Memarlıq” fakültəsi “Memarlıq layihələndirilməsi və şəhərsalma ” kafedrası Fənnin adı: Memarlıq tipologiyası


Koridor tipli, qalereya tipli və qonaq evi tipli binalar



Yüklə 1,25 Mb.
səhifə34/41
tarix30.03.2022
ölçüsü1,25 Mb.
#115051
1   ...   30   31   32   33   34   35   36   37   ...   41
bina və qurğuların tipologiyası (2)[7]

Koridor tipli, qalereya tipli və qonaq evi tipli binalar.

Koridorlu binalarda (koridor tipli) mənzillər bir qayda olaraq, koridor boyunca, onun hər iki tərəfindən yerləşdirilir. Mərtəbələrdə mənəzillərin sayı və aralarındakı məsafə binada mərtəbələrin sayından, binanın uzunluğundan asılı olan və yanğın təhlükəsizliyi normaları ilə təyin edilən pilləkənlərlə əlaqələndirilir. Koridor quruluşlu yaşayış binasının çox qənaətli planlaşdırma həlli vardır. Burada qənaət binaya düşən pilləkən və liftlərin sayının azaldılması hesabına olur. Bu üstünlük yüksək mərtəbəli binalarda daha çox özünü göstərir, çünki, burada normalara görə hər mənzildən iki pilləkənə çıxışın olması asanlıqla təmin olunur. Seksiya quruluşlu belə binalarda hər seksiyaya iki pilləkən, ya da tüstülənməyən pilləkən və iki lift olmalıdır. Koridorlu binada cəmi iki pilləkən ola bilər.

Koridor quruluşlu planda, konstruktiv sxem çox sadə alınır və birtipli elementlərlə yerinə yetirilir.

Koridor tipli binaların nöqsan cəhəti mənzillərin bir tərəfə səmtləşdirilməsi və onların seksiyalı binalardakı mənzillərə nisbətən az izolə edilməsidir. Məhz bu, keyfiyyət koridor tipli binaların seksiya tipli binalardan az maraq doğurmasına səbəb olur.

Koridor quruluşlu binalarda kifayət qədər rahatlığın yaradılması və sanitar-gigiyenik şəraitə riayət edilməsi üçün koridorların lazımı qədər eni, işıqlandırılması və küləkləndirilməsi olmalıdır. Koridorlar binanın bir baş tərəfindən (binanın uzunluğu 20m-ə qədər olarsa) və ya hər iki baş tərəfdən (binanın uzunluğu 40m-ə qədər olarsa) ola bilər. Uzunluq çox olduğu halda bir-birindən ən çox 20m məsafədə və binanın işıqlanan başından isə 30m məsafədə olan işıq yarıqlar, «cibləri» quraşdırmaq lazımdır. Uzunluğu 10m-ə qədər olan koridorlarda təbii işıqlanma verməməyə icazə verilir.

Koridor tipli binaların plan formasının əsas sxemi düzbucaqlı və binanın baş tərəfindən işıqlandırılan və küləkləndirilən koridoru kiçik parçalara bölən yerindən hərəkət etdirilmiş düzbucaqlı formada olur. Koridorun döngə yerlərində pilləkən və liftlərin yerləşdirilməsi üçün kiçik dəhlizlər əmələ gəlir.



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin