Memarlıq” fakültəsi “Memarlıq layihələndirilməsi və şəhərsalma ” kafedrası Fənnin adı: Memarlıq tipologiyası


Çoxmərtəbəli yaşayış binalarının konstruktiv sxemləri



Yüklə 1,25 Mb.
səhifə30/41
tarix30.03.2022
ölçüsü1,25 Mb.
#115051
1   ...   26   27   28   29   30   31   32   33   ...   41
bina və qurğuların tipologiyası (2)[7]

Çoxmərtəbəli yaşayış binalarının konstruktiv sxemləri:

  1. uzununa yükdaşıyan divarlar; b- eninə yükdaşıyan divarlar;

c- uzununa karkas; d – eninə karkas; e- uzununa qarışıq sistem;

j, z – uzununa və eninə yükdaşıyan konstruksiyalı qarışıq sistem
Həm karkassız (divar), həm də karkaslı sistem əsas konstruktiv elementlərin qarşılıqlı yerləşdirilməsindən asılı olaraq aşağıdaki konstruktiv sxemlərə görə inşa edilə bilər:

- eninə daşıyıcı konstruksiyalarla;

- uzununa (yükdaşıyan) daşıyıcı konstruksiyalarla;

- daşıyıcı elementlərin qarşılıqlı perpendikulyar yerləşdirilməsi ilə (qarışıq sistem).



Uzununa sxemdə daşıyıcı (yükdaşıyan) divarlar və ya dirəklər bina boyunca, örtük elementləri isə eninə yerləşdirilir; eninə sxemdə aparıcı elementlər binanın eni boyunca, örtük elementləri isə, uzununa yerləşdirilir. Beləliklə həm bu, həm də başqa sxemdə bütün örtük tavaları bir istiqamətdə işləyir. Qarışıq sxemdə aparıcı elementlər həm binanın uzununa, həm də eninə istiqamətdə yerləşərək örtük elementlərinin iki qarşılıqlı perpendikulyar istiqamətdə işləməsi üçün şərait yaradır.

Eninə daşıyıcı divarları olan sxemdə konstruktiv aşırım otağa görə (2,4-3,6m); mənzilə görə (4,8-6,8m); qarışıq (böyük və kiçik aşırımları növbələməklə) qəbul edilir.

Aşırımın seçilməsi bilavasitə binanın planlaşdırma quruluşu ilə bağlıdır. Eninə divarlar arasında geniş aşırım olduqda mənzilin daha dəyişgən memarlıq-planlaşdırma həlli üçün şərait yaranır.

Karkas sistemdə tirlər binanın həm uzununa, həm də eninə yerləşdirilə bilər, çünki bu halda örtük üçün divar konstruksiyalarının prinsipial əhəmiyyəti yoxdur. Tirsiz karkasda örtük panelləri bilavasitə sütunlara söykənir və iki istiqamətdə işləyir (qarışıq sxem). Belə panellərin konstruksiyası əhəmiyyətli dərəcədə mürəkkəbləşir.



  1. Yüklə 1,25 Mb.

    Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin