Hər iki istiqamətdə genişləndirmə formasında həyata keçirilir.
Məhsul çeşidi aşağıdan yuxarıya genişləndirildikdə məhsul çeşidinin genişləndirilməsi xırda, kiçik və ya subseqmentlər üçün istehsal edilən məhsul çeşidinə daha iri seqment (və ya seqmentlər) üçün məhsul qrupu əlavə etməklə həyata keçirilir.
Məhsul çeşidi yuxarıdan aşağıya genişləndirildikdə isə məhsul çeşidinin genişləndirilməsi iri seqment (və ya seqmentlər) üçün istehsal edilən məhsul çeşidinə daha xırda, kiçik və ya subseqment üçün məhsul qrupu əlavə etməklə həyata keçirilir.
Məhsul çeşidi hər iki istiqamətə genişləndirildikdə məhsul çeşidinin genişləndirilməsinin əvvəlki hər iki variantından, yəni həm çeşidin aşağıdan yuxarıya genişləndirilməsi variantından, həm də çeşidin yuxarıdan aşağıya genişləndirilməsi variantından istifadə edilir.
Məhsul çeşidinin dərinliyi dedikdə eyni məhsul çeşidi qrupuna daxil olan məhsulların müxtəlif modellərinin, tip-növ-ölçülərinin və s. hazırlanması və onun hesabına çeşid pozisiyalarının və ya çeşid vahidlərinin sayının artırılması başa düşülür.
Məhsul çeşidinin uyğunluğu dedikdə istehlakçı qrupları, satış kanalları və s. amillər baxımından həmin çeşidə daxil olan məhsulların oxşarlığı, ümumiliyi, yaxınlığı, daha geniş mənada bir-birini əvəz edə bilməsi başa düşülür.
Mövcud məhsul markasının saxlanması strategiyasının mahiyyəti ondan ibarətdir ki, məhsul çeşidinə daxil edilən yeni məhsula artıq bazarda kifayət qədər tanınmış, bazar uğuru qazanmış məhsulun marka adı verilir.
Məhsul çeşidinin məhdudlaşdırılması strategiyası, əvvəlki strategiyadan fərqli olaraq, məhsul kateqoriyasından müəyyən məhsul çeşidi qruplarının çıxarılmasını və bunun sayəsində məhsul çeşidinin genişliyinin azaldılmasını nəzərdə tutur.
Məhsul çeşidinin planlaşdırılmasının məqsədi istehsal ediləcək məhsulların çeşidinin müəyyənləşdirilməsi və onun təkmilləşdirilməsi, həmçinin məhsulun qiymət, keyfiyyət, texniki-istismar və iqtisadi parametrlərinin müəyyənləşdirilməsidir.