Biz inanırıq ki, insanların ehtiyaclı olduğu bütün məsələlər barəsində lazım olan hökmlər (hətta qiyamət gününədək, bəzən xüsusi və bəzən də ümumi şəkildə) islamın köklü mənbələrində bəyan olunmuşdur. Elə bu səbəbdən də, heç bir fəqihin öz şəxsi rəyinə əsasən hökm verməyə ixtiyarı yoxdur! Onlar yalnız Qur`an, sünnə, ağıl və icma əsasında ictihad edərək, dini hökmləri bu dörd mənbədən ələ gətirir və onları müsəlmanlara təqdim edirlər. Çünki islam dini kamil bir dindir və heç bir alimin fəqət özünün şəxsi rəyinə əsaslanaraq verdiyi hökmə ehtiyaclı deyildir.
Qur`ani-kərim, (axırıncı nazil olmuş surələrdən sayılan) Maidə surəsinin 3-cü ayəsində buyurmuşdur ki; “Bu gün sizin dininizi kamil etdim və nemətimi sizə tamamladım və sizin üçün İslam dinini seçdim!” Belə olan halda İslam dini bütün əsrlərin ehtiyaclarına cavab verə biləcək, kamil və hər tərəfli bir “fiqhə” malik olmazsa, onu kamil din adlandırmaq olarmı?
İslam Peyğəmbəri (s) “həccətül-vida”da, özünün ən tanınmış hədisində söyləmirmi ki, “Ey camaat! Sizi behiştə yaxınlaşdıran və cəhənnəm atəşindən uzaqlaşdıra biləcək hər bir şeyə əmr etdim! Və sizi cəhənnəm alovuna yaxınlaşdıran və behiştdən uzaqlaşdıran hər bir şeyi qadağan etdim!” (“Üsuli-kafi”, c. 2, s. 7, “Biharül-ənvar”, c. 687, s. 96) İmam Sadiq (ə) buyurur: “İmam Əli (ə) İslam dininin bütün hökmlərini (Peyğəmbərin imlası və əmrilə) yazdı. Hətta kiçik bir canlının diyəsinin hökmünü belə yazdı!”
Dostları ilə paylaş: |