Мцндярижат



Yüklə 4,15 Mb.
səhifə4/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
1   2   3   4   5   6   7   8   9   ...   105
Əttara salam olsun, müşk ətirli sözlərilə

Nəğmə deyən quşların vəziri.

Ərəbiyə salam olsun, Həqiqətin dilinə,

Peyğəmbərin həqiqətdə gözünə.2
Göründüyü kimi, Reyhani İslam dünyasının böyük mütəfək­kir­lə­rin­dən biri məşhur sufi şairi İbn Ərəbini Həqiqətin dili hesab edir və Pey­ğəmbər dedikdə Cübran kimi, o da Məhəmməd Mustafanı nəzərdə tutur. Onun ingilis dilində yazdığı şeirlərinin çoxunda tanrıdan bəhs olunarkən “God” yox, məhz “Allah” sözü işlənir ki, bu da İslam dininə bağlılıqdan irəli gəlir.
Allah rəhmandır, Allah mehribandır,

Onun qəlbi yerin göz yaşlarında qorunub saxlanır.1
Digər misralarında işlətdiyi “Allah rəhmandır, Allah mehribandır”, “Al­lah rəhimdir, Allah şəfqətlidir”, “Allah görəndir, Allah müdrikdir” ifa­də­­ləri birbaşa Qurandan götürülmüşdür.

Mənşəcə xristian olmasına baxmayaraq, özünü dərk etdikcə, is­la­mi dəyərlər onun yaradıcılığının əsas motivinə çevrilir.

O, Qərb sivilizasiyasına alter­na­tiv olaraq klassik Şərqə qayıdış ide­ya­sını irəli sürəndə məhz İslam mədə­niy­yətinin ilk dövrünü nəzərdə tutur.

Bununla belə, Reyhaninin ədəbi ir­si ancaq İslam mədəniyyəti və hət­ta bü­tövlükdə Şərq dəyərləri ilə məh­dud­laşdırıla bilməz. Burada Qərb roman­tik poeziyasının böyük tə­si­ri də mütləq nəzərə alınmalıdır.

Qərbin elm və mədəniyyətinə yiyələndikdən sonra geriyə – və­tə­nə qa­yıt­maq və qalxdıqları yeni səviyyənin imkanlarından öz xalqı üçün istifadə etmək, Şərqi düçar olduğu xəstəliklərdən müalicə etmək tə­şəbbüsləri Rey­ha­ninin əsərlərində də öz əksini tapmışdır. O. Öz hə­ya­tı ilə bir nümunə ol­maq­dan başqa, Şərq adamı üçün Qərbə mü­na­si­bə­tin ideya əsaslarını ­da müəyyən et­miş, öz elmi-fəlsəfi və bədii ya­ra­dı­cılığında bu problemləri açmağa çalışmışdır.

Reyhaninin tədqiqatçılarından Naci Oucan onu Bayronla mü­qa­yi­sə edərək yazır: “Xalidin Şərqdən Qərbə ziyarəti və geriyə Şərqə qa­yıt­ması ilə, Çayld Haroldun Qərbdən Şərqə ziyarəti və geriyə Qərbə qa­­yıtması arasında bir çox yöndən paralelliklər var. Hər ikisi də tipik ro­­mantik məsələlərdir ki, özünü liberallaşdırma və özünü uni­ver­sal­laş­dı­r­ma məqsədini daşıyır”.2 Bu­ra­da heç də zahiri bənzəyişdən söhbət get­mir. Söhbət heç də bir mədə­niy­­yət nümayəndəsinin başqa bir mə­­də­niy­yət məkanına keçib geri qa­yıt­­ma­sın­dan getmir. Özünü axtaran in­­­san öz yaşadığı maddi və ictimai mü­hit­də özünü tapa bilməyən insan bu hüdudları keçməyə çalışır. Və ancaq bu zaman öz da­­xili mənəvi po­ten­sialının gücü ilə ənənə divarlarını aşır. Coğrafi mənada sər­hədlərin ke­çilməsi, başqa bir sivilizasiyanın bər­qərar olduğu məmləkətə sə­fər et­mək burada əslində simvolik sə­ciy­yə daşıyır. Düzdür, həm Bay­ro­nun, həm də Reyhaninin qəhrəmanı ha­di­sələr dünyasında da yerlərini də­yişirlər. Bu, özünü öz muhitinin föv­qün­də tapmaq təşəbbüsüdür. Bax, buna görə də qəhrəmanların hərəkət isti­qamətləri bir-birinə tam əks olsa da, hərəkətin motivi eynidir və eyni mahiyyətin açılışına xid­mət edir.

Əmin ər-Reyhaninin “Xalidin kitabı” əsərinin Bayronun Çayld Ha­­rold əsəri ilə müqayisəsi romantik vüsət baxımından, habelə mü­əy­yən ideya paralelləri olması baxımından məqbul sayıla bilsə də, Çayld Ha­rold hər hal­da Qərb yaradıcılıq ənənəsinin məhsuludur. “Xalidin ki­ta­bı” isə ictimai hə­yat hadisələrinin təsvirindən çıxan bir dramatizmi de­­yil, insan düşün­cə­si­nin da­xili dra­ma­tizmini ifadə edir. Yəni əslində, dün­­yanı seyr edən in­sa­nın dü­şün­­cə­ləri ic­timai həyatdan in­tixab edil­sə də, bu həyatın özü arxa plan­da qa­lır, önə çıxan isə onun in­ter­pre­ta­si­ya­sı və hətta xeyli dərəcədə mü­cər­rəd və ümu­mi fikirlər səviyyəsindəki in­terpretasiyasıdır. Burada müxtəlif xa­rak­ter­li, müxtəlif düşüncəli və fərq­­li həyat tərzləri və məqsədləri olan insanlar ara­sın­dakı münasibət yox, bir şəxsin baş verən hadisələrə, həyata, dünyaya mü­na­sibəti tə­cəs­süm olunur. Başqa sözlə desək, mü­əl­li­fin ideyası poliloq və ya di­aloq şək­lin­də deyil, monoloq şəklində açılır. Bu üsluba biz Qərb ya­zı­çı­la­rın­­dan da­ha çox məhz şərqlilərin yaradı­cı­lı­ğında rast gəlirik. Ə. Rey­ha­ninin dos­­tu və həmkarı C.X.Cübranın “Pe­y­­ğəmbər”i də bir şəxsin dü­­­şün­cə­ləri – mo­noloq üslubunda qurul­muş­­dur. Maraqlıdır ki, Azər­bay­can ədə­biy­yatın­da öz janrına və üs­­lu­bu­na görə, unikal əsər kimi gö­­rü­nən “Azər” (Hü­seyn Ca­vid) po­e­ması da bu qəbildəndir. Əsərin qəh­­­­­rə­ma­nı, əs­lin­­də iri həcm­li bu po­e­ma­­nın ye­­­ga­nə fəal obrazı və sub­yek­ti olan Azə­rin bütün fəaliyyəti də dü­şün­­­­cə­­lər­­dən mülahizələrdən iba­­rət­dir. Belə qəhrəmanlar nəzəri­miz­də is­­tər-is­­tə­məz müəllifin öz ob­ra­zı ki­mi canlanır. Cəmiyyət ancaq bir tab­lo ki­mi nə­zər­dən keçirilir, bir kitab ki­mi vərəqlənir və biz hər bir səhifədə mü­əl­li­fin hökmlərini eşidirik.

Aida İmanquliyeva yeni ərəb ədəbiyyatı korifeylərinin nü­mu­nə­sin­də romantik poeziyanın və hətta inqilabi düşüncənin geniş təhlilini verir ki, bu təhlil həmin dövrdəki Azərbaycan ədəbiyyatının meto­do­loji baxımdan düzgün dəyər­lən­di­ril­məsi üçün də çox qiymətlidir. Ən baş­lıcası isə odur ki, Aida xanım mü­vafiq problematika ilə əlaqədar Qərb mütəfəkkir-şairlərinin dünya­gö­rü­şünü, baxışlarını tədqiqata daxil etməklə Qərbin ictimai və kul­tu­ro­lo­ji təcrübəsini nəzərə almağa imkan ve­rir. Aida xanın sadəcə təhlil et­mir, o, Şərqi fitrən duyduğuna görə, Qərb romantik ədəbiyyatında dü­şün­cədən deyil, ruhdan, könüldən gə­lən məqamları, Qərbin ədəbi-bədii gerçəkliyində iz qoymuş Şərq mo­tiv­lərini asanlıqla ayırd edir.

Aida xanımın timsalında Şərq ruhu yenidən Qərbin fikir dün­yasına səyahət edir.
Əmin ər-Reyhani üçün Şərqdən Qərbə, yaxud Qərbdən Şərqə getmək eyni bir ideala – vəhdətə aparan iki fərqli yoldur. Şərq və Qərb bölgüsü isə coğrafi mənadan daha çox, insanın öz daxili aləmindəki fərqli bölgələr mə­na­sında işlədilir. Şərqin simvolu kimi ruh, Qərbin simvolu kimi ağıl gö­tü­rü­lür. “Əsl lider və xilaskar o kəsdir ki, onda Şər­qin ruhu və Qərbin ağlı var.”1 Bu­rada XX əsrin əvvəllərində yazıb-ya­ratmış başqa bir Şərq dahisinin – Cə­fər Cabbarlının obrazlı sözlərini xatırlamamaq mümkün deyil: “Beyni ki­tab ara­sında Parisdən, ürəyi isə mizraq ucunda Altay dağlarından alın­mış­dır”.2 Məqsəd fikir ilə duy­ğu­nun vəhdətinə nail olmaqdır. Əmin ər-Reyhani vəh­dət ide­ya­sın­dan çı­xış etməklə yanaşı, Şərq və Qərbin mahiyyətlərini də fərqlən­dir­mə­yə çalışır. Bununla yanaşı, şair sivilizasiyalar bölgüsünü başqa rakursda da aparır və ona maddiyyatla mənəviyyatın qarşılaşdırılması kimi də baxır: “Mən iki dünyanın vətəndaşıyam... Bəli, mən eyni dərəcədə həm maddi olana, həm ruhi-mənəvi olana tapınmışam”.3

“Cəmiyyətin mənəvi həyatı və maddiyyat” problemləri XX əsrin əv­vəl­lərində Azərbaycan ədəbiyyatında da ən aktual mövzulardan idi. Ola bil­sin ki, insanın mənəvi kamilliyi və maddi mühit arasındakı qarşılıqlı əlaqə mə­sələləri heç də həmişə bu iki tərəfin qütbləşməsi və müəyyən məqamda Şərq-Qərb dilemması şəklində üzə çıxmırdı, lakin insanın, onun daxili alə­mi­­nin önə çəkilməsi və xilas yolunun məhz vic­danda, mənəviyyatda ax­ta­rıl­ma­sı kimi ənənəvi Şərq mövqeyi üs­tün­lük təşkil edirdi. Hüseyn Cavidin bü­tün yaradıcılığı boyu əsas ideya ki­­mi keçən həqiqət və güc qarşıdurması əs­lin­­də həm də mənəviyyat və mad­­diyyatın qarşılaşdırılmasıdır. Əmin ər-Rey­ha­ni bu fərqi, bu qar­şı­du­r­manı xalqlar və sivilizasiyalar müs­tə­visinə keçirir və vicdana, haq­qa, əda­lə­t­ə söykənən bir xalq, bir mil­lət və hət­ta bir si­vi­li­za­si­­yanın, gü­cə, zo­ra söy­kənən xalq, millət və sivi­li­za­si­ya ilə rəqabətdə aqi­bə­tini də­yər­lən­dir­məyə çalışır.

“Kim güclüdürsə, o haqlıdır” fəl­­­­sə­fəsinə qarşı çıxan və “kim haq­lı­dır­sa, o güclüdür” mövqeyinin tənt­ə­nə­­­sinə üfüqdə bir ideal kimi ba­xan H.Ca­vid kimi, Əmin ər-Reyhani də güc­­lülərin bu cismani dünyada, ha­­di­sə­lər dün­yasında üstün olmaq şans­la­rı­nı aldadıcı və müvəqqəti bir üs­tün­lük kimi də­­yərləndirir. Gücə ar­xa­lananların zahiri qələbəsi əs­lin­də bir dünyagörüşü mə­sələsidir: “Zəif və əzilən millətlər əsasən spi­ri­tu­al­dır­lar (ruhani); güclü xalqlar, əksər vaxt, ən çox materialistdirlər. Bi­ri di­ni idealları əziz tutur, bəzi ruhi-mə­nəvi yüksəkliklərə qalxır və in­di və sonra öz həvəssizliyinə və tən­bəl­liyinə haqq qazandırmaq üçün bir ka­hin yaradır; o birisi isə maddi şeyləri araşdıraraq yerin xə­zi­nə­lə­ri­ni əl­də etmək üçün yeri deşir, dərinə gedir və o vaxta qədər dərinə ge­dir ki, onun dinamik qüvvələri nüfuz edilə bilməyən bir qısırlığa ça­tır və ani, dəhşətli bir reaksiyada part­la­yır. Belə bir xalqın hə­ya­tı ruhun xəstə bir halının əlamətidir.”1

Maləsəf, haqlılar əzilirlər. Reyhani də həmin bu həyatın acı ger­çək­lə­ri­ni görür. Və bunu görə-görə, yenə də üstünlüyü haqqa, ruha, in­sa­nın ru­ha­ni xislətinə verir: “Lakin ruhu olmayan bir millət asket bir mil­lətdən daha qor­xunc, daha iyrəncdir”.2 Bu fikri düzgün anlamaq üçün əzilənin zavallı ol­ma­sının, əzənin isə iyrəncliyinin şərin müxtəlif tər­tibli təzahürləri kimi də­yər­ləndirildiyini nəzərə almaq lazımdır. Yə­ni əzilmək və zavallılıq kimə isə haqq qazandıra bilməz; zəhmət çəkib güc­lü olmaq lazımdır.

Gücə nifrət etmək, ondan qaç­maq yox, onu mənimsəmək, ona yi­yə­lən­mək lazımdır. Əzənlərin arxa­lan­dı­ğı gücə qar­şı meydana daha bö­yük bir güc çıxarılmalıdır. Həyatın qa­­ran­­lıq­la­rı­nı, problemlərini ancaq təs­vir edə bi­lən realist­lər­dən fərqli olaraq Ca­vid bu qaran­lıq­lara işıq salmağın yol­­la­rı­­nı arayır. İşıq bulmaq üçün isə mü­­hitin zaman-mə­kan kon­tiniu­mu­nu ge­­niş­lən­dir­mək, onun fövqünə qalx­­maq, zamanı keçmişə və gələcəyə doğ­­ru uzat­maq (ekstra­pol­ya­siya) la­zım gəlir.

Yaxud da məkanı... Cavidin qəhrəmanı Azər də ərəb mühacirləri Cüb­ran və Reyhani kimi Qərbə səyahət edir və burada hər şeyin gücə, qüvvətə ta­pındığının şahidi olur.

Azərin Berlin təəssüratı:


Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin