Мцндярижат



Yüklə 4,6 Mb.
səhifə37/67
tarix10.01.2022
ölçüsü4,6 Mb.
#108774
1   ...   33   34   35   36   37   38   39   40   ...   67
Səlahəddin Xəlilov: Yəni, Avropa Birliyi deməyək, ümumiyyətlə, çağ­­daş Avropa deyək. Mən bayaq dedim. 20-ci əsrin ortalarından sonra fəl­sə­­fənin etkisi azalıb. Yəni, Avropa Birliyi artıq o vaxt yaranmış fəlsəfədən qay­naqlanaraq ayrıca sosiologiya (19-un axırı, 20-inin əvvəli), ay­rıca politologiya yetişdi, başqa müstəqil sahələr yetişdi, hüquq sistemi ye­tiş­di. Hamısı fəsəfədən çıxdı. Məşhur Kibir misalı var: Kral Lir bü­tün əmlakını qızlarının arasında bölür. Sonra qızlarının heç biri onu yaxın bu­raxmır. Qalır evsiz-eşiksiz. Eləcə də onlar fəlsəfəni artıq qəbul etmirlər. Yə­ni Avropada indi sosioloji var, politoloji var, hüquq var, filan var, filan var. Zatən Tür­ki­yə­ də, müasir Türkiyə də üzünü Batıya tutanların çoxusu bu yol­la ge­dir­lər. Sizdə də sosioloji çox gəlişir, politoloji gəlişir. Konkret kul­tu­roloji-filan da var, amma bütövlükdə təməlli bir fəlsəfə onlardan geri qalır.
Sual: Əfəndim, bu günkü toplantı üçün təşəkkür ediyorum sizlərə. Yalnız şunu bəlirtmək istədim. Türk dövlətləri Orta Asiyadan bu yana gə­lir­kən çox çeşidli kademelər keçirtmişlər. 10-cu əsrdə də islamiyyəti qə­bul et­miş­­lər. Bir zaman arab kültüründə, bir zaman fars kültüründə qalmışlar və da­­ğınıq dövlətlər halində olmuşlar. Bu gün bir türklük fəl­sə­fəsi olamazmı, əfən­­dim? Bir Atatürk fəlsəfəsi olamazmı? Türklər, sa­yı­n professorum, digər pro­fessorlarla ilişkilər qurub bir guzəl türk fəlsəfəsi do­ğuramazlarmı, ya­ra­t­a­maz­larmı? Türk olaraq biz birliyimizi müzafizə et­məliyik. Bu bir Atatürk ilkiləri çərçivəsində də ola bilər. Hələ də Ba­tı­nın təsirində qalıb Kantı ziyadə öyrənməkdənsə türk fəlsəfəsini öyrənək.

Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin