Seminar və ya müstəqil iş üçün tapşırıq
İndi bir neçə nitq nümunəsini, ilk növbədə yanıltmacları təqdim edirik. Tələffüzə, dilin, dodaqların, dişlərin, nəfəsin, intonasiya, tembrin, səsin ucalığının necə olmasına fikir verin. Özünüzlə səmimi olun. Görün, Sizin bu məşqlərə Sizi eşidənlər necə qiymət verir, necə münasibət bildirirlər.
Nitq nümunələri
Yanıltmaclar
Atı min, iti qov, iti qov, atı min; atı min, iti qov, iti qov, atı min....
Ağ balqabaq, boz balqabaq. Boz balqabaq, ağ balqabaq.
Yorğana yoğrul yorğun.
Qırx küp, qırxınında qulpu qırıq küp.
Cüt cücə, cüt-cüt cücə, üç cüt cücə.
Qatığı sarımsaqlasaqda yemək olar, sarımsaqlamasaqda.
Aşbaz Abbas aş asmış, asmışsa da, az asmış.
Getdim, gördüm bir dərədə iki kar, kor, kürküyırtıq kirpi var. Dişi kar, kor kürküyırtıq kirpi erkək kar, kor, kürküyırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor kürküyırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin kürkünü yamayır.
Getdim, gördüm bir dərədə yeddi qara, qaşqa, təpəl, səkil keçi var.
Dedim: - Ay yeddi qara, qaşqa, təpəl, səkil keçi, mənim yeddi qara, qaşqa, təpəl, səkil, keçimi gördünmü?
Dedi: - Sənin o yeddi qara, qaşqa, təpəl, səkil keçin mənim yeddi qara, qaşqa, təpəl, səkil keçimin yeddi qara, qaşqa, təpəl, səkil balasıdı.
Ay ağ qılquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü?
Mollanı əmmamələməlimi, əmmamələməməlimi?
Ay axsaq aşpaz Həsən şah, aşpazlar aş bişirir, sən də gəl aş bişir, ay axsaq aşpaz Həsən şah!
Bazarda nə ucuz? Mis ucuz, duz ucuz, kuncut ucuz.
Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan.
Bu mis nə pis mis imiş; bu mis Kaşan misi imiş.
Qovlamalaşsan da qovlamalaşacağam, qovlamalaşmasan da, qovlamalaşacağam.
Küp qulpu, xub küp qulpu.
İndi isə müxtəlif nitq situasiyaları üçün nitqləri tərtib edin: qısa, uzun, emosional, ciddi, elmi, kütlə üçün, fərd, kollektiv, ailə, sevdiyiniz insan və s. üçün; amma bu işi görməzdən əvvəl aşağıda gətirilən nitq nümunələri ilə tanış olun. burada nitqin klassik sxemini tapın: giriş, əsas hissə, nəticə. çalışın, hər bir çıxışınız və yaxud müraciətinizdə həmin sxemdən yaradıcı istifadə edəsiniz.
Dostları ilə paylaş: |