Yüksəkmərtəbəli yaşayış binalarının fasadları. Çoxmərtəbəli yaşayış binasının xarici görünüşü onun daxili planlaşdırma quruluşu ilə, konstruksiyalara, materiallarla və inşa üsulları ilə sıx əlaqədardır.
Seksiyalı binalarda seksiyalara müvafiq olan fasadın detalları (girişlər, pilləkən qəfəsləri, müxtəlif ölçülü pəncərələrin, blokların və lociyaların qruplaşması) binalara xarakterik görünüş verən fasadın iri ritmik quruluşunu şərtləndirilir.
Bir seksiyalı qülləvari binalarda fasadın elementləri yaxud onların qrupları, adətən üfüqi xətt üzrə təkrar olunmur və fasadın bütün kompozisiyası əsasən şaquli xətt üzrə elementlərin təkrarında qurulur. Qülləvari bina üçün həcmin nisbətinin xüsusən böyük əhəmiyyəti var, ona görə ki, bina hər tərəfdən görünür.
Yaşayış binasının xarici görünüşünə konstruktiv həll və tikinti materialı çox əhəmiyyətli təsir edir. Məsələn, örtük tavaları kərpicdən olan xüsusi yükdaşıyan divarlara oturdulan yaşayış binalarının konstruktiv həlli pəncərə boşluqlarının enini məhdudlaşdırır, çünki aşağı mərtəbələrin aralıqlarının onlara düşən yükləri saxlamaq üçün kifayət qədər kəsikləri olmalıdır.
Isti iqlimli rayonlarda gündüz yüksək günəşdən müdafiə ücün üfüqi elementlər - balkonlar və şəbəkələr xidmət göstərir. Balkonlarda yaxud pəncərələrin altında bitkilərin və güllərin əkilməsi üçün gül qabları (güldanlar) nəzərdə tutulur. Balkonların çıxması və lociyaların dərinliyi adətən 1,2 m-dən az olmur. Cənubda ilin böyük hissəsini gündüz və gecə istifadə edildiyinə görə lociyaların dərinliyi 2 m-dən az qəbul olunur.
Yaşayış binalarının girişlərinin üstündə yüngül talvarlar, konsol yaxud nazik dirəklər üzrə giriş, artırmalarda- oturacaqlar, sarmaşıq bitkilər üçün şəbəkəli cəpərlər olur.
Müasir yaşayış binasının fasadının xarakteri əksər hallarda həmçinin pəncərə boşluqlarının və pəncərələrin nisbətindən asılıdır. Yaşayış binalarının fasadlarının memarlıq mənalılığını artırma vasitəsi rəng sayılır. Onunla fasadın ayrı-ayrı elementlərinin mənasını qeyd etmək, gücləndirmək olar.
Divarların xarici səthlərinin bəzənməsinin xarakter və keyfiyyəti çox vacib rol oynayır. İndiki dövrdə yaşayış tikintisində demək olar ki, tamamilə əmək sərfi cox olan və az omürlü suvaqlardan imtina ediblər. Yaxşı, tamamilə bəzənmiş müxtəlif materiallarla üzlənməsi istifadə olunur. İri bloklu və panel tikintidə rəngli sement tərkiblərlə fakturalanmış bloklar və panellər istifadə olunur. Həmçinin səthi relyef fakturası olan bloklar, ağ rəngli keramika yaxud şüşə tavalardan istifadə olunur. Bəzi hallarda təbii materialların (ancaq daş), yeni materiallarla (şüşə, plastmas) təzadlı birləşməsi maraqlı bədii effekt verə bilər.
Yaşayış binasının görünüşü dam örtüyünün xarakterindən çox asılıdır. Çardağları maili olan dam örtüyü yeni üst örtüyünün üsulları ilə əvəz olunurlar.
Binadan gələn istiliklə isinən daxili novlər dönmürlər və dam örtüyündən suyun yaxşı çəkilməsini təmin edirlər. Yastı dam örtükləri istismarda rahatdırlar və düzgün təşkil olduqda demək olar ki, təmir tələb etmirlər. Çoxmərtəbəli binalarda onları müxtəlif məqsədlə istifadə etmək olar.
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
“Memarlıq” fakültəsi
“Memarlıq layihələndirilməsi və şəhərsalma ” kafedrası
Fənnin adı: Memarlıq tipologiyası
Dostları ilə paylaş: |