Mənzilyanı sahələrin planlaşdırılması.
Nisbətən böyük sahələr bir-, iki- və dördmənzilli evlərdə xarakterikdir və onların ensiz tərəfini küçəyə səmtlənmək şərti ilə uzunsov düzbucaqlı formasında layihələşdirmək lazımdır. Bu küçənin, yolların və mühəndis kommunikasiyaların uzunluğunu maksimum azaltmaq imkanını yaradır.
Lakin sahənin minimum eni qonşu evlər arasındakı sahənin yanğına qarşı kəsilmə normativindən az olmamalıdır, bu isə evlərin yanğınadavamlılıq dərəcəsindən asılıdır (cədv. 1).
Cədvəl 1.
Sahənin yanğınaqarşı kəsilmə uzunluğu.
Bir binanın odadavamlılıq dərəcəsi
|
Kəsilmənin uzunluğunu, m, başqa binanın odadavamlılıq dərəcəsinə görə.
|
I və II
|
III
|
IV
|
V
|
I və II
III
IV
V
|
6
8
10
10
|
8
8
10
10
|
10
10
12
15
|
10
10
15
15
|
Birmərtəbəli bir- və ikimənzilli evlərin tikintisi zamanı evlər arasında məsafəni bir cüt ev hüdudunda normalaşdırmamağa icazə verilir. Buradan belə çıxır ki, bir cütlükdəki evlər bir-birindən istənilən minimum məsafədə ola bilər. Bununla belə, məişət rahatlığı baxımından evlər arasında məsafəni 5m-dən az etmək məsləhət deyil. Beləliklə evi sahədə yerləşdirərkən onu başqa evin tərəflərindən birinə daha çox yaxınlaşdırmaq rahat sayılır.
Ev qırmızı xətdən 3-6 m aralı yerləşdirilməlidir, onun qarşısında kolluq və çiçəkliklər olan bağça salınır. Evin arxasında meyvə bağı və bostan nəzərdə tutulur. Saray, zibilyığan və başqa təsərrüfat tikililərini evdən bir az uzaq, lakin mətbəx çıxışı ilə rahat əlaqədə yerləşdirmək lazımdır. Bəzi hallarda, xüsusilə, inkişaf etmiş ev təsərrüfatı olduqda təsərrüfat tikililəri evə bilavasitə bitişik ola bilər və ya soyuq dəhlizlərlə əlaqələndirilə bilər. Çox böyük olmayan sahədə (300-400m²) evi bəzən malikanənin dərinliyində elə yerləşdirirlər ki, onun qarşısında yaşıllıq üçün böyük sahə qalsın. Bu prinsiplə sahədə ikimənzilli evlər yerləşdirilir.
Evin cəhətlərə görə səmtləşdirilməsinin böyük əhəmiyyəti vardır, bundan sahənin və yerləşgələrin düzgün insolyasiyası asılıdır. Bütün iqlim rayonlarında mətbəxləri şimala, yataq otaqlarını cənub və cənub-şərqə doğru istiqamətləndirmək lazımdır. Ev sahədə eninə yerləşdirildikdə sahənin evin cənub tərəfindəki hissəsi daha əlverişli vəziyyətdədir. Buna görə də evin cənub tərəfindəki sahənin böyük olmasına çalışmaq lazımdır. Ev sahədə meridianal istiqamətdə yerləşdirildikdə evin qərb tərəfində sahənin böyük hissəsini saxlamaq lazımdır. Binanın istiqamətləndirilməsinda ən yaxşı səmt onun meridian xəttinə görə 30-45º bucaq altında yerləşdirilməsi sayılır.
Dostları ilə paylaş: |