Problem tədrisi. Tədqiqatçıların gəldiyi qənaətə görə problem tədrisi – tədrisin xüsusi metodları və vasitələri sistemidir. Problem tədrisinin əsasını problem situasiyanın yaradılması və problemin həllinin axtarışının idarə edilməsi hesabına real yaradıcı prosesin modelləşdirilməsi təşkil edir. Bu zaman müəllimin köməyi ilə yeni biliklərin mənimsənilməsi tələbələr tərəfindən müstəqil ixtira kimi baş verir. Bunun üçün iki amilin olması lazımdır: 1. Müəyyən tədris materialında lokallaşdırılan idraki tələbatın yaranması; 2. Müəyyən vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan yeni ümumiləşdirilmiş biliklərin dərindən öyrənilməsi.
Alimlərin qeyd etdikləri kimi, problem tədrisi sisteminə daxildir:
a) şəxsiyyətin yaradıcı fəallığını tələb etməyən informasiya mərhələsi;
b) fəaliyyətin təkrarından ibarət olan məşq mərhələsi;
c) uğurlu icraya nəzarətdən ibarət tədris mərhələsi.
Problem tədrisin üç forması fərqləndirilir:
1. Problemin şərhi, bu zaman müəllim özü problemi irəli sürür və onu həll edir;
2. Birgə tədris, bu zaman müəllim problemi qoyur, onun həlli isə tələbələr ilə birgə əldə edilir;
3. Yaradıcı tədris, bu zaman tələbələr problemi formulə edirlər və onun həllini tapırlar.
Problem situasiyaların modelləşdirilməsi üçün daha optimal material elmin və texnikanın tarixidir.
Dostları ilə paylaş: |