Мцндярижат


Ailənin reproduktiv funksiyasında baş verən dəyişikliklərin sosial mahiyyəti



Yüklə 4,15 Mb.
səhifə51/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   ...   47   48   49   50   51   52   53   54   ...   105
Ailənin reproduktiv funksiyasında baş verən dəyişikliklərin sosial mahiyyəti

Ailənin reproduktiv funksiyası bütün digər funksiyaların elementlərini özündə cəmləşdirir. Belə ki, ailə yalnız nəslin kəmiyyət artımında deyil, həm də keyfiyyət artımında iştirak edir. Bu ilk növbədə yeni nəslin elmi-mə­dəni nailiyyətlərə cəlb edilməsi, sağlamlığının qorunması, eləcə də on­lar­da yeni-yeni bioloji anomaliyaların əmələ gəlməsinin qarşısının alın­ma­sın­dan asılıdır. Son dövrlər ailənin reproduktiv funksiyası daha çox diqqəti cəlb edir. “Müasir ailənin neçə övladı olmalıdır?” mövzusunda elmi dairələrdə, qə­zet və jurnallarda sosioloqlar, demoqraflar, psixoloqlar arasında mü­za­ki­rə­lər aparılır. Bu mövzunun aktuallaşmasının bir neçə səbəbi var. Bu səbəblər ma­hiyyət etibarilə mürəkkəb xarakter kəsb edir və qarşılıqlı əlaqəlidirlər. On­lardan yalnız bir neçəsini nəzərdən keçirək.

Əvvəllki dövrlərdə dünyanın əksər ölkələrində çoxuşaqlı ailələr üstün­lük təşkil edirdi. Lakin sonraki dövrlərdə vəziyyət kökündən dəyişdi. Belə ki, Avropada xüsusilə sənayeləşmə və urbanizasiya prosesinin vüsət alması ilə başlayan ailənin reproduktiv funksiyasının azalma tendensiyası, keçən əs­rin ortalarından başlayaraq tədqiqatçıların da diqqətini özünə cəlb edən və ümumbəşəri əhəmiyyət kəsb edən sosial bir problemə çevrildi. Ötən əsrin 60-cı illərinin sonundan başlayaraq dünyada təkuşaqlı ailələrin sayı artmağa baş­ladı. (1, 55)

Çox sayda uşaqların dünyaya gəlməsi tədricən öz iqtisadi dəyərini itirirdi. Uşaqların sosiallaşma (cəmiyyətə uyğunlaşma) müddətinin uzadıl­ma­sı və uşağın sosial rolunun dəyişməsi övladların valideynlərdən iqtisadi ası­lılığını artırdı və reproduktiv davranışı – ilk növbədə coxuşaqlığın iqtisadi və sosial dayaqlarını zəiflətdi.

Müsair dövrdə xüsusilə əksər qərb ölkələrində ailələrin çoxunun ya bir uşa­ğı var, ya da heç yoxdur. İki və üçuşaqlı ailələrin sayı isə önəmli ölçüdə az­a­lıb. Demoqraflar və sosioloqlar şəhər həyat tərzini bu vəziyyətin səbəb­lə­rindən biri olaraq göstərirlər. (2, 79) Belə ki, təxminən bir əsr əvvəl dünyada on ailədən səkkizi kənd yerlərində yaşadığı halda, indi isə bir çox inkişaf et­­miş ölkə əhalisinin üçdə iki hissəsi şəhərlərdə yaşayır. Bu baxımdan əha­li­nin mədəni səviyyəsinin artması və yaşayış vəziyyətinin yaxşılaşmasına paralel olaraq ailədə uşaqların sayı sürətlə azalmağa başlamışdır.

Ailədaxili münasibətlərdə, o cümlədən uşağa qarşı münasibətdə də də­yi­şik­­lik meyilləri özünü büruzə verir. Gəlir səviyyəsi heç də aşağı olmayan va­li­deynlər də bir uşaqla kifayətlənirlər. İki, əsasən də üçuşaqlı ailələrə çox na­dir hallarda rast gəlmək olar. Ancaq bunun əvəzində həmin tək övladı hər şey­lə təmin etməyə, ona hərtərəfli təhsil almasına imkan yaratmaya ça­lı­şır­lar. Qadınların iqtisadi məşğulluğu, insanların mədəni inkişaf səviyyələri də göstərilən səbəblərin cərgəsinə daxildir.

Bu proseslərə paralel olaraq ailədə uşağa verilən dəyərin mahiyyətində də məzmun dəyişikliyi baş vermişdir. Belə ki, iqtisadiyyatın əsasını kənd tə­sər­rüfatının təşkil etdiyi dövrlərdə ailədə dünyaya göz açan hər bir uşaq ye­ni bir işçi qüvvəsi kimi qəbul olunuraq iqtisadi bir dəyərə sahib idisə, müasir dövrdə ailədə uşaqlar daha çox valideynlərin onlara uzun illər baxmaq məc­­buriyyətində olduğu, onlara hər tərəfli qayğı göstərdikləri və onların var­lığından mənəvi zövq aldıqları bir növ psixoloji dəyərə çevrilmişdir. (3, 2)

Amerikalı sosioloq U.Qud özünün «Dünya inqilabı və ailə növləri» ad­lı kitabında müasir ailəni «konyuqal», yəni ailə təsərrüfatının ər-arvad və uşaq­larla məhdudlaşan, qohumluq və valideynlik əlaqələrinin zəiflədiyi ev­li­lik forması kimi təqdim edir. Belə ailə nikahla gənc ailənin yaşayış yerində se­çim haqqını şəxsi istəyə bağlayır, ailənin kiçik üzvləri tərəfindən özünə­məx­susluq, əxlaqi, cinsi, yaş mənsubiyyəti ilə müqayisədə fərdilik üstünlük təş­kil edir. (4, 62)

Statistik məlumatlar və sosial tədqiqatlar konyuqal ailədə aşağıdakı meyil və dəyişiklikləri qeyd edir:

– kütləvi şəkildə ailələrin kiçilməsi, 3 nəsildən ibarət ailələrin azal­ması, övladlarından qayğı görməyən qocaların artması.

– nikaha daxil olanların sayının aşağı düşməsi, nikahsız evliliklərin və bu­nun nəticəsində qeyri-qanuni dünyaya gələn uşaqların artması, tək yaşa­yan anaların çoxalması, parçalanmış tək valideyn (ana və ya ata) və uşaq­lar­dan ibarət natamam ailələrin artması, kişilərin və azsayda qadınların tək­rar evliliyi, valideynlərdən birinin doğma olmayan uşağı tərbiyə etdiyi ai­lə­lər, qarışıq tipli – yəni həm təkrar nikahdan, həmdə əvvəlki evliliklərdən ər və arvadın ayrılıqda övladlarının olduğu ailələr.

– kütləvi azuşaqlı və bir uşaqlı ailələr, ailədə 1-2 uşağa tələbatın artması.

Tədqiqatçıların əksəriyyəti ailə bağlarında olan dəyişikliyi “ənənəvi” ailədən “müasir” ailəyə natamam keçidin nəticəsi hesab edir. Bir cox alimlər bu dəyişikliyin səbəbini sadəcə ailənin institut olaraq böhranında deyil, bü­töv­lükdə cəmiyyətin böhranında görürlər.

Mütəxəssislər bu prosesdə qadın emansipasiyası və gender bərabərliyi ki­mi amillərin də təsirli olduğunu qeyd edirlər. Robert Bosch Fondu tərə­fin­dən 20- 49 yaşlarında olan 5500 respondent arasında aparılan sosioloji təd­qi­­qatın nəticəsinə görə, Almaniyada hər yeddi qadından biri uşaqsız qal­ma­ğa üs­tünlük verir. Bu seçimin arxasında təhsil sisteminin dayandığı gö­rüşün­də olan Robert Bosch Fondunun meneceri İnqrid Hamm, təhsil il­lə­ri­nin və uğur­lu karyera qurmağın çox uzun illər tələb etdiyini söyləyərək, bu sə­­bəb­dən ötrü gənc qadınların yorulduğunu qeyd edir. Lakin övlad sahibi ol­maq is­təməyən yalnızca qadınlar deyil. Belə ki, bu tədqiqatın nəticəsinə gö­rə Al­maniyada hər dörd kişidən birinin də övlad sahibi olmaq istəmədiyi aşkara çıx­mışdır. Bunu da İnqrid Hamm kişilərin “məsuliyyət daşımaqdan qaç­ma­la­rı” fak­toruna bağlı olaraq izah edir. Bir başqa səbəb kimi də Alman cə­miy­yə­­tində getdikcə aktuallaşan gələcəyə qarşı inamsızlıq faktorunun dur­du­ğunu gös­tərir. Burada boşanma faktının yüksək olmasını da nəzərdən qa­çır­ma­maq la­zımdır. (5)

Bəzi demoqraf və sosioloqlar isə doğum səviyyəsinin aşağı düş­mə­si­nin səbəbini uşaq ölümləri ilə əlaqələndirirlər. Belə ki, əvvəllər uşaq ölüm­ləri çox müşahidə edilirdi. Bu da yüksək doğumla müvazinətləşdirilirdi. Əl­bət­tə, va­lideynlər bunu başa düşmürdülər. Uşaq ölümünə bəzən adi hal ki­mi ya­­naşırdılar: "Allah verdi, Özü də aldı. O, yenə verər..." Valideynlər he­sab edir­­dilər ki, uşaqların sayı 5-7 olmalıdı, indi isə 2-3 kifayətdir. De­mə­li, uşaq ölü­­münün sayının kəskin azalmasının ardınca doğum faizləri də aşa­ğı düş­məyə başladı.

Göstərilən səbəblər bir-biri ilə sıx əlaqədədirlər, bir-birini tamam­la­yır­lar və birləşərək doğum səviyyəsinin aşağı düşməsinə səbəb olan vahid bir kompleks meydana gətirirlər. Doğum səviyyəsinin azalmasına paralel olaraq ailə strukturunda da dəyişikliklər özünü büruzə verir. Ailə əsasən iki nə­sil­dən ibarət olur: uşaqlar və valideynlər.Günümüzdə üç-dörd nəsildən ibarət olan ailələrə çox az təsadüf olunur.

Demoqrafların fikrincə nəsil artırmaq üçün iki uşaq azdır. Bunun baş­lı­ca səbəbi kimi hər qadının ana, hər kişinin də ata olmadığını göstərmək olar. Hesablamalara görə ikiuşaqlı ailələr təqribən otuz ildən sonra öz sa­yı­nın üçdə birini itirir. Eyni zamanda bir faktoru da diqqətdən kənar saxlamaq ol­maz ki, cəmiyyət sadəcə nəslin davam etdirilməsində deyil, həm də ar­tı­rıl­ma­sında maraqlıdı. Deməli üçuşaqlı ailələr yarıdan çox olmalıdır. Ancaq gənc valideynlərin fikirləri daha fərqlidir. Bu fikirlər cəmiyyət, ailə və şəx­sin birgə cəhdləri sayəsində dəyişdirilə bilər. Burda bir-birini tamamlayan iqtisadi, hüquqi, pedoqoji və psixoloji tədbirlər görmək vacibdir.

Təbiətin qanunu olan nəsil artırma insanlarda valideyn olma, uşaq bö­yüt­mə və tərbiyə etmə istəyinə çevrilir. Bu istəyi qarşılamadan insan özünü xoş­bəxt hiss etmir. Bu da təsadüfi deyil. Əgər izdivac insanlarda yeni-yeni his­slər, yeni güc oyadırsa, övladın olması valideynlərin simasını tamamilə də­­­yişdirir. Onlarda valideyn sevgisi yaranır və bununla əlaqəli olan bütün his­slər inkişaf edir.O hisslər ki, ancaq övladın doğulması ilə yarana bilir: q­a­dın­larda analıq, kişilərdə isə atalıq.

Digər tərəfdən doğum əmsalının aşağı düşməsi bugün bir çox Avropa ölkələrinin demoqrafik problemlərlə üzləşməsinə gətirib çıxarır. Belə ki, do­ğum səviyyəsinin azalması nəticəsində bu ölkələrdə özünü büruzə verən sü­rət­li qocalma prosesi həm iqtisadi, həm hərbi, həm də strateji baxımdan öl­kə­nin geriləməsinə və əlavə problemlərin meydana gəlməsinə səbəb olur. Bu ölkələrin əksəriyyətində doğum səviyyəsiniı artırmaq üçün dövlət sə­viy­yə­sində müxtəlif tədbirlər həyata keçirilir. Rusiya mətbuatının yazdığına gö­rə, ildən-ilə ailə quran gənclərin (deməli, gənc ailələrin) sayı azalaraq son 5 il­də 1,7 dəfə azalıb. Üstəlik, gənc ailələrdə doğum faizinin kəskin azalması, bo­şanmaların artması Rusiyada əhalinin qocalma meyilinin sürətlənməsinə doğ­ru aparır. Rusiyada doğum səviyyəsini artırmaq məqsədilə gənc ailələrdə bi­rinci uşaq dünyaya gəldikdə birdəfəlik 15000 rubl məbləğində yardım gös­tərilir, uşağın doğulmasından tutmuş sonrakı dövrlərdə də bütün tibbi xərc­lər dövlət hesabına həyata keçirilir. Bəzi regionlarda isə 3 və 4 uşağı olan ailələrə (həmçinin ekiz uşaqlara da) növbədənkənar mənzil verilir. Mad­di tədbirlərlə yanaşı mənəvi həvəsləndirici amillərdən də istifadə olu­nur. Misal üçün bəzi qərb ölkələrində ən zəngin ailələrdə belə 3 və daha ar­tıq uşaq elitaya mənsubluq əlaməti sayılır. Çünki məntiq etibarilə, 25-30 il­dən sonra ölkə əhalisinin sayının indikindən az olmaması üçün ailədə uşaq­la­rın sayı valideynlərin sayından az olmamalıdır.Hətta çox olması daha məq­sədəuyğundur. Çünki çox zaman iki övlad müəyyən səbəblərdən vali­deyn­lərini təkrarlamır.Ümumiyyətlə ikiuşaqlı ailələrdən ibarət 1000 nəfərlik bir nəsil 25-30 ildən sonra öz sayının üçdə bir hissəsini itirir və misal üçün statistikaya əsasən Rusiya əhalisinin sayının bərpası üçün ailələrin təxminən 50%-i üç uşaqlı olmalıdır. Lakin bütün bu tədbirlərə baxmayaraq ailədə uşaq­ların sayının azalması bir çox ölkələr üçün vacib problem kimi qal­maq­da davam edir.


Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin