Мцндярижат



Yüklə 4,6 Mb.
səhifə27/67
tarix10.01.2022
ölçüsü4,6 Mb.
#108774
1   ...   23   24   25   26   27   28   29   30   ...   67
Şair də belədir: fikir gəldimi

Ruhunu boşaldıb – deyir qələmə.

Oynaq rübabının söz sehri kimi

Nəğmə deyə-deyə dünya-aləmə,

Cənnət yuxusunda bayılar gedər.1
O, Yaradanın lütfü ilə yaratmaq ehtiyacı hiss edir. O, bu­nu öz alın yazısı, yaradılışının səbəbi, ətrafı üçün nə­zərdə tu­tulan missiyası kimi qəbul edir, onunla doğ­ma­laşır. Ya­rat­maq qüdrəti, yaradıcılıq eşqi bütün digər his­s­lə­ri üstələyir. Məhz o, cavana bütün çətinliklərə sinə gər­mək, maddi zər­bə­lər­dən sınmamaq əzmi verir. O, cavanın qa­rışıq hissləri, dü­şün­­cələri arasında yeganə aydınlıqdır. O, min bir qorxunun, təh­lükənin arasındakı sabitlik­dir, eti­­bardır. O, məhdudiyyətlər ara­sında azadlıqdır. Ən əsası isə, o, özünüifadə və özü­nü­təs­diq­dir. O, dilbilməz cə­miy­yət­lə yeganə ünsiyyət vasitəsidir. Çün­ki Kyerkoqor dediyi ki­mi, «…saf bəşərilikdə qapanıb qal­maq­la, yaxud ümumi ta­rixə heyran qalanın rolunu oynamaqla öz-özünü aldat­ma­ğa dəyərmi?».2 Yaradıcılıq artıq bir ürəyə sığ­mayıb aşıb-daşan hisslərin, düşüncələrin ətrafa saçılmasıdır ki, Şel­linq də onu «hadisə deyil, əməl»3 adlandırır.

Dediyimiz kimi, cavanlar yalnız öz mən-lərindən çı­xış et­sə­lər də, yaz­dıq­ları, çatdırmaq istədikləri bütün bəşəriyyəti eh­ti­va edir. Özünü «zə­ma­nə­nin qəhrəmanı» kimi təsvir edən Ler­montov bunu belə əsaslandırır: «İn­san ru­hunun, hətta ən xır­da bir insan ruhunun tarixi, bü­tün bir xalqın tarixindən çə­tin ki, az maraqlı və xeyirli ol­sun, bu tarix bilavasitə yetkin bir zə­kanın özü üzərində apar­dığı müşahidələrin nəticəsi olduqda, həm də baş­qa­la­rın­da riqqət və təəccüb oyatmamaq arzusu ilə ya­zılmadığı za­man daha maraqlı və xeyirlidir».4 Lakin bu, sı­ra­dan adi bir insanın həyatı, düşündükləri deyil. Söhbət ruhu ila­hi aləmlə vəhdətdə olan, düşündükləri əsrlərdən bəri öz var­lı­­ğını qoruyub saxlayan ideyalar dünyasından qay­naq­la­nan, ta-a qədimdən bu günə uzanıb gələn insanlıq zən­ci­ri­nin bir hal­qası olan insandan gedir.

Əlbəttə, danılmaz faktdır ki, hər şəxsi hisslərin ifa­də­si olan əsər nəinki bə­şəriyyət, heç cəmiyyət üçün də ya­rar­lı ol­ma­ya bilər. Bu gün o qədər ya­ra­dı­cılığa baş vur­maq həvəsində olan cavan var ki, nə­inki şəxsiyyətin for­ma­laşmasına, insanda ila­hi zərrənin daşıyıcısı olan mən-in potensialının düz­gün real­laş­masına xidmət etmir, üs­tə­lik mən-in dağılmasına gətirir. Bə­li, hər yaratdığı ilə ca­va­nın «Mən» adlı sarayının kərpicləri də qurulur. Lakin məq­sədindən, mahiyyətindən asılı olaraq bu saray bir nur mənbəyi də ola bilər, gectəsirli partlayıcı da. Bəs söhbət hansı mən-dən, hansı düşüncədən gedir?

Əvvəla, yalnız öz məhdud maddi çərçivəsində qal­ma­yan və özünün ila­hi mənbəyinə yolu açıq olan, məhz ora­dan qi­da­la­nan mən-in yaratdıqları bə­şəriyyət üçün ola bi­lər, yəni söh­bət qəlbi, ruhu Yaradanın verdikləri üçün bir mə­kana çevrilən ca­vandan gedir. Şellinq deyir: «Rəssam ya­radıcı qüv­və­yə ucal­maq və mənən ona malik olmaq üçün gərək təbiətin məh­su­lun­dan və ya yaratdığından uzaqlaşsın. Bununla o, saf an­lam­lar səltənətinə ucalır; o, məx­luqu tərk edir ki, onu yenidən min qat ölçüdə mə­nim­sə­sin və bu mənada həqiqətən yenidən tə­bi­ə­tə qayıtsın».1 Baş­qa sözlə desək, cavanın özünün ilahi baş­lan­ğı­cını kəşf et­məsi heç də onun öz maddi keyfiyyətlərindən im­ti­na de­mək deyil. Əksinə, hər ikisini vəhdətdə görə bilmək ba­ca­rığıdır.

İkincisi, yalnız cəmiyyətin içindən onun fövqünə qal­xan, yəni düşün­cə­si zahirdən batinə istiqamətlənən bir mən maddi və mənəvini düzgün müqayisə etmək iqti­da­rın­dadır. Bu, mad­di dünyada oturub ilahi aləmdən dəm vur­maq, ya da əksinə, xə­yal dünyasından boylanıb maddi dün­ya üçün utopik plan­lar quran bir mən deyil. Bu, qa­ra­nı da, nuru da olduğu kimi ta­nıyan, yaşayan bir mən-dir. Kyer­keqor yazır: «… şüur, da­xi­li şüur həl­ledici faktordur. Mən-dən söz gedəndə, həmişə həl­ledicidir. O mən-ə ölçü ve­rir. Şüur nə qədər böyükdürsə, mən də bir o qədər bö­yük­dür. Belə ki, şüur nə qədər bö­yü­yür­sə, iradə də bir o qə­dər böyüyür. İradə nə qədər çoxdursa, mən də bir o qə­dər böyükdür. İnsanın iradəsiz mən-i də yox­dur. Lakin ira­də nə qədər çox olarsa, o daha çox özünü dərk edər».2 De­məli, maddi postament nə qədər möhkəm, uca olar­sa, onun üzərində ucalan ideya – abidənin də bir o qədər möh­­təşəm olmaq imkanı var.

Bir sözlə desək, söhbət fəlsəfi təfəkkürə malik olan və bu­nu öz yara­dıcılığında əks etdirən bir mən-dən gedir. Şel­linq de­yir: «Yalnız azadlığın dadına baxan ehtiyac du­ya bilər ki, hər şeyi ona oxşatsın, onu bütün kainata yay­sın. Fəlsəfəyə bu yol­la gəlməyənlər yalnız başqalarının ar­xa­sınca gedir, əməllə­rin­də onları təqlid edir və heç bilmir ki, bu əməllər nədən irəli gə­lib».1 Yada salaq ki, Şellinq mən-i «azadlıq» adlandırır. Belə mə­lum olur ki, məhz fəl­sə­fi təfəkkürə, yəni düşüncənin zir­və­si­nə qalxmaq da, eyni za­manda, min bir yol arasından özü­nə­məx­sus yolu tapmaq da mən-dən keçir.

Əbu Turxanın bildirdiyinə görə, Mütləq Həqiqəti dərk et­məsi üçün Allah insana üç kitab verib: ilahi kitab, tə­biət və in­san özü (əql). Öz mən-inin, eyni zamanda, ru­hu­nun əlaqəli ol­duğu ilahi bir sonsuzluğun kəşfi təbii ola­raq cavan üçün üçüncü mənbənin – təbiətin də qapılarını açır. Onu da əlavə edək ki, biz cavanın ruhunun axtarış əz­mini, yaradıcılıq eşqini və artıq kifayət qədər bir yolu qət edə bilməyini nəzərə alaraq üçüncü mənbəyin qa­pı­la­rının açılmasını təbii hesab edirik.

Cavan öz ruhunun hələ tam maddiyyata qapılma­ma­sı, ilahi aləmə açıq olması sayəsində rahatca hər üç ki­ta­bın oxu­cu­suna çevrilə bilir. Fərqli «dil­lər­də» yazıl­ma­sı­na, hər birinin özü­nəməxsus «sahəsi» olmasına bax­maya­raq, hər üçü eyni mən­bədən «xəbər verir». Güman ki, bu sə­bəbdən cavan özü ilə təbiət arasında bir bənzərlik, doğ­ma­lıq görür və yalnız Ya­ra­dandan de­yil, həm də Onun ya­ratdığından ruhlanır. Axı Əbu Turxanın da bildirdiyi ki­­mi, «Yaradana sevgi Onun ya­rat­dıqlarına sevgidən ke­çir». Təbiət daha səmimidir. Məhz tə­bi­ətlə təkbətək qa­lan­da insan ra­hat­ca özü ola bilir. Əlbəttə, ca­van yenə də hər şeyə məhz öz mən-inin pəncərəsindən baxır və çat­dır­maq is­tədikləri də bu bənzərliklər olur. Bayron yazır:



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin