Мцндярижат



Yüklə 4,15 Mb.
səhifə1/105
tarix10.01.2022
ölçüsü4,15 Mb.
#110698
  1   2   3   4   5   6   7   8   9   ...   105

Редаксийа Шурасындан

AZƏRBAYCAN FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ ELMLƏR ASSOSİASİYASI

(A F S E A)



FƏLSƏFƏ



sosial-siyasi elmlər


elmi-nəzəri jurnal



PHILOSOPHY and

SOCIAL-

POLITICAL

SCIENCES

ФИЛОСОФИЯ
и
СОЦИАЛЬНО-ПОЛИТИЧЕСКИЕ
НАУКИ



Bakı - 2009




Redaksiya Şurası:

Akademik Ramiz Mehdiyev (red. şurasının sədri),
akademik Fuad Qasımzadə, prof. Anna-Tereza Timineçka (ABŞ),

prof. Kənan Gürsoy (Türkiyə), prof. Korkut Tuna (Türkiyə),

prof. Ş.Teoman Duralı (Türkiyə), akademik V.A.Lektorski (Rusiya),

prof. David Evans (İngiltərə), prof. Əbdümalik Nısanbayev (Qazax­stan), prof. Rəbiyyət Aslanova, prof. Rəfiqə Əzimova, prof. Əli Həsənov,

prof. A.N.Çumakov (Rusiya), f.e.d. Könül Bünyadzadə (məsul katib),

Prof. Səlahəddin Xəlilov (baş redaktor).
AFSEA-nın Redaksiyanın ünvanı:

Bakı AZ1014, Bülbül prospekti, 33

Tel.: (994-12) 498-17-45

Faks: (994-12) 598-13-01


E-mail: jurnal@felsefedunyası.org

ISSN 1810-9047


©AFSEA, 2009

©Azərbaycan Universiteti, 2009
MÜNDƏRİCAT


REDAKSİYA ŞURASINDAN
Ramiz MEHDİYEV – Ön söz əvəzi: Şərq-Qərb: fəlsəfələrin dialoqu 5

Aİda İmanquliyeva – 70
Böyük şərqşünas alim və mütəfəkkir: həyat və yaradıcılığına dair 9

Səlahəddin XƏLİLOV – Aida İmanquliyeva yaradıcılığında Şərq və Qərb

düşüncə tərzlərinin vəhdəti ideyası 11



Müasir Dünyada yeni düşüncəyə ümumİ baxış
Rəbiyyət ASLANOVAYeni zaman və humanitar düşüncə mədəniyyəti 28

Fazil MUSTAFA – Azərbaycanda modern düşüncənin informasion cəmiyyətə

transformasiya problematikası 39



Erdinc YAZIÇI – Formalaşma dövründən kimliyə modern türk

düşüncesi (türk dilində) 52



Əbülhəsən ABBASOV – Dünya problemləri: fəlsəfənin verə biləcəyi töhfə 61

Vəsilə HACIYEVA – Azərbaycançılıq və türkçülük milli ideologiya sistemində 76

Bəhram HƏSƏNOV – XIX əsrin sonu XX əsrin əvvəllərində Anadolu və Azər-

baycan türklərinin modernləşmə modelləri və müasir dövr 83

fəlsəfə tarixi
Könül BÜNYADZADƏ – Orta əsrlərdə İslam Şərqində kamil insan problemi 91

MƏDƏNİ-mənəvi dəyərlər
Erkin U.BAYDAROV – Qloballaşma prosesində Orta Asiya dövlətlərinin

inkişafının sosio-mədəni aspekti 105



Əbülfəz SÜLEYMANOV – Müasir Azərbaycan cəmiyyətində ailənin reproduktiv

funksiyasının sosioloji təhlili 114


RƏYLƏR
Səlahəddin XƏLİLOVQloballaşma və bütöv bəşəriyyət ideyası. А.Н.Чумаков.

«Глобализация. Контуры целостного мира», М.,

Проспект, 2009 125

Nəbi MEHDIYEVFelsefe: tarih ve çağdaş dönem. S.Halilov. “Doğu’dan

Bati’ya felsefe köprüsü,” İstanbul, Ötüken, 2008 129
ELMİ-FƏLSƏFİ HƏYAT
Günümüzdə İbn Xəldun düşüncəsi və sosial elmlər 135

Heydər Hüseynov – 100 136

Fəlsəfəyə münasibəti aktuallaşdıran nədir? 137

Transsendentliyə yenidən baxış 145

Elm adamlarının mobilliyi, beynəlxalq elmi ictimaiyyətə inteqrasiyanın

bir mexanizmi kimi 145


FƏLSƏFİ ESSELƏR 147
FƏLSƏFİ ETÜDLƏR 166
TƏRCÜMƏLƏR
Cəmaləddin ƏFQANİ – Fəlsəfənin faydaları 179

Məhəmməd İQBAL – İnsan “mən”i, onun azadlığı və əbədiliyi? 193

YENİ NƏŞRLƏR 218


СОДЕРЖАНИЕ 222
Table of Contents 224

Редаксийа Шурасындан


Ön söz əvəzi:
Şərq və Qərb:

fəlsəfələrin dialoqu

Müasir fəlsəfə dedikdə, təəssüf ki, əsasən Qərb fəlsəfəsi nəzərdə tu­tu­lur. Zər­düş­ti­lik və Hind-Çin fəlsəfəsi bir qayda olaraq qədim dövrə, İslam dün­yası fəl­sə­fəsi orta əsrlərə aid edilir. Bu fəlsəfi təlimlərin müasir fəlsəfi sis­temlərin strukturunda öz əksini tapıb-tapmaması məsələsi isə xüsusi bir təd­qiqatın predmetidir.

Çağdaş dövrdə elmi-fəlsəfi fikrin ən son nailiyyətlərini ehtiva edən ye­ni fəlsəfi sis­temlərin keçmişlə varislik əlaqəsi daha çox dərəcədə qədim yu­nan fəl­sə­fə­si ilə bağlılıqda öz əksini tapır. Məsələn, Haydegger yunan fəl­sə­fəsini də müasir Qərb fəlsəfəsinin tərkib hissəsi hesab edir. Başqa söz­lə, son döv­rün tədqiqatları göstərir ki, fəlsəfə inkişaf etdikcə, qədim Hind-Çin tə­limlərinin, habelə orta əsrlərə aid olan təsəvvüf fəlsəfəsinin bir sı­ra ide­ya­la­rı yenidən aktuallaşır. Hətta belə təəssürat yaranır ki, ən müasir fəl­sə­fə üzü­­nü daha çox Şərqə tutmuşdur. Ruhla, insanın daxili aləmi ilə bağ­lı təd­qi­qat­ların artması, vaxtilə fəlsəfədən ayrılmış psixologiyanın yeni­dən fəl­sə­fi prob­lemlərə qayıtması və ruhun müasir təbiətşünaslığın ən yeni nai­liy­yət­ləri ba­­zasında bir daha nəzərdən keçirilməsi, bir tərəfdən teologiya və din­­şü­nas­lıq­la, digər tərəfdən də, ənənəvi Şərq fəlsəfəsi ilə ümumi cəhətləri ar­­tırır; biz Şərq ilə Qərbin nisbi müstəqil inkişaf yollarının yenidən kə­sişməsinin şahidi oluruq.

Bu ilin may ayında Bakıda keçirilən “Müasir dünyada yeni düşüncəyə ümumi baxış” mövzusunda beynəlxalq konfransın məqsədlərindən biri də Şərq təfəkkür ənənələrinin, xüsusən türk düşüncəsinin müasir fəlsəfi və ide­o­­loji sistemlərdə yeri və rolu məsələlərini işıqlandırmaq idi. Aparılan mü­za­ki­rələr göstərdi ki, milli düşüncənin ancaq keçmiş dövrə, orta əsrlər çağına aid edilməsi, müasirliyin isə yalnız Qərb düşüncəsi ilə eyniləşdirilməsi hal­la­rı geniş yayılmışdır və çağdaş ictimai şüur da sanki bununla razılaşmışdır. Tür­kiyə filosofları öz ölkələrində müasir fəlsəfə adı altında məhz Qərb fəl­sə­fi təlimlərinin tədris olunduğunu, milli fəlsəfi fikrin isə ancaq “fəlsəfə ta­ri­xi” və “islam fəlsəfəsi” kurslarına daxil edildiyini bildirdilər. Analoji və­ziy­yət bizdə də vardır. Ona görə də, fəlsəfi konsepsiyalarda varislik məsə­ləsinin araşdırılması bu gün bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Şərq və Qərb düşüncə tərzlərinin və fəlsəfi fikir ənənələrinin qarşılıqlı su­­rətdə öyrənilməsi – fəlsəfi komparativistika indi bütün dünyada çox ak­tu­al­dır. Əlamətdar hal­dır ki, bu günlərdə 70 illik yubileyini təntənə ilə qeyd et­diyimiz professor Ai­da İmanquliyeva Azərbaycanda ədəbi-bə­dii və fəlsəfi komparativis­ti­ka­nın, habelə Şərq-Qərb sivilizasiyalarının və mil­li mədəniy­yət­lərinin mü­qa­yi­sə­li və sistemli şəkildə tədqiqinin əsasını qoy­­muşdur. Ona gö­rə də, Aida xa­nı­mın yubileyi tədqiqatçıların diqqətini bir da­ha Şərq-Qərb prob­lema­ti­ka­sı­na və fərqli dünyagörüşlərinin əlaqəsi və sin­te­zi məsələlərinə yö­nəldir. Jur­na­lımızın bu sayında da A.İmanquliyeva haq­qın­da yazılmış mə­qa­lələrdə fəlsəfi fik­rin vəhdəti problemi geniş şəkildə işıq­lan­dırılmışdır. Aida xanımın bütün ya­radıcılığı Şərq və Qərb dü­şün­cə­lə­ri­nin, təfəkkür tərzlərinin, ruh və təbiət, ide­al və ger­çək­lik arasındakı mü­na­si­bətin, po­e­tik vüsətlə rasional idrakın qar­şılıqlı əla­qə­si­nə həsr olunmuşdur. Düz­dür, o, tədqiqat predmeti olaraq ərəb mü­ha­cir ədə­biy­yatını götürür, lakin ədə­­biy­yat­şünaslıq məsələləri ilə ki­fa­yətlən­mə­yə­rək, fəl­səfi problemlərə də mü­ra­ci­ət edir ki, bütün bu mə­qam­lar jur­na­lımızda öz ək­sini tapmışdır.

Aida İmanquliyevanın 70 illik yubileyi ilə əlaqədar oktyabrın 9-dan 11-dək müddətdə keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında böyük sufi mütəfəkkiri İbn Ərəbinin fəlsəfi təliminə həsr olunmuş beynəlxalq elmi sim­po­ziumun ölkəmizin fəlsəfi ictimaiyyəti üçün xüsusi əhə­miyyəti vardır. Bu tədbir, heç şübhəsiz, Azərbaycanda təsəvvüf ideyalarının daha geniş yayılmasına və dərindən mənimsənilməsinə kömək edəcəkdir.

İbn Ərəbinin təlimi islam fəlsəfəsi tarixinin ən parlaq səhifələrindən bi­ridir. Onun ideyaları təkcə fəlsəfə kontekstində deyil, həm də sivi­liza­si­yaların dialoqu, din­lər­ara­sı münasibət, tolerantlıq baxımından böyük dəyərə ma­likdir. Belə ki, onun təlimində vəhdət ideyasının önə çəkilməsi müxtəlif din­lərdəki təfərrüatlardan abstraksiya olunmağa, vahid dini idealın forma­laş­masına imkan yaradır. Mərkəzi ofisi Oksfordda yerləşən Mühyid­din İbn əl-Ərəbi cəmiyyətinin fəaliyyəti də xalqlar arasında dostluq müna­si­bət­lə­ri­nin formalaşmasında fəlsəfənin imkanlarından istifadə olunmasına əsas­lanır. Bü­tün dünyada sülhü və məhəbbəti tərənnüm edən bu təlim sülhsevər bey­nəl­xalq siyasi kursla çox gözəl səsləşir. İndi dünyanın bir çox ölkələrində İbn əl-Ərəbi cəmiyyətinin filialları açılmışdır. “Məhəbbətdir ən böyük din” te­zisinin həm islam, həm də xristian dünyasında tərəfdarları getdikcə art­maq­dadır. Ölkəmizdə keçirilən İbn Ərəbi simpoziumunun materialları da jur­nalımızın növbəti sayında öz geniş əksini tapacaqdır. Ümidvarıq ki, sim­po­zium ölkəmizdə Şərq fəlsəfəsinə dair tədqiqatların daha intensiv şəkildə apa­rılmasına təkan verəcəkdir.

Jurnalımızın “Mədəni-mənəvi dəyərlər” rubrikasında dərc olunan mə­qa­lələrdə ictimai ger­çəkliyin aktual problemləri araş­dı­rıl­mış, mənəvi həya­tı­mı­zın mühüm səhifələri vərəqlənmiş, ailə mü­na­sibətləri təh­­lil edilmiş, müa­sir Azərbaycan ai­ləsinə və onun cə­miy­yət kon­teks­tində dəyərləndirilməsinə ge­niş yer verilmişdir.

Qazaxstan və Türkiyədən olan müəlliflərin məqalələri tərcümə edil­mə­dən, rus və türk dillərində çap olunur ki, bu da bir tərəfdən bizim jurnalın çox­dilli olmasından, digər tərəfdən də, xarici ölkələrdə də oxuculara malik olması faktını nəzərə almağımızdan irəli gəlir.

Elmi-fəlsəfi həyat bölməsində öz əksini tapan məlumatlar ölkəmizdə fəl­səfi fikrin canlanmasından, azərbaycanlı fəlsəfəçilərin beynəlxalq miq­yas­da fəallığının artmasından xəbər verir. Alimlərimizin Belçikada keçirilən Ümumdünya Fenomenologiya Konqresində, Türkiyədə keçirilən İbn Xəldun simpoziumunda fəal iştirak etməsi, Sankt-Peterburqda (Rusiya) elmin mo­bil­liyinə dair debatlarda təmsil olunmaları deyilənləri bir daha təsdiq edir. Azər­baycanın görkəmli filosofu və ictimai-siyasi xadimi Heydər Hüsey­no­vun 100 illik yubileyi ilə əlaqədar keçirilən elmi konfrans və bu barədə küt­ləvi informasiya vasitələrində açılan müzakirələr isə indi ölkəmizdə yubiley mərasimlərinin formal keçirilmədiyini və bu hadisələrin geniş ictimaiyyətin diqqət mərkəzində olduğunu göstərir.

Jurnalımız öz ənənəsinə sadiq qalaraq görkəmli filosofların əsərlə­rin­dən tərcümələrin çapını davam etdirir. Bu sayımızda Cəmaləddin Əfqaninin “Fəl­səfənin faydaları” və Məhəmməd İqbalın “İnsan “mən”i, onun azadlığı və əbədiliyi” adlı əsərləri ilk dəfə olaraq Azərbaycan dilində işıq üzü görür.

Son vaxtlar AFSEA-nın fəaliyyətində müxtəlif fəlsəfi əsərlərin di­li­mi­zə tərcüməsi işinə diqqət artmışdır. Lakin məqsəd sadəcə tərcümə deyil. Bu yeni bazada terminologiya yenidən dəqiqləşdirilməli və bu əsərlərin geniş müzakirələri təşkil olunmalıdır.



Beləliklə, jurnalın bu sayının əsas ideya istiqamətini Şərq fəlsəfi fikir ənə­nələrinin tədqiqi, yaşadılması və bərpa edilməsi, müasir fəlsəfi fikrin struk­turunda onların iştirak məqamlarının aşkarlanması, Şərq ilə Qərb ara­sında fəlsəfi mükalimə üçün baza yaradılması təşkil edir.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Şərq ilə Qərb arasında sadəcə körpü olmayıb, bu fərqli mədəniyyətləri özündə üzvi surətdə birləşdirən və bununla daha da zənginləşən bir məmləkətdir. De­məli, burada yaranan fəlsəfi təlimlər də daha universal, daha tolerant olmalı və öz sinkretikliyi ilə səciyyə­lən­məlidir.



Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin