Qeybəti-süğra sona çatır, qeybəti-kübra başlanır.
Dörd nəfər naib həzrət Mehdinin (əc.) birbaşa göstərişi əsasında, biri o birisindən sonra naibliyə tə`yin olunur-dular. Həzrət Mehdinin (əc.) dördüncü naibi Əli ibn Məhəmməd Səmuri vəfat edəndən sonra qeybəti-süğra və xüsusi naiblik dövrü sona çatdı. Əli ibn Məhəmməd Səmurinin vəfatından altı gün əvvəl həzrətdən ona bir məktub gəldi. O, bu məktubu xüsusi şəxslərə oxudu. Onlar bu məktubun məzmunundan başa düşdülər ki, artıq qeybəti-süğra dövrü sona çatır. Məktubun mətni belə idi:
“Mehriban və bağışlayan Allahın adı ilə. Ey Əli ibn Məhəmməd Səmuri. Sən altı gündən sonra vəfat edəcəksən. Öz işlərini sahmanlayıb, ölümə hazır ol və canişinlik haqqında heç kimə vəsiyyət etmə. Artıq qeybəti-kübra başlandı. Mən daha Allahın izni olmadan zahir olmayacağam. Bu zühur uzun müddətdən sonra, yer üzü zülmlə dolan və ürəklər daşlaşan zaman baş verəcəkdir".
Dostları ilə paylaş: |