Qonaq evi tipli yaşayış binaları.
Artıq deyildiyi kimi, mənzil növləri və yaşayış binaları əhalinin demoqrafik tərkibinə görə bir-birindən ayrılmalıdır. Şəhər əhalisinin xeyli hissəsini (30%-ə yaxın), adətən tək yaşayanlar və əmək fəaliyyəti olan iki böyük adam, iki yaşlı adam və ya bir böyük və bir uşaqdan ibarət müxtəlif az saylı ailələr təşkil edir.
Adətən belə ailələr tam həcmli ev təsərrüfatı aparmır və ictimai-kommunal xidmətə (ictimai iaşə, camaşırxana və b.) ehtiyacları olur. Onların tam tərkibli köməkçi yerləşgələri olan bir otaqlı mənzillərlə təmin olunması məişət xidməti problemini həll etmir və belə mənzillərin yüksək dəyəri ilə əlaqədər olaraq iqtisadi cəhətdən məqsədəuyğun sayılır.
Tənha yaşayan və azsaylı ailələrin dolanışığından yaranan tələblərin tam təmin olunması üçün az tərkibli köməkçi yerləşgələri olan rahat qənaətli mənzilləri və sakinlərin müxtəlif növ ictimai-məişət xidməti üçün xüsusi yerləşgələri olan yaşayış evlərinin xüsusi tipinə ehtiyac yaranır.
Belə binalar qonaq evi tipli binalardır. Xarici ölkələrdə sakinlərinə ictimai xidmət göstərilən binalar çoxdan tətbiq edilir. Lakin onlar tamam başqa xüsusiyyətə malikdir. Məsələn, ABŞ-da «apartamentlər» adlandırılan qonaq evi tipli binalar əhalinin varlı təbəqələri üçün nəzərpdə tutulmuş ən bahalı yaşayış tiplərindən biridir.
Ölkəmizdə layihələşdirilən qonaq evi tipli mənzilli binalar komfort (rahatlıq) səviyyəsinə və kollektiv xidmətin inkişaf dərəcəsinə görə iki kateqoriyaya bölmək olar:
- əsasən özünəxidmətə əsaslanan, natamam avadanlığı və az tərkibli kollektiv xidmət yerləşgələri olan mənzillərlə sadələşdirilmiş tipli binalar;
- mərkəzləşdirilmiş xidmətə əsaslanan daha tam avadanlığı və inkişaf etmiş kollektiv-xidmət bölməsi olan mənzilli binalar.
Belə binalarda ictimai bölmənin yerləşgələrinə ümumi vestibül, camaşırxana, hər mərtəbədə istirahət otağı, daha az hallarda yeməkxana, mağaza daxildir. Belə binaların qənaətli olmasına baxmayaraq, hal-hazırda mənzilləri daha yüksək avadanlıqla təhciz olunan və inkişaf etmiş kollektiv xidməti olan qonaq evi tipli komfortlu binalar daha geniş yayılmışdır.
Qonaq evi tipli binalar, bir qayda olaraq, yüksəkmərtəbəli olur (9-16mərtəbə), bu isə qənaət mülahizəsi ilə, yaşayış və xidməti yerləşgələrin arasında daha rahat əlaqə yaradılmasının zəruriliyi ilə müəyyən edilir.
Kollektiv xidmət yerləşgələri qonaq evi tipli binaların əsas elementlərindəndir. Qonaq evi tipli binaların kollektiv bölməsinin tərkibinə ictimai-məişət xidmətinin aşağıdaki növləri daxildir:
- ictimai iaşə – yeməkxana qəlyanaltı, bufet, yeməklərin evlərə çatdırılması ilə ev mətbəxi;
- uşaqlara qulluq – nadir hallarda uşaq bağçası-yasli, bir qayda olaraq məktəbəqədər uşaqların gündüz qalmaları üçün otaqlar, məktəblilərin və gənclərin məşğələləri üçün otaqlar;
- mədəni xidmət – dərnək otaqları, kiçik tamaşa zalı və kitabxanası olan klub yerləşgələri, özfəaliyyət emalatxanaları, idmanla məşğul olmaq üçün yerləşgələr və b.;
- məişət xidməti – ərzaqların alınması və müxtəlif əşyaların təmiri üçün mənzillərin yığışdırılıb-təmizlənməsi üçün və b. sifarişlərin qəbulu üzrə xidmət bürosu, mağaza və ya ticarət köşkləri, bərbərxana, poçt, teleqraf və b.;
- ümumi istifadə üçün köməkçi yerləşgələr – anbar, uşaq arabalarının saxlanılması üçün yer, veloqaraj, mənzilləri avadanlıqla tam təmin olunmayan binalarda – ümumi duş və vanna otaqları, özfəaliyyyət camaşırxanaları.
Hal-hazırda qonaq evi tipli binalarda kollektiv xidmət yerləşgələrinin tərkibi və tutumuna görə normalar yoxdur. Onları hər bir konkret hal üçün binanın tutumundan, sakinlərin kontingentindən, iqtisadi imkanlardan asılı olaraq müəyyənləşdirilir.
Dostları ilə paylaş: |