Мцндярижат



Yüklə 4,6 Mb.
səhifə36/67
tarix10.01.2022
ölçüsü4,6 Mb.
#108774
1   ...   32   33   34   35   36   37   38   39   ...   67
Səlahəddin Xəlilov: İyi ki, siz bu konuya toxunduz. Mən o cür kəskin de­mək istəmirdim. Amma bununla belə mən fərqli düşünürəm. Yəni, siz fərq­ləndirdiniz. Gözəl də fərqləndirdiniz. Yəni, Mövlana sufidir, təsəvvüfə aiddir. Bunlar kəlamçıdılar. İslamın nəzəriyyəçisidirlər. İslamın fəlsəfəsi yox, nəzəriyyəsi. İslamın nəzəriyyəçiləri çox gəlişmiş yazıblar. Böyük­lərin­dən biri də Qəzalidir, haqlısınız. Mən onu heç saymadım fəlsəfəçilərin si­ya­hı­sında. Ona görə ki, təsəvvüf yenə bir balaca gəlir fəlsəfəyə aidiyyəti var, am­ma nəsr yoxdu. Ancaq poetiklik var, ancaq şeiriyyət var, emosionallıq var, ani məqamın tutulması var. Prozaik düşüncə lazımdır, nasiranə dü­şün­cə, yəni roman yazılanda qalın olur və bir hadisə başlayır, təfərrüatları ilə ge­dir, buna davamlı düşüncə lazımdır. Onun əvvəli, ortası, axırı var. Yəni, bir sistemdir. Amma şeir bir emosiyadır, onun sistemi yoxdur. Qəzalinin, ümu­miyyətlə kəlamçıların üstünlüyü odur ki, onlarda bir sistem olub. Ma­lə­səf, bu sistem daha çox təfərrüatlar, detallar, xırda məsələlər üzərində qu­ru­lub. İmam Homeyninin adını çəkdiz. Mən onun bir kitabına baxdım. Bütöv bir kitab yazıb. Su nə zaman mundar, nə zaman təmiz, onunla dəstəmaz al­maq olar, ya yox? Suya bu tökülərsə, bu olar, o olar. Bütöv bir kitab yazıb ba­laca bir detal üzərinə. Bu nəzəriyyə fəlsəfə deyil. İslam dünyasında, mən şər­ti islam sözünü işlədirəm, yəni, bu bölgədə o dövrdə iki əsas fəlsəfi isti­qa­mət olub: biri təsəvvüfdür, o birisi isə peripatetizmdir, yəni, yunan fəl­sə­fə­sindən etkilənən və onu islam fəlsəfəsi ilə sintezindən yaranan, təməlində Fə­rabi duran, İbn Sina duran, Biruni duran, Sührəvərdi duran bir təlimdi. Bunu bütün dünya qəbul eləyibdir. Və Batı filosoflarının çoxusu Fərabidən, İbn Sinadan çox istifadə eləyiblər, bəzən aşkar, bəzən gizlədirlər. Yəni gö­tü­rüb­lər, amma gizlədirlər. İslamçıların, ilahiyyyatçıların isə yazdıqlarının adı­nı fəls­əfə qoysalar da o, fəlsəfə deyil. Mən belə düşünürəm. Yəni sizin öz fikriniz var.
Sual: Türk Dünyasının fəl­sə­fə iş birliyini nasıl görüyorsunuz? İs­tiq­ba­lını, gələcəyini nasıl görüyor­su­nuz? Avropa Birliyinin ortaya çıkmasının arkasında yatan səbəblərdən biri fəl­səfədirmi, acaba? Və Türk Dünyasında fəlsəfənin irəlidə daha iyi bir şək­lə gəlməsində bunların sosial, ekonomik və siyasal birləşməsi söz konusu ola bilirmi?

Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin