Мцндярижат



Yüklə 4,15 Mb.
səhifə2/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   2   3   4   5   6   7   8   9   ...   105
Рамиз МЕЩДИЙЕВ

АФСЕА-нын президенти,

Редаксийа Шурасынын сядри, академик


Aida İmanquliyeva – 70




Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şə­hə­­rin­də ziyalı ailəsində anadan ol­muş­­dur. Ata­­sı görkəmli jurnalist, pe­da­qoq, əmək­dar elm xadimi Nəsir İma­n­qu­liyev Azər­bay­­can mət­buatı­nın bü­növ­­rəsini qoyan­lar­­dan biri ol­muş, uzun müddət "Bakı" və "Ba­ku" qə­zet­lə­rinin baş redaktoru i­ş­­­­­lə­­mişdir. Ana­sı Gövhər İman­qu­li­ye­va (Sul­­tanzadə) Şamaxıda əsilzadə ai­lə­sin­də anadan olmuşdur. Aida İman­quliyeva 1957-ci ildə Bakı şəhərinin 132 saylı or­ta məktəbini qızıl me­dal­la bitir­miş, həmin ildə Azərbaycan Dövlət Uni­ver­si­te­tinə daxil ol­­­muş, 1962-ci ildə universitetin şərq­şünaslıq fakültəsinin ərəb filo­lo­gi­ya­­sı böl­məsini bitmirdir. Sonra həmin universitetin Yaxın Şərq xalq­ları ədə­biy­­yatı tarixi kafedrasının aspirantı olmuş, daha sonra SSRİ EA Asi­ya xalqları înstitutunun aspiranturasında təhsil almışdır.

1966-cı ildə namizədlik dissertasiyası müdafiə edən Aida İman­qu­li­ye­va Azərbaycan EA Şərqşünaslıq institutunda işə başlamışdır. 1973-cü ildən baş elmi işçi, 1976-cı il­dən ərəb filo­logiyası söbəsinin müdiri, 1988-ci ildən el­mi işlər üzrə direktor muavini və 1991-ci ildən öm­rü­nün sonunadək Azər­baycan EA Şərqşünashq İnstitutunun direktoru və­zifələrində çalışmışdır.

Aida xanım İmanquliyeva 1989-cu ildə Tbilisi şəhərində müvəffə­qiy­yət­lə doktorluq dissertasiyası müdafiə etmiş, ilk azərbaycanlı qadın-ərəb­şünas elmler doktoru olmuş bu ixtisas üzrə professor adı almışdır.

3 monoqrafıya ("Mixail Nüaymə və "Qələmlər birliyi", M.,1975; "Cüb­­ran Xəlil Cübran" B., 1975; "Yeni ərəb ədəbiyyatı korifeyləri", B., 1991) və 70-dən artıq elmi məqalənin mü­əllifi olan A.N.İmanquliyeva Şərq filologiyası sahəsində yazıl­mış bir çox elmi əsərlərin redaktoru olmuşdur. Azər­­baycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Af­ri­ka xarici ölkələri ədəbiyyatları" ixtisası üzrə müdafiə şurasının sədri olmuşdur.

Prof. A.N.İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə ya­xın və uzaq xarici ölkələrdə (Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Ham­burq, Halle və s.) təmsil etmişdir.

Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəb­şü­nas kadrların hazırlanmasını diqqət mərkəzində saxlamışdır. Onun rəh­bər­lik etdiyi "ərəb fılologiyası" söbəsində qısa müddətdə 10-dan artıq na­mi­zəd­lik dissertasiyası müdafiə edilmişdir.

Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət He­yətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şu­ra­sının və Yazıcılar Birliyinin üzvü olmuş­dur.

O, uzun illər pedaqoji fəaliyyətlə səmərəli məşgul olmuş, ADU-da ərəb fılologiyası fənnindən mühazirələr oxumuşdur.

Aida İmanquliyeva 1992-ci il sentyabrın 19-da əbədiyyətə qovuş­muş­dur.



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin