Məhəbbətin boş kasaları


BİR-BİRİNİZƏ TOXUNMAQ VACİBDİR



Yüklə 156,31 Kb.
səhifə27/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   61
BİR-BİRİNİZƏ TOXUNMAQ VACİBDİR

Mənim canım bədənimdə yaşayır. Bədənimə toxumaq, mənə toxunmaq deməkdir. Onu rədd etmək isə məni rədd etməkdir. İnsanlar bir-birini salamlayanda, əllərini sıxırlar. Kimsə əlini mənə uzatmaqdan imtina etsə, o an münasibətlərimizin korlandığını başa düşəcəyəm. Hər bir xalqın öz adətləri var. Avropaya düşən amerikalı görüş zamanı onu qucaqlayanda özünü narahat hiss edir. Lakin avropalı üçünsə bu, adi salamlaşma qaydasıdır.

Əks cinsin nümayəndələri ilə ünsiyyət zamanı davranış üçün ictimai normalar mövcuddur. Nikahda belə normaları yalnız ər-arvad tənzimləyir. Lakin burada da hər şey yolverilən deyil. Cəmiyyət döyülənlərin və qəddar rəftara məruz qalan qurbanların müdafiəsində dayanır.

Həyat yoldaşınızın başına bəlalar gələndə,

Siz ona dayaq olmalısınız. Əgər toxunuş



Onun doğma məhəbbət dilidirsə, o, təsəlli tapır.

Bizim dövrdə bir çoxları seksual azadlığı təbliğ edirlər. Biz tez-tez eşidirik ki, ər və arvad bir-birinə sadiq olmağa məcbur deyillər. Hətta biz xəyanəti əxlaqsızlıq hesab etməsək də, razılaşın ki, həyat yoldaşımıza belə azadlıq vermək gücündə deyilik. Hiss etsək ki, həyat yoldaşımız bizi aldadır, bizə çox ağrılı olar və yaxınlıq duyğusu itər. Lakin məhəbbətin toxunuş dilində danışan insan üçün bu, əsl sarsıntı olar və o, çox çətin şəfa tapar. Çünki bu, onun üçün həyat yoldaşının sevgisini başqasına verməsi deməkdir. Onda onun məhəbbət kasası nəinki boşalar, hətta parçalanar. O parçaları bərpa etmək üçün çox vaxt və böyük güc tələb olunur.



BÖHRAN

Bizə çətin olanda, istəyirik ki, kimsə hərifi mənada əlimizdən tutsun. Niyə? Çünki toxunuş məhəbbəti ifadə edir. İnsan çətinliyə düşəndə isə məhəbbətə ehtiyac duyur. Məhəbbət ona çətinliyin öhdəsindən gəlməyə kömək edir.

Hər kəsin həyatında faciə baş verir. Valideynlər dünyasını dəyişir. Avtomobil qəzaları hər il minlərlə insanın həyatına son qoyur. Həyat yoldaşınız faciə ilə üzləşəndə, ona təsəlli verməlisiniz. Heç nə məhəbbət qədər dayaq dura bilməz. Əgər toxunuş onun doğma məhəbbət dilidirsə, o, təsəlli tapır. Nə dediyiniz vacib deyil; onu qucaqlayanda o, sizin şəfqətinizi görür. Çətin anlarda sevgini ifadə etmək labüddür. Bu, həmişəlik yadda qalır. Əks halda, həyat yoldaşınız onu sevmədiyinizi düşünür.

Uzun illər məni ardıcıl olaraq Floridaya iki günlük seminara dəvət etdilər. Bu seminarların birində mən Pit və Petsi ilə tanış oldum. Onlar Floridaya iyirmi il əvvəl köçmüşdülər (deyəsən, bu ştatda hamı gəlmədir). Seminarı yerli məbəd təşkil etmişdi. Hava limanında gələrkən, yolda pastor mənə mehmanxanada deyil, məbədin üzvü olan Pit və Petsigildə qalmağı təklif etdi. Özümü elə göstərdim ki, guya mənə xoşdur. Halbuki, bunun nə ilə nəticələnəcəyini yaxşı bilirdim. Bütün axşam onların ailə problemlərini həll etməli olacam və yatmağa gecəyarı gedəcəm. Lakin məni “sürpriz” gözləyirdi, həm də bir neçəsi.

Evdə bizi Peti və Çarli adlı pişik qarşıladı. Məni hər ikisinə təqdim etdilər. Sonra mən ətrafa göz gəzdirdim. Ev mənim çox xoşuma gəldi — geniş, işıqlı və ispan üslubunda. Çox güman ki, ikisindən biri olacaq: ya Pit uğurlu biznesmendir, ya da o, bankları yarır. Sonda birinci ehtimalım təsdiqləndi. Məni qonaqlar üçün nəzərdə tutulmuş otağa aparanda, gördüm ki, Çarli artıq orada, düz çarpayının ortasında uzanıb. O dəqiqə fikirləşdim: «Bu evin sahibi elə bu pişikdir».

Tezliklə Pit evə gəldi. Biz tələsik qəlyanaltı etdik və razılaşdıq ki, seminardan sonra birlikdə şam edək. Axşam öz-özümə dedim: «Görəsən, onlar nə vaxt öz problemləri barədə danışacaq?». Çünki uğursuz ailələri görməyə alışmışdım. Nə edim ki, işim belədir. Burada isə sanki hər şey qaydasında idi. Xoşbəxt ailə. Hətta bu, bir qədər şübhəli görünürdü. Onların sirlərini öyrənmək istədim. Lakin çox yorğun olduğum üçün düşündüm ki, bu barədə səhər açıq zehinlə fikirləşərəm. Bundan əlavə, Pit və Petsi növbəti gün məni hava limanına ötürəcəklərinə söz verdilər. Söhbət etmək üçün bizim hələ vaxtımız olacaqdı. Beləcə mən yatmağa getdim.

Çarli nəzakətlə mənə yataqda yer verərək qapıdan çıxdı. Yorğunluqdan ayaq üstə dura bilmirdim. İşığı söndürüb yuxuya getmişdim ki, üstümə ağır nəsə düşdü. Floridada böyük əqrəblərin olduğunu eşitmişdim. Amma bu, lap nəhəngdən idi. Yarı yuxulu halda nərə çəkdım və əjdahanı götürüb divara çırpdım. Möhkəm guppultu səsi eşidildi. Ev sahibləri səs-küyə qaçıb gəldilər, işığı yandırdılar və biz döşəmədə tamamilə hərəkətsiz uzanan Çarlini gördük.

Bir neçə saniyədən sonra Çarli özünə gəlib güllə kimi dəhlizə qaçdı. Mən heç vaxt bu gecəni unutmayacağam. Çarli də yəqin ki, məni unutmayacaq. Bir müddət keçəndən sonra Pit və Petsi mənə dedilər ki, pişik o vaxtdan bəri qonaqların otağından yan keçir.

Fikirləşirdim ki, bundan sonra bu ailədə kimsə mənə isti münasibət göstərməyəcək. Çünki mən onların pişiklərinin xətrinə dəymişdim. Amma çəkinməyim əbəs idi. Ertəsi gün seminar bitəndə, Pit yanıma gəlib dedi: «Doktor Çepmen, hələ bu günə kimi görməmişəm ki, kimsə bizim ailədə baş verənləri belə yaxşı izah etsin. Məhəbbətin dilləri haqqında danışdığınız hər şey doğrudur. Səbirsizliklə gözləyirəm ki, öz əhvalatımızı sizə danışım!» Bir neçə dəqiqədən sonra mən seminar iştirakçıları ilə sağollaşıb hava limanına yollandım. Yolüstü mən Pit və Petsinin hekayəsini dinlədim.

Onlar bir yerdə böyüyüb, bir məktəbdə oxumuşdular. Elə o vaxtdan bəri hamı «onların bir-biri üçün yarandığını» deyirdi. Onlar özləri də belə fikirləşirdilər. Valideynləri eyni mənsubiyyətə malik idilər. Pit və Petsinin maraqları da eyni idi. Hər ikisi tennis oynamağı, qayıqda gəzməyi, eyni kitabı oxumağı xoşlayırdı. Heç kim onların ideal cütlük olduğuna şübhə etmirdi. Məgər bu qədər oxşar olan insanlar mübahisə edə bilərdilər?

Onlar buraxılış sinfində oxuyanda, bir-birindən xoşlanmışdılar. Sonra başqa şəhərə gedib ayrı-ayrı kolleclərə daxil oldular. Amma ayda bir dəfə, bəzən də daha çox görüşürdülər. Birinci kursu bitirəndə, onlar evlənməyə qərar verdilər. Lakin əvvəlcə təhsili bitirmək lazım idi. Hər şey əla gedirdi. Üç il onlar belə cədvəl ilə yaşadılar: bir bazar Pit Petsinin, o biri bazar isə Petsi Pitin yanına gəlirdi, digər bazar günü isə onlar evə gedirdilər. Əlbəttə, onlar valideynləri ilə deyil, bir-biri ilə daha çox vaxt keçirirdilər. Daha sonra bir-birindən dincəlib öz işləri ilə məşğul olurdular. Hər ay beləcə davam edirdi. Cədvəli yalnız ad günlərində pozurdular. Onlar diplom alandan üç həftə sonra evləndilər. Pit — menecer, Petsi isə sosioloq idi. Daha iki ay keçəndən sonra onlar Pitin iş tapdığı Floridaya köçdülər. Valideynləri onlardan iki min mil uzaqlıqda qaldı. Qabaqda «əbədi bal ayı» var idi.

Doğrudan da növbəti üç ayda onların xoşbəxtliyinə heç nə mane olmadı. Onlar yaşamaq üçün yeni mənzil axtarır və yerlərini rahatlayırdılar. Yalnız bir dəfə mübahisə etmişdilər, o da Pitin Petsinin qabları yuya bilmədiyini dediyi vaxt baş vermişdi. Mübahisə növbə ilə qabları yuyacaqlarına qərar vermələri ilə bitdi. Vəssalam. Yarim il bir yerdə yaşayandan sonra Petsi hiss etdi ki, Pit get-gedə ondan uzaqlaşır. O, gecəyə qədər işləyir, evə qayıdanda isə dərhal kompyuter arxasında əyləşirdi. Petsi nə baş verdiyini soruşanda, Pit izah edirdi ki, işə təzə başlayanlar üçün həmişə asan olmur və o özünü tanıtmalıdır. Təbii ki, Petsi narazı idi, lakin nə edə bilərdi ki.

Petsi qonşularla dostlaşdı. Biləndə ki, Pit evə gec qayıdacaq, onlarla mağazaya gedirdi. Hərdən Pit evə gələndə, o, evdə olmurdu. Əlbəttə, bu, onu hirsləndirirdi. Pit Petsiyə məsuliyyətsiz olduğunu deyirdi. Petsi isə belə cavab verirdi: «Bir özünə bax! Məsuliyyətsiz olan varsa, bu sənsən. Əgər nə vaxt qayıdacağını bilmirəmsə, sənin gəlişinə qədər necə evdə ola bilərəm? Sən heç vaxt nə zəng, nə də xəbərdarlıq edirsən. Ümumiyyətlə, arvad sənin nəyinə lazımdır? Məgər kompyuter sənə azlıq edir?»

Pit cavabında qışqırırdı: «Sən heç nə başa düşmürsən! Mənə arvad lazımdır! Eşidirsən? Arvad!»

Petsi, həqiqətən də, nə baş verdiyini anlamırdı. Cavab tapmaq üçün o, kitabxanaya yollandı və nikah haqqında bir neçə kitab götürdü. «Belə olmamalıdır, — deyə o düşündü. — Çıxış yolu tapmaq lazımdır». İndi Pit kompyuter arxasında oturanda, Petsi kitab oxuyurdu, bəzən gecə saat ikiyə kimi. Pit yatmağa gedəndə, onun kitab oxuduğunu görüb, adətən, belə deyirdi: «Təəssüf ki, sən kollecdə bu qədər oxumamısan, yoxsa əlaçı olardın». Petsi cavab verirdi: «Mən tələbə deyiləm, sənin həyat yoldaşınam. Mənə indi üç də kifayət edər». Sonra Pit otağı tərk edirdi.

Bir il keçdi. Petsi təkbaşına nəsə


Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin