Loqos, etos və pafos kateqoriyalarından düzgün istifadə nitqin bütün üç aspektdin daima nəzarət altında olmasını şərtləndirirdi. Müasir dil ilə desək, ritorika əslində son nəticədə nitqin strukturuna həqiqilik («loqos» kateqoriyası), səmimilik («etos» kateqoriyası) və nitq davranışının relevantlığı («pafos» kateqoriyası) kimi yüksək qiymətləndirilən elmi meyarları daxil edirdi.
Yenidən qeyd edək ki, burada söhbət klassik ritorikadan gedir. O zaman başqa sahələr (məsələn, linqvistika və ya ədəbiyyatşünaslıq) müasir dövrdə olduğu qədər inkişaf etməmişdir. Bu səbəbdən ritorika sistematik elm rolunu oynamağa məcbur olub və nəticədə bütövlükdə bütün «danışıq» prosesini öyrənib: insanın nitqindəki səslərdən tutmuş fikrin müəyyən formaya salması və auditoriyaya çatdırılması kimi hər şey onun tədqiqat sahəsinə daxil idi. Bu mənada ritorika sistematik elm idi, daha doğrusu özündə müxtəlif elmləri birləşdirirdi.
Bu elmlərin sonralar inkişafı «tam» və «məhdud» və ya «ixtisar edilmiş» ritorika variantlarının yaranmasına gətirib çıxardı, yəni onun ayrı-ayrı bölmələri üzrə məsuliyyəti yeni elmi sahələr öz üzərlərinə götürdülər. Ritorikanın tərkibində isə artıq adlarını çəkdiyimiz 5 bölməyə nisbətən daha böyük bölmələr formalaşmağa başladı.
Bu yanaşmaya görə ritorika əsasən aşağıdakı prosesləri:
düşünmə (fikirləşmə) prosesini;
mətnin qurulması prosesini;
onun nitq baxımından reallaşdırılması prosesi;
Daha sxematik şəkildə desək – «materialı» və onun «müəyyən şəklə salınması»nı («formalaşdırılması»nı) öyrənir.
Bu şəkildə «sxematikləşdirmə»ni həyata keçirən ritorika Platonun məşhur aforizminə (aydın düşünən aydın da danışır) uyğun olaraq iki iri bölmə ilə kifayətlənir. Klassik ritorikanın məşhur simalarından olan Siseron və Kvintilianın fikrincə, «vis ingendi və soria dicendi», və ya «sapientia və «eloquentia»nı düşünmək bacarığı və danışmaq bacarığını) fərqləndirmək kifayətdir1.
Məşhur ritorika tədqiqatçısı Lemmerman natiqlik məharətin kamilləşdirilməsi üçün bir neçə məsləhət vermişdir.
Şübhəsiz, bir çox nitqlər və məruzələr çox tələsik hazırlanır. Dönə-dönə biz əmin oluruq ki, bacarıqlı natiqlər çıxışa az hazırlanırlar. Onlar həm peşəliyində, həm də dinləyicilərlə davranmaqda səlahiyyətli, hazırlıqlı və təcrübəlidir, amma özünə səliqə ilə hazırlaşmağa əziyyət vermirlər; güman edəlir ki, yaxşı yalnız möcüzə nitqi yaradır. Belə natiqlər nadir hallarda görkəmli natiq olmağa imkan verən səy və çalışqanlıq göstərirlər. Onların istedadı inkişaf etmir və onlar səriştəsiz qalırlar.
Nitqin hazırlığı üçün əsas tələblərdən biri - Vaxtı ayır!
Hərçənd tarixdə ekspromt deyilmiş və ya çox qısa vaxt ərzində hazırlanmış nitqlər var idi ki, onlar uğurlu alınmış və məqsədlərə çatmış idi, ancaq bu ümumi qayda deyil. 19 noyabr 1863-cü il tarixində Amerika prezidenti Avraam Linkolnun qəbiristanlıqda, vətəndaş müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş nitqi yalnız iki dəqiqə davam edirdi, ancaq amerikalılar indiyə qədər onu xatırlayırlar2.
Nitqin hazırlığı üçün ikinci əsas tələb – sistematik olaraq işlə!
Əgər iş müntəzəm aparılmırsa, xeyli vaxt boş yerə itir. Platonun məktublarında maraqlı bir fikir var: "Yalnız uzun müddət özü qarşısında müxtəlif tərəflərdən predmeti işıqlandıran çırağı hərəkətə gətirərək predmetin biliyini işıqlandırmaq olar".
Bildiyimiz kimi, görkəmli natiqlər intensiv olaraq hər nitq üzərində işləyirlər. Ruzvelt uzun müddət iqtisadi böhranın öhdəsindən gəlməsi haqqında məşhur nitq üzərində işləyirdi. Son variantı o ucadan Ağ evdə bir rəngsaza oxudu və, əgər nədənsə anlaşılmaz olacaqsa, onu kəsməyə xahiş etdi. Bu insan üç yerdə Ruzvelti kəsdi. Prezident həmin fikirləri tez düzəltdi.
Çerçil öz böyük parlament nitqlərini, ayrıca götürülmüş sözə qədər, diqqətlə hazırlayırdı və nitqin mühüm hissələrini əzbərləyirdi. Əlbəttə, bütün siyasətçilər nitqi müstəqil hazırlamır. Ritorik qabiliyyəti olan prezident Kennedi böyük nitqləri öz köməkçisinə (T. Sorensenə) hazırlamağı tapşırırdı. İngilis kraliçası həmçinin öz nitqlərini katibin köməyi ilə hazırlayır, amma onun əri, Edinburq hersoqu, nitqi özü hazırlayır1.
Nitqin hazırlığı yaradıcılıq işidir, o, insana həm sevinc, həm də yaradıcılıq əzabları verir. Yeri gəlmişkən, əzablar haqqında. Edison hesab edirdi ki, ixtira bir faiz ilhamdan və 99 faiz tərdən ibarətdir. Nitqin hazırlığı vaxtı da analoji şəkildə paylanır.
Sistematik işə işin bütün mərhələlərinin hər şeydən əvvəl düşünülmüş ardıcıllığı aiddir.
Hamilton lakonik və səlis düşünürdü və bizə natiqlik sənətinin beş vəsiyyəti qoyub:
demək lazım olduğunu anlamaq;
Qaydaya salmaq: iş görə, və zarafata görə olanları fərqləndirmək
Sözlərə bürümək və heca ilə bəzəmək.
Yaddaşda təsvir etmək.
Xoş və ləyaqətli ifadə etmək.
Lemmermananın fikrincə, nitqin əsaslı hazırlığı özünə on mərhələni daxil edir:
1. Materialın toplanması.
2. Materialın seçilməsi və onun təşkilı.
3. Materialın üzərində düşünülməsi (meditasiya, detalların əlaqələndirilməsi, materialın izah edilməsi.
4. Açar sözlərin ilkin redaksiyası.
5. Əsas hissənin üslubi cəhətdən qaydaya salınması.
6. Girişin və nəticənin dürüst ifade edilməsi.
7. Ümumi nəzarət.
8. Açar sözlərin son redaksiyası.
9. oxumaq və mənimsəmək.
10. Ritorik mənimsəmə (nitqin sınağının keçirilməsi).
Beləliklə, işgüzar insanların əksəriyyəti onu arzu edirlər ki, aydın və inandırıcı danışsınlar. Çoxları əmindirlər ki, onlar yaxşı danışırlar, amma təəccüblənirlər ki, niyə onlara pis qulaq asırlar. Auditoriyanın diqqətini necə cəlb etmək və onu necə saxlamaq olar?
Sizin açıq çıxışınızın müvəffəqiyyəti bir çox hallarda auditoriyaya necə çıxacağınızdan asılıdır. Yaxşı məlumdur ki, birinci təəssürat otuz saniyə ərzində formalaşdırılır. Onun sonra dəyişdirmək daha mürəkkəbdir, nə qədər ki, dərhal əlverişli təəssüratı etmək.
Dərhal sizi auditoriyanıza təqdim edəndən sonra danışmağa başlamayın. Pauza edin, auditoriyaya, dinləyicilərlə ilkin vizual əlaqəni qurmaq üçün üç-dörd saniyə baxın. Açıq çıxışın başlanğıcında tez danışmayın. Yavaş-yavaş və aydın danışmağa başlayın. Zarafatdan başlamaq vacib deyil: buna yalnız təcrübəli natiqin gücü çatar.
Səsin cazibədarlığını və magiyanı qədrini bilin. Təcrübəsi az olan natiqlər səs xarakteristikalara çox vaxt məhəl qoymayırlar: tembr, ucalığı, öz rezonatorlarını necə idarə etməyi bilmirlər. Çıxışların səriştəli ustaları öz səsi haqqında hər şeyi bilirlər, amma yorulmadan onu təkmilləşdirirlər. Çox az adam aktyor bacarığının sirlərindən birini bilir: teatrda hətta ən böyük iş stajı olan aktyorlar hər gün səslə məşğul olurlar.
Ola bilsin ki, siz öz səsinizdən razısınız, amma xatırlamaq lazımdır ki, insan öz səsi başqa cür eşidir, başqalar eşitdiyi kimi yox. Sizin səsiniz informasiyanın ötürülməsinin və təsirin güclü və effektiv aləti ola bilər, amma əgər onu eşitmə üçün monoton və xoşagəlməz etsəniz, o, həm də dinləyici üçün işgəncənin aləti də ola bilər1.
Cəsarətlə demək olar ki, insan səsi – bu yerdir, harada onun şüurlu danışığı və şüursuzu (səsin xarakteristikası) rast gəlinirlər. Dinləyici üçün bəzən bizim nədən danışdığımız yox, bizim bunu necə etməyimiz əhəmiyyətlidir.
Açıq çıxış zamanı diqqəti idarə etmənin qaydaları:
"vizual əlaqə"in qurulması diqqətin cəlb edilməsinin əhəmiyyətli üsuludur. Çoxları onun effektivliyini bilərək bu fənddən istifadə edirlər: onlar auditoriyaya nəzər salır, kiməsə birinə diqqətlə baxırlar və ya auditoriyada bir neçə insanın üzərində diqqətini saxlayırlar. Vizual əlaqənin qurulması istənilən ünsiyyətdə geniş istifadə olunur. Adamın üzünə diqqətlə baxaraq, siz onun diqqətini cəlb edirsiniz. Kiminsə baxışdan daim qaçaraq, siz göstərirsiniz ki, ünsiyyət saxlamağı arzu etmirsiniz. Vizual əlaqə yalnız açıq çıxış vaxtı diqqətin cəlb edilməsi üçün yox, həm də auditoriyanı əldə saxlamaq üçün istifadə olunur.
"səsin artımı" fəndi - diqqətin cəlb edilməsinin ən sadə vasitəsidir. Nitqdə, əlbəttə, söhbət qışqırığa qədər səsin artımından getmir. Bunu yalnız mənəvi-etik yox, həm də taktik mənada yolverilməz saymaq lazımdır, çünki istənilən insanın qışqırığı – onun zəifliyinin və acizliyin əlamətidir. Eyni zamanda cümlənin, frazanın başlanğıcında səsin bir qədər artımı həm diqqəti cəlb edir, həm də tamaşaçıya əlavə təsir göstərir.
"aydınlıq" fəndi. Sizin nitqiniz dəqiq, aydın, məntiqli və aydın olmalıdır. Monotonluq və "donquldama"nı istisna etmək lazımdır. Özünü təbii aparmaq lazımdır, dərs boyu masaya və ya kafedrayə əllərlə soykənib dayanmamaq olmaz. Öskürmədən, sünilikdən çəkinmək, lazımı dərəcədə gülümsəmək lazımdır. Açıq çıxış vaxtı birmənalı təkrar sözlərdən və ya tipik şifahi şablon ifadələrdən də uzaqlzşmaq lazımdır.
"vurğulama" fəndi. Izahat zamanı dinləyicilərin ən vacib anlara diqqətini xüsusi olaraq yönəltmək lazım gəldikdə istifadə olunur. Bu fəndi birbaşa və dolayı vurğulamanın köməyi ilə reallaşdırmaq olar. Düzgün vurğulama belə frazaların istifadəsinin hesabına əldə edilir: "diqqəti yönəltməyi xahiş edirəm", "qeyd etmək vacibdir ki,...", "vurğulamaq lazımdır ki,..." və s. Vasitəli vurğulama diqqəti cəlb etməyə lazım gəldikdə olur, məsələn, əhatə edən fonla ziddiyyət təşkil etmək üçün və avtomatik diqqət cəlb etmək üçün. Bu daha uzun pauza ola bilər, zala ifadəli baxış, hansısa bir xüsusi jest və ya intonasiyanın artımı/enməsi və s.
"ritmin məcburi qəbul etdirməsi" fəndi. Psixoloji tədqiqatlara əsasən, dinləyicilər təxminən çıxışın başlanğıcından 20 dəqiqə sonra yorulurlar. Bundan başqa, insanın diqqəti daim tərəddüd edir. Əgər mühazirəçi öz açıq çıxışı vaxtı auditoriyanın diqqətini saxlamaq üçün vaxtı, xüsusi səy göstərməsə, onda auditoriyada labüd olaraq səs-küy artmağa başlayacaq, dinləyicilər diqqətini başqa nəyəsə keçirəcəklər. Sizin nitqiniz monoton və yorucu olmamalıdır, yoxsa hətta diqqətli dinləyici çətinliklə diqqəti saxlayacaq, o yuxuya meyl edəcək. Açıq çıxışın ən sadə lazımlı ritmini vermək üsulu - səsin və nitqin xarakteristikalarının daimi dəyişilməsidir (gah astadan, gah ucadan, daha sürətli, daha yavaş, daha cəld və s.
"pauzaların vaxtında istifadəsi" fəndi: fikiri fərqləndirir və deyilmişin əhəmiyyətini qiymətləndirməyə imkan yaradır.
Dostları ilə paylaş: |