tədrisə anlaşılmaz tələblərlə əlaqədar çaşqınlığında və predmetin qeyri-dəqiq qurulmuş sərhədləri ilə bağlı artan narahatlıqda və tələbənin imtahanda dumanlı meyarlarla qiymətləndirilməsində ğzünü bildirir. Gimnaziyalarda fəlsəfənin tədrisi haqqında Fransada keçən müzakirə iki nöqteyi-nəzərlərin toqquşması ilə bağlıdır: bütovlükdə fəlsəfəyə baxış və gimnaziya fənni kimi o necə tədris olunmalıdır3.

Hesab olunur ki, fəlsəfə yaradıcılıgın təzahürü, düşüncə mədəniyyətidir, burada müəyyən edilmiş ümumi ilkin şərtlərə əsaslanaraq yeni üfüqlər açılır, sərhədlər yerini dəyişir və azad düşüncə kimi özünü təqdim edir. Bu mənada tədris müəllimin fəlsəfəçilik aktı kimi qəbul edilir və tədris ili ərzində məcburi yazı işləri — şagirdin fəlsəfədən zəruri təcrübəsi kimi gəbul olunmalıdır.

İkinci nöqteyi-nəzərə əsasən, fəlsəfənin tədrisi daha çox fəlsəfə tarixinə meylli olmalıdır və daha çox müxtəlif ənənələri və doktrina xüsusiyyətlərini tədqiq etməlidir. Tədris müəllif konsepsiyaları, fəlsəfə anlayışlarının və fəlsəfədə tendensiyalarının yaranması, müəyyən təkamül yolunun formalaşması və inkişaf tarixinin müəyyənləşdirilməsi üzərində qurulur.

Yuxarıda göstərilən hər iki konsepsiya müəyyən məhdudiyyətləri özündə saxlayır. Birinci halda müəllimlər və şagirdlər tərəfindən anlama, tutuşdurma və qiymətləndirilmə üçün çox çətin olan bir sıra sərbəst interpretasiyalar tədrisi dağılma təhdid altında saxlayır. İkincidə halda tədris gizli pozitivizmə meylli olmasında günahlandırıla bilər, çünki fəlsəfə hansısa ötürülə və mənimsənilə biləcək biliklərin möhkəm qurulmuş sistemini təqdim edir.

Fransada hələ 1924-cü ildə fəlsəfənin məktəbdə tədrisi ilə əlaqədar olaraq formalaşdırılmış rəsmi tələblərdə qeyd olunur ki, müəllim sərbəst şəkildə şagirdlərə fəlsəfədən bilikləri çatdırır ki, nəticə etibarilə şagirdlər sərbəst düşünə bilsinlər və vahid dünyagörüşünə malik olsunlar.

Burada fəlsəfənin tədrisinin əsas məqsədi dərs demək üçün böyük mütəfəkkirlərin konsepsiyalarına müraciət edib onlarla tanış olmaqdan ibarət deyil, hər şeydən əvvəl ondan ibarətdir ki, bu konsepsiyalara müraciət edərək, şagirdlərdə filosofluq qabiliyyətini inkişaf etdirmək və onları tərbiyə etməkdir. Niyə? Çünki hər kəs, gələcək həyatda tutduğu peşələrdən və yerlərdən asılı olmayaraq, düşüncə azadlığına və tənqidi mühakimə etməyə, yəni filosofluq etmək qabiliyyətini əldə etməyə ehtiyac duyur. Beləliklə, məktəblərdə fəlsəfənin tədrisinə tələblər məlum olur: məktəbin əsas təyinatı bununla əlaqələndirilmişdir və ona tabe edilmişdir: məktəb öz qarşısında şagirdləri peşəkar filosof kimi yox, onları cəmiyyət həyatına hazırlamaq məqsədini qarşısına qoymuşdur.

Fəlsəfə hər şeydən əvvəl biliyin tənqidi mənimsəməsi qabiliyyətdir. Əgər digər tədris fənləri çərçivəsində alınan biliklər şagirdin uğurlu sosiallaşması üçün lazımdırsa, fəlsəfə özü belə intizamı və düşüncə mədəniyyətini formalaşdırır, burada ilk növbədə hər şeydə şübhələnməyi öyrədərək, hər şeyi sualın altında qoymaqla, sosial assimilyasiya zamanı onu ümumidən qoruyur. Gimnaziyalarda deyilən fəlsəfə bir o qədər fəlsəfəyə girişi yox, daha çox vətəndaş tərbiyəsi kursunu təşkil edir. O fərdin subyektə çevrilməsinə kömək etməyə dəbət edilmiş olur. Bununla belə, şübhəsiz, subyekt kateqoriyası daha çox fundamentaldır, nəyinki peşəkar filosof kateqoriyası. Subyekt — bu o fərddir ki, şəxsinin mühitin məhsuluna çevrilməyə müqavimət göstərir, o özü özünü azad şəkildə öz fikirlərinə və qiymətləndirilmələrə uyğun olarağa yaradır. Fəlsəfə müəlliminin rolu məhz bu perspektivdə anlanılmalıdır.

Fransa tədqiqatçıları hesab edirlər ki, fəlsəfə müəllimi mədəni vasitəçi deyil, hansı ki, kənarda qalaraq doktrinalar toplusunu şagirdlərə çatdırır və bu halda onlar üçün xarici amilə çevrilir. Müəyyən mənada o özü məcburdur vasitəli şəkildə şagirdi öz fikirinin dərin qatlarını açmağa sövq etsin və onun refleksiyaya və tənqidə qabiliyyəti inkişaf etdirsin. Fəlsəfənin tədrisi konsepsiyasında, şübhəsiz, "zənginləşdirmə" ilə bağlı metaforalardan çəkinmək lazımdır, burada onu subyektin quraşdırılması layihəsi ilə əvəz etmək daha yaxşıdır1.

Məcburi deyil ki, məktəbdə fəlsəfənin tədrisi peşəkar fəlsəfə üçün tələblərə uyğun olmalıdır, fəlsəfə doktrina, biliklər korpusu deyil, daha çox qabiliyyət, fikirin və refleksiyanın gücüdür, bunu isə gimnaziyada fəlsəfə ilə məşğul olduğu vaxtı müəllim hər bir şagirdin özündə kəşfinə və sonra onun köməyi ilə tətbiq edilməsinə köməklik etməlidir.

Digər tədqiqatçılar fəlsəfənin tədrisində fəlsəfə tarixinə, burada formalaşan əsas cərəyanların inkişafına diqqətin yetirilməsinə üstünlük verirlər. Alen Reno təklif edir ki, dəqiqləşdirilmiş və əhəmiyyətli dərəcədə azaldılmış fəlsəfə anlayışlar proqramı formalaşdırılsın, həm də bilavasitə fəlsəfə sahəsinə aid olmayan, amma müasir fəlsəfə baxımından aktual xarakterli dörd və ya beş problemlərin tədqiqat sahələrinə müraciət edilsin. Bu problemlərin bəziləri filosofların müdaxiləsini tələb edən etik suallar və ya problemlər ola bilər, daha sonra elmi kəşflər, mədəni identifikasiya, milli birliyin bütün böyük birliklərə (Avropa, dünya) qovuşması kimi məsələlər ola bilər. Hər bir tədris ocağında belə sahələrin və müzakirələrin siyahısını müəyyən edərək beş illiyə onları paylamaq olar.

Bir çox ölkələrdə uşaqlar üçün fəlsəfə tədris proqramları yaradılır və həyata keçirilir. Amma, göründüyü kimi, çətinliklər çoxdur. "Uşaqlar üçün Fəlsəfə" proqramı ilk dəfə məşhur filosof və təhsilin nəzəriyyəçisi Metyu Lipmanın rəhbərliyi altında XX əsrin ikinci yarısında Montkler (ABŞ) ştatının Dövlət Universitetində hazırlanmışdı. O vaxtdan o, dünyanın bir çox ölkələrində geniş yayıldı, onun məqsədi – uşaqlarda kritik və yaradıcılıq düşüncəsinin inkişafıdır. Nəticədə "Düşüncə" jurnalı (Thinking) çıxdı, burada uşaq fəlsəfəsi problemlərinə həsr edilmiş filosofların və pedaqoqların məqalələrini tapmaq olar.

Məlumdur ki, müasir dövrdə ölkəlrin çoxlarında istənilən biliyə instrumental yanaşma üstünlük təşkil edir və hal-hazırda yiyələnilən biliklərə praqmatik düşüncə həm də məktəblilərin kiçik qruplarına qədər yayılır, uşaqda filosofluq etməsinin təbiəti nədən ibarətdir və fəlsəfəni uşaqlara necə dərs demək lazımdır problemi olduqca əhəmiyyətlidir1.

Proqramın məqsədinin reallaşdırması üçün adi sinifin "tədqiqatçılar cəmiyyətinə" çevrilməsi güman edilir, burada fəaliyyətin tipik alqoritmi aşağıdakı kimidir. İlk mərhələ mətnin oxunması ilə nəticələnir (izah etmək lazımdır ki, müəllim üçün şərhlərlə hekayələr toplusu mövcuddur), sonra uşaqlar öz suallarını verirlər, bunlar müəllim tərəfindən təsbit edilir, bundan sonra dərsdə müzakirə üçün problem formulə edilir, sonra problemin dürüst ifadə edilməsi və onların müzakirəsi prosesi gedir, yeni bilməməzliyin aşkar edilməsi və yeni problemlərin qoyulması bilavasitə müzakirəsidə nəzərdə tutulur. Beləliklə, fəlsəfə müstəqil düşünməyi və öz fikirlərini əsaslandırılmış şəkildə bəyan etməyi öyrədir.

Nəzər salaq Azərbaycanda orta məktəblərdə fəlsəfə biliklərinin qavranılması xüsusiyyətlərinə.

"İnsan və cəmiyyət" adlı dərslik indiyə qədər nə müəllimlərdə, nə şagirdlərdə heç bir müsbət emosiyaya səbəb olmur. Zəyif strukturlaşdırılmış, çətin dildə yazılmış, bəzən çox geniş, bəzi yerlərlə çox sıxılmış fikirləri ifadə edən bir kitabdır. Uşaqlar daim şikayət edirdilər ki, bu kitabla dərsi yaxşı oxumaq, yaxşı məşğul olmaq mümkün deyil. Əslində başqa, daha məntiqli kursu yaratmaq olar, ancaq bu kurs fənlərin çox böyük siyahısını özünə daxil edirdi: fəlsəfəni, sosiologiyanı, dinşünaslığı, politologiyanı, hüquqşünaslığın əsaslarını və digər humanitar və sosial elm sahələrini Aydındır ki, belə vaxt həcmində hər şeyi çatdırmaq üçün dərsi çox ümumi şəkildə keçmək lazım olurdu.

Əgər bu fənn TGDK tərəfindən keçirilən test imtahanlarına salınsaydı, onda şəxsiyyət, mədəniyyət, hüquq anlayışlarını necə müəyyən etmək suala necə cavab verək? Dünyanın dərk olunması, mövcudluğu, biliyin sərhədlərinin olub-olmaması məsələsi, və s. Qədim dövrdən etibarən mütəfəkkirlər, bu və bu kimi digər məsələlərin üstündə vuruşurdular. Ancaq, filosoflar yüz illərlə bu cavablarının üstündə vuruşurmalarına baxmayaraq, ümumi fikirə gəlmədilər, amma məktəbliyə beş variantdan doğru cavabı seçməyə təklif edilir.

Indi isə elmi ədəbiyyatda Azərbaycanda fəlsəfənin təbliği və tədrisi problemləri barədə. Məlumdur ki, XX əsrin əvvəllərində Azərbaycanda liberal milli-demokratik hərəkat inkişaf etməyə başladı. Bu hərəkatın ən görkəmli nümayəndələri Ə. Ağaoğlu, Ə. Hüseynzadə, M.Ə.Rəsulzadə və s. idi.

Ə.Ağaoğlu (1868–1939) türk sosial problemlərinin həllini maarifdə görürdü. Sosial fəlsəfədə C.Əfqaninin ideya xəttini davam etdirən Ə.Ağaoğlunun əsərləri Azərbaycan, Türkiyə, Rusiya, Fransa və İngiltərədə çap edilmişdir. Şərqdə və Avropada fəlsəfə, din və bütövlükdə mədəniyyət problemlərini tədqiq edən Ə.Ağaoğlu yeni dövrdə Budda-brahman və İslam mədəni dəyərlərinin Qərb mədəni dəyərlərindən təsirlənməsinin və bu mədəni dəyərlərin sintezinin Şərq aləmi üçün zəruriliyindən yazırdı. Onun “Üç mədəniyyət”, “Dövlət və fərd”, “İslama görə və islamda qadın”, “Sərbəst insanlar ölkəsində” və b. əsərlərində fəlsəfə, sosiologiya, din və etika məsələləri araşdırılır, sosial fəlsəfənin və mədəniyyətşünaslığın elmdə mübahisə doğuran “mədəniyyət”, “dil”, “din”, “millət” və s. kateqoriyalarının tərifi verilir1.

Ə.Ağaoğlu dinə ehtiramla yanaşmağa və ondan cəmiyyətin maariflənməsi üçün istifadə etməyə çağırır, lakin dinin dövlətdən ayrılmasını tövsiyə edirdi.


Şərq ölkələri, Rusiya və Avropada təhsil almış riyaziyyatçı, həkim, dilçi, rəssam və filosof Ə.Hüseynzadə (1864–1940) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ideologiyasının fəlsəfi əsaslarının yaradıcılarından olmuşdur. “Milli Azərbaycan”, “İslam bölgəsi miqyasında intibah” və “Turan” konsepsiyalarına görə çar hakimiyyəti tərəfindən təqibə məruz qalan Ə.Hüseynzadə Türkiyəyə mühacirət etmişdir. O, türk xalqlarının inkişafında Şərq-Qərb mədəni sintezinə böyük əhəmiyyət vermiş, türkçülüyün, islamçılığın və avropalaşmanın labüdlüyündən çıxış edərək İslam aləminin aktual vəzifəsini maariflənmə yolu ilə dünya sivilizasiyasına daxil olmaqda görmüşdür. Ə.Hüseynzadə bütün dinlərin humanist ideyalı olduğunu vurğulayır və dinlərə hörmətlə yanaşırdı.

Sosial inqilablara zidd olan Ə.Hüseynzadə cəmiyyətin inkişafında yaşıl işığı maarifin simvolu, “qırmızı zülməti” isə inqilabın simvolu kimi qəbul edirdi. Ə.Hüseynzadə bədii-fəlsəfi etik əsərlərində (“Atlanmaq siyasəti” və “Füyuzat”) mücərrəd formada türkçülük, türk mədəniyyəti, bəşəriyyətin səadəti və bu səadətin bünövrəsi qismində fəlsəfi kateqoriya kimi məhəbbətdən bəhs edir. O, bütün xalqların xoşbəxtliyini maarif, ittihad və hürriyyətdə görür, Azərbaycana qarşı erməni millətçiliyinin ekspansiyasından bəhs edərkən şovinizm və beynəlmiləlçilik anlayışlarının məzmununu açıqlayırdı.

M. Ə. Rəsulzadə (1884–1955) əsasən maarifçiliyin və demokratik ideoloji cərəyanların təmsilçisi, mütəfəkkir, ədəbiyyatçı və siyasi xadim idi. Onun fəaliyyətinin əsas qayəsi “Millətlərə istiqlal, insanlara hürriyyət” şüarında əksini tapmışdır. M.Ə.Rəsulzadə elə ilk əsərləri ilə millilik və istiqlal carçısı kimi tanınmışdı. O, milli müstəqil Azərbaycan ideyası və dövlət konsepsiyasının banilərindəndir. M.Ə. Rəsulzadənin bu konsepsiyadan bəhrələnən nəzəri irsi, əsasən “Azərbaycan Cümhuriyyəti”, “Əsrimizin Səyavuşu”, “Milli həmrəylik”, “İstiqlal məfkurəsi və gənclik”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan tarixi” əsərlərində açıqlanmışdır.

Onun fikrincə, milli şüur və milli özünüdərk milli istiqlala aparan yoldur. O, Rusiya, İran və Türkiyə ilə ilhaqa getməyin əleyhinə olmuş, azad azərbaycançılıq ideyasına üstünlük vermişdir. M.Ə.Rəsulzadə “kültür”, “milli kültür”, “mədəni yaşayış”, “millilik”, “milli dil” kateqorial anlamlarını, sosial fəlsəfənin və kulturologiyanın mühüm nəzəri problemlərini araşdırmışdır. “Əsrimizin Səyavuşu” əsərində M.Ə.Rəsulzadə milli istiqlal ideyası əsasında qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşlarının mülkiyyətindən, cinsindən, mənşəyindən, məsləkindən və s. asılı olmayaraq bərabərhüquqlu olduğunu qeyd etmişdir. Lakin o bu hüquq bərabərliyini xüsusi mülkiyyətə aid etməmişdir.

XX əsrin əvvəlində Azərbaycanda liberal milli-demokratik məfkurə ilə yanaşı, radikal, demokratik və marksizm prinsiplərini əks etdirən ideyalar, əsasən mülkədar-burjua təmayüllü dövri mətbuatda, “Molla Nəsrəddin” jurnalında, “Hümmət” və s. qəzetlərdə yayılırdı. Dilə, milli mədəniyyətə, təhsil və maarifə, qadın probleminə, xarici, xüsusilə rus, erməni ekspansiyasına münasibətdə bu ideya cərəyanlarının ümumi və ya oxşar cəhətlərinə baxmayaraq xüsusi mülkiyyət, onun yenidən bölünməsi, zəhmətkeşlərin mülkiyyət hüquqlarının real təminatı, onların parlament və hakimiyyət strukturlarında iştirakı və s. sosial-sinfi maraqlarla bağlı problemlərin izahında ciddi ziddiyyətlər mövcud idi1.

Əgər birinci cərəyan milləti və bütövlükdə milli maraqları, millətin türk-İslam bölgəsi ilə əlaqələrini, hürriyyət naminə ittihad ideyalarını ön plana çəkirdisə, radikal cərəyanlar millətin tərkibindəki sinif və silklərin qarşılıqlı münasibətindən, fəhlə, kəndli, kapitalist və mülkədarların cəmiyyətdə sosial vəziyyətindən, fanatik din xadimlərindən, xalqın adından çıxış edərək onun mənafeyini tapdalayan və satan milli siyasətçilərdən bəhs edir və millətin maariflənməsi üçün bütün həqiqətləri xalqın başa düşəcəyi dildə çatdırmağa çalışırdı.

Bu məsələlər “Molla Nəsrəddin” jurnalının müəllifləri Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov, Səməd bəy Mehmandarov, Hüseyn Minasazov və b. əsərlərində və xüsusən dövrün kəskin sosial satirasında əksini tapmışdı. Vaxtilə irfani fəlsəfi poeziyada əks edilən sosial fəlsəfə problemləri üçün Azərbaycan siyasi satirası bu dövrün təsiredici janrına çevrilmişdir.

Bununla belə son illərdə yeni iqtisadi münasibətlərə və demokratik dəyərlər sisteminə keçən Azərbaycanda dövlət quruculuğu praktikası, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf yolunda qloballaşma, Azərbaycan və qlobal dünya, Şərq-Qərb sivilizasiyalarının dialoqu, bu sivilizasiyaların qarşılıqlı təsiri və s. kimi mövzular fəlsəfi baxımdan diqqətlə öyrənilir.

Azərbaycanda fəlsəfi fikir mühitinin formalaşdırılması işində müəyyən təşkilati addımlar da atılmışdır ki bu da müstəqillik dövrünün uğurları sırasına daxil edilə bilər. 2002-ci ildə Azərbaycan fəlsəfi ictimaiyyətinin, Rusiyanın və Türkiyənin filosofları ilə əlaqəsini daha mütəşəkkil səviyyədə təmin etmək üçün Bakıda (Azərbaycan Universitetində) keçirilən beynəlxalq konfrans itirilmiş yaradıcılıq əlaqələrinin bərpası istiqamətində mühüm addım oldu. Bundan sonra azərbaycanlı fəlsəfə tədqiqatçılarının Rusiya və Türkiyədə keçirilən konfranslarda iştirakı müntəzəm xarakter aldı. Azərbaycanlı müəlliflər Moskvada rus və ingilis dillərində çıxan «Qlobalistika» ensiklopediyasının hazırlanması işinə cəlb edildilər.

2000-ci ilin avqustunda və 2003-cü ilin iyul ayında Romada keçirilən Beynəlxalq Metafizika konqreslərində, 2003-cü ilin avqustunda İstanbulda keçirilən XXI Ümumdünya Fəlsəfə konqresində, həmin ilin dekabr ayında İstanbulda keçirilən Türkiyə, Azərbaycan və Qazaxıstan sosioloqlarının konfransında, 2004-cü ildə Oksford Universitetində, 2005-ci ilin avqustunda Hollandiyada keçirilən Beynəlxalq Fenomenologiya konfranslarında, 2005-ci ilin oktyabrında Türkiyənin İzmir şəhərində keçirilən türkdilli xalqların sosioloqlarının I Beynəlxalq qurultayında Azərbaycan nümayəndə heyətlərinin iştirakı beynəlxalq yaradıcılıq əlaqələrinin genişlənməsindən xəbər verir. Son illərdə ölkə bir sıra beynəlxalq fəlsəfi tədbirlərin təşkilatçısı olmuşdur1.

2002-ci ildə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının təsis edilməsi (akademik R. Mehdiyevin rəhbərliyi altında) filosofların daha yaxşı təşkilatlanmasına səbəb olmuş və elə həmin ildən Azərbaycanda «Fəlsəfə və sosial-siyasi elmlər» adlı jurnalın nəşrinə başlanmışdır. Assosiasiyanın təşəbbüsü ilə Karl Popperin və Jan Pol Sartrın anadan olmasının 100 illiyi, Kantın vəfatının və Feyerbaxın anadan olmasının 200 illiyi, Con Lokkun vəfatının 300 illiyi təntənə ilə qeyd edilmiş, onların haqqında dövri mətbuatda məqalələr çap etdirilimşdir ki, bu da Azərbaycan ictimaiyyətinin diqqətini dünya fəlsəfi fikrinə yönəltmək sahəsində önəmli bir addımdır. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının təşəbbüsü ilə habelə, milli-fəlsəfi fikir tarixinin təbliği sahəsində bir sıra beynəlxalq miqyaslı tədbirlər həyata keçirilmişdir. Bunların arasında Azərbaycanın görkəmli filosofu Şihabəddin Yəhya Sührəvərdinin anadan olmasının 850 illik yubileyini və yubiley ərəfəsində çap olunan nəşrləri, habelə akademik Heydər Hüseynovun anadan olmasının 95 illik yubileyi münasibətilə təşkil edilən tədbirləri, hər ilin noyabr ayında Beynəlxalq Fəlsəfə gününün təntənə ilə qeyd olunmasını xüsusi qeyd etmək lazımdır.

2004-cü ilin oktyabrında prof. A.İmanquliyevanın yubileyinə həsr olunmuş «Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr» adlı beynəlxalq elmi konfransda ABŞ-dan, Türkiyədən və Rusiyadan gəlmiş görkəmli filosofların iştirakı Azərbaycan fəlsəfi ictimaiyyətinin həyatında mühüm hadisə hesab edilə bilər. 2005-ci ilin payızında keçirilən təkrar beynəlxalq konfransda daimi fəaliyyət göstərən «Şərq və Qərb: fəlsəfələr arasında körpü» adlı Beynəlxalq Alimlər Assosiasiyası (BAA) yaradılmışdır.

Müstəqillik dövründə Azərbaycanda fəlsəfi və sosial-siyasi fikrin inkişafı sahəsində atılmış ciddi addımlara baxmayaraq, bu sahədə həm təşkilati iş, həm də elmi yaradıcılıq prosesi daha da sürətlə inkişaf etdirilməkdədir1.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin