Мцндярижат



Yüklə 4,6 Mb.
səhifə34/67
tarix10.01.2022
ölçüsü4,6 Mb.
#108774
1   ...   30   31   32   33   34   35   36   37   ...   67
Səlahəddin Xəlilov: Mən izninizlə axırdan əvvələ gələcəyəm. Əv­və­la, ərəb dili ilə bağlı bir anlaşılmazlıq olub. Söhbət ərəb fəlsəfi ter­mi­no­loji­sin­dən gedir. Yəni, elə sözlər var ki, kəlmələr var ki, indi siz özünüz də, elə bil ki, o suala cavab verdiniz, ingilis, alman, nə bilim nə olmadan latın kökü olub, həpsi o latın kökündən istifadə eləyir. Bu dəqiqə bütün Avropa xalq­la­rı­n­ın fəlsəfi terminolojisinin təməli ya qədim yunan, ya da latın sözləridir. İn­gilis sözü deyil. Fransız sözü deyil. Onlar da bacarardılar, latın sözlərini atar­dılar, yerinə bir ingilis kəlməsi uydurub qoyardılar. Etmədilər. Yap­ma­dılar. Latın kökünü saxladılar. O da Avropanın birliyini təmin elədi. İndi bir fransız da, bir alman da, bir ingilis də yazıb-oxuyarkən o terminlərin sa­yə­sin­də ortaq bir fəlsəfə yaradırlar. O terminoloji çox mühüm bir şeydir. Bi­zim ortaq terminolojimiz ərəb kəlmələri idi. Söhbət dildən getmir. Da­nı­şıq di­lindən getmir. Terminolojidən gedir. Bu gün Türk Dünyasında, Tür­ki­yə­nin özündə fəlsəfi terminlər bəyəm türk kəlmələridirmi? Onlar gö­tü­rüb bir qismini fransızdan, bir qismini ordan − burdan, o qədər belə həftəbecər, qat­ma­qarışıq bir şey yaranıbdır ki, heç nəyə bənzəmir. Amma biz elə o Fərabinin işlətdiyi terminləri işlədərdik də! Yəni, onların nəyi kötü idi ki. Ter­­minləri mən la­tın­dan alardım. Zatən sonra latınla ərəb arasında oldu. Uzun müddət, yüz illər ərzində, min il, 2 min il boyunca 2 dil olub, 2 fəlsəfi tə­məl, latın təməlli, bir də ərəb təməlli. İndi təzədən onlar latın təməlini qo­ru­yub saxlayıb, biz ərəb tə­məlinindən imtina eləmişik və dolaşığa düş­mü­şük. Bu bir. Mən demirəm ki, ərəb dilini, ərəb yazısını qoruyaq. O mənada demədim. Terminolojisi. Ay­dındırmı?

İkincisi. Deyirsiniz ki, islamdan öncə də bizim fikrimiz var idi və s. Təbii. Türkün düşüncəsi də var idi, yazıları da var idi, olub­dur. Fərqli yazıları da. Yəni, abidələrin bir qismi 7-ci əsrdən öncədir. Bu təbiidir. Amma gəlişməyə təkan ən çox, aparıcı ideya, islam ide­yası olub. Və məhz islam ideyasının sayəsində orta əsrlərdə bütün bu is­lam dünyası irəli ge­dibdir, gəlişibdir və o uğurları qazana bilibdir. Dün­ya­nın böyük bir qis­mi­ni əhatə ediblər. Həm tutaq ki, hərbi cəhətdən ağalıq eləyiblər, sahiblik elə­yiblər, həm kül­tü­rəl cəhətdən − hər cəhətdən. Amma hər han­sı bir sahədə uğur qazanmaq üçün bir dənə aparıcı ideya la­zımdır. Biz ayrı-ayrı kişilərik, hər birimiz fərq­liyik, hərəmizin öz dərd-sərimiz var, amma birləşdirici bir ideya ol­malıdır. Bunu avropalılar da deyir. Yaspersin də belə bir məşhur kəlamı var: «Millətin təməlində ideya dayanır». Vahid, birləşdirici ideya ol­mayan­da, millət ola bilməz. O vaxt islam bir növ həm də milli bir rol oy­na­yır­dı. İntəhası, qatışıq millət kimi bir şey yaranıbdır, sinkretik bir şey olub. Yəni, islamı sadəcə bir din kimi yox, eyni zamanda, bir millət kimi an­la­maq, araşdırmaq mümkündür. Amma sadəcə, təbii ki, millətin ən əsas təməl prinsiplərindən biri dildir. Yəni, dil o dildə ya­ran­mış bütün kültürünün, şeirin, ədəbiyyatın, poeziyanın daşı­yı­cı­sıdır. Ona görə mil­li dövlətin təməlində yenə də dil dayanır. Birinci yox, tu­taq ki, ikinci dil, üçün­cü din, dördüncü dövlət. Çünki birinci − ideyadır. İdeya olmalıdır. Nə isə qurulursa hər hansı bir ideya üzərində qurulmalıdır. Marksın məşhur bir kə­lamı var. O, çox bir kəlamdır. Heç nədən o boyda dünyanın yarısında in­qilablar elə­məlidi­lər ki! O nə idi? O demədi ki, gəlin insanlara, kütlələrə ideya öy­rədək və ya ide­yaya yiyələnək. O dedi ki, ideya kütlələrə yiyələnməlidir. İdeya yi­yə­­lə­nir. İdeya aparıcıdır. İdeya özü bir gücdür, qüvvətdir. Bax, o gücü − qüv­vəti da­şıyan əsas ideyanı, zamanın tələbindən doğan ideyanı tapma­ğı­mız la­zım­dır, zamanın nəbzini tutmağımız lazımdır.



Bu ideya nədir? Biz bu ide­yamızı tapmışıqmı? Orta əsrlərdə o ideya is­lam ideyası idi. Ona görə o bö­yük uğurlar qazandı. Elə ki, 8-ci, 9-cu əsr­lər­dən sonra islamın için­də bir ideyanın bölünməsi getdi, sünni belə, şiə be­lə, sufilər, təriqətlər, fi­lan, filan. Bölünə-bölünə getdi. Gücü də azala-azala get­di. Nə zaman ki bö­lün­məmişdi, bir prinsipi var idi, onda da böyük idi, güc­lü idi, qüdrətli idi, elə­mi?

Pozitivizmlə bağlı. Siz müəyyən mənada haqlısınız. Yəni, onlarda fəl­sə­fi təməl olaraq pozitivizmi saymaq olarmı? Bir o qədər də elə de­yil. Fəl­sə­fə­nin bilimlərdən fərqi ondadır ki, bunun daxili mənəvi gücü var, emo­sional gü­cü var. Bilimdə belə bir güc yoxdur. Bilim ancaq olanı öyrə­nər, nə varsa, onu öyrənər. Yaradıcı güc fəlsəfədən gəlir. Çünki ürək lazımdır ona, sevgi la­zımdır. Əgər bilimə bir sevgi qatmasan, ürək qatmasan bir şey ya­rada bil­məz­sən. Sadəcə bilməklə yarada bilməzsən. Batı bu ikisinin sin­te­zi­ni yarat­dı. Biz bəzən Batıya deyirik ki, belədirlər. Mənim də şeirlərim var, ya­zıram, biz belə, bizdə sevgi, bizdə emosiya, bizdə his­siy­yat, mənəviyyat, fi­lan. On­lar­da isə ancaq bilgi, soyuq ağıl, filan. Şər­ti bölgüdür. Am­ma tək soyuq ağıl de­yil. Onların Şekspiri var, onların Gö­tesi var, onların Hey­nesi var. Bir za­man böyük bir poeziya yaradıblar. O qədər gözəl sev­gi nümunələri ya­ra­dıb­lar ki. Yəni bu ikisinin qatışığından yaranıb. Po­zi­ti­vizm cansızdır, po­zitivizm acaq bilimin fəlsəfəsidir. Amma onlarda ek­zistensializm də var. O canlıdır. O ürəkdir. O hissiyyatdır. O, sənətin fəl­sə­fə­sidir. Onlar hər ikisinin sin­tezindən irəli gedə bildilər. Sintezsiz ümu­miy­yət­lə irəliləyiş yoxdur. Tək bi­limə arxalanıb irəliləmək mümkün deyil. Şərti qı­saca deyirəm. Yəni, bi­zim fəlsəfəmiz də, təbii ki, bir din fəlsəfəsi olaraq həmişə geridə olmuşdur. Amma bizim gücümüz daha çox emosiya tə­rəf­də­dir, hissiyyat tərəfdədir. Amma sizin dediyiniz o bir kəlmə çox simvolik bir kəlmədir. Onu mən izah etmək istəyirəm. Siz deyirsiniz ki, müt­ləq yazı iləmi olmalıdır? Mütləq böyük-böyük kitablarmı yazılmalıdır? Mə­gər bir kəlmə ilə gözəl bir fikri ifa­də etmək mümkün deyilmi? Maləsəf. Maləsəf, bütün Doğunu geridə qo­yan budur. Bütün Doğunu geridə qoyan bu bir kəlmə ilə ifadə olunmuş müd­rik kəlamlardır, hədislərdir, kiçik-kiçik hikmətamiz nümunələrdir. Mən Nyu­tonun bir fikrini demək istəyirəm. O deyir ki, dahiliyin bircə şərti var. O, fikrin sürəkliliyidir, fikrin uzun­lu­ğu­dur. Adam var ki, tez düşünür, tez qav­rayır, yerində deyir, gözəl deyir. Bu şa­ir­likdir. Bu emosionallıqdır, tez reak­siya verməkdir. Bunlar yaxşı. Amma fi­kir sürəkli olmasa, uzun müddət ey­ni bir fikir davam eləməsə böyük nəticələr olmaz. Beyin­də qaynayır, qay­nayır, fikir fikir gətirir və sis­temə çevrilir, sistem yaranır. Böyük bir sistemi ancaq bir kəlmə ilə ifadə elə­mək mümkün deyil. Onun üçün böyük-böyük kitablar lazımdır. Kantın ki­tabları kimi, Hegelin kitabları kimi. Bax, o yox­dur bizdə. O yoxdur. Elə Möv­lananın dediyindən gözəl kim deyə bilər? Am­ma onun dediyi fəlsəfə deyil ki?! Onun dedikləri fəlsəfə deyil. O müd­rik­lik­dir, hikmətdir, gözəl kəlamlardır. Müəyyən bir məqamın düzgün ifadə olun­ma­sıdır. Hissiyyatın düzgün ifadə olunmasıdır. Amma o, sistem deyil. O, top­lum üçün meyar ola bilməz. Toplum üçün necə deyək ki, bir aparıcı yol, xətt, istiqamət ola bilməz. O, bir şəxs üçün qəlb rahatlığı ola bilər. Yo­ru­lan­da biz onu oxuyarıq. Gözəl hissiyyatlar keçirə bilərik, filan. Amma dövlət öz işini qurursa, planlı şəkildə yüz ölçüb bir biçməlidir. O yüz ölçmək üçün qa­lın-qalın kitablar olmalıdır. Hər detal, hər incə məqam orda ölçülüb-bi­çil­mə­lidir. Orda məhz həmin təlimlər, orda məhz həmən pozitivizm detallarına qədər iştirak eləməlidir. Ancaq hissiyyatla, ancaq gözəl ifadələrlə millət inkişaf eləyə bilməz ki! Məncə, kifayətdir.

Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin