Bloklaşdırılmış evlər.
Bloklaşdırılmış azmərtəbəli evlərin hər birinin mənzilyanı sahəsi olan bir-birinə bitişik lakin izolə olunmuş bir neçə mənzil-bloklardan ibarətdir.
Evin tərkibinə daxil olan blokların sayı müxtəlif şərtlərdən asılıdır (sahənin xarakteri, yerin relyefi, evin odadavamlılıq dərəcəsi, məişət tələbləri və b.) və 4-dən 16-a qədər mənzil daxil ola bilər. Bloklaşdırılmış evin qənaətliliyi evdə mənzillərin sayının çoxalması ilə artır. Lakin həddindən çox sayda mənzillərin birləşdirilməsi məişət şəraitini (rahatlığını), sanitar-gigiyenik tələbləri pisləşdirir və səmərəsiz edir.
Bloklaşdırılmış evlər birmərtəbəli və ikimərtəbəli ola bilər. İkimərtəbəli evlərdə mənzilllər iki səviyyədə (kottec tipli) və ya hər mərtəbədə bir səviyyədə ola bilər.
Tikintinin sıxlığının artması üçün üçmərtəbəli bloklaşdırılmış evləri də tətbiq etmək olar, burada evin iki mərtəbəsini kottec tipli mənzillər tutur, bir mərtəbəsində isə (çox vaxt birinci) bir səviyyədə olan evlər yerləşdərilir. Bizim tikinti təcrübəmizdə belə evlər az tətbiq edilir. Xaricdə, xüsusilə, bloklaşdırılmış evlər tək qəsəbə tipli məntəqələrdə deyil, həm də şəhər tikintisində olan Fransa, İsveç, İngiltərədə üçmərtəbəli bloklaşdırılmış evlərdən istifadə olunur.
Bütün sadalanan bloklaşdırılmış ev tiplərində hər bir mənzilin özünün ayrıca girişi olmalıdır. Mənzilləri ayrı-ayrı mərtəbələrdə yerləşdirdikdə yuxarı və aşağı mənzillərə ayrıca girişlər də verilir. Bu halda mənzilyanı sahələri, bir qayda olaraq, aşağı və yuxarı mənzillər üçün evin müxtəlif tərəflərində yerləşdirirlər.
Mənzillərin bloklaşdırılması müxtəlif üsullarla həyata keçirilə bilər.
Bloklaşdırılmanın ən sadə və ən çox yayılmış üsulu – mənzil-blokların yan divarlarının bitişik olması və bunun nəticəsində yaranmış evin sadə düzbucaqlı formada olmasıdır. Belə evdə bütün mənzillərin ikitərəfli səmtlənməsi və küləklənməsi təmin olunur.
Dostları ilə paylaş: |