Azәrbaycan Respublikası Mәdәniyyәt vә Turizm Nazirliyi Bakı Şәhәr Mәdәniyyәt vә Turizm Baş İdarәsi
Yasamal rayon Mәrkәzlәşdirilmiş Kitabxana Sistemi
Yasamal rayon MKS 2018
METODİKİ VƏSAİT
TӘRTİB EDӘN : kitabxana və biblioqrafiya proseslərinin avtomatlaşdırması şöbəsinin müdiri: Hüseynova Kifayət
Metodika – Biblioqrafiya şöbәsinin
Müdüri: İsmayılova Aysel
"Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdi ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. Ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş bir təzahürüdür."
Heydər Əliyev
1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Liditse, Sonqimı faciələri ilə eyni səviyyədə durur.
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir.
Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda qalmalıdır:
Azərbaycan Respublikasının əsas ərazisi ilə əlaqəsi kəsilmiş, 50-60 ədəd avtomat silah və ov tüfəngi ilə silahlanmış özünümüdafiə dəstəsi olan Xocalı şəhəri ətrafında ən müasir texnika ilə təpədən dırnağa qədər silahlanmış ermənilər şəhərin mühasirə halqasını günü gündən daha da sıxmış və 1992ci il fevralın 25-də gecə saat 22 radələrində Xocalı şəhərinə 366-cı motoatıcı alayının komanda heyəti və hərbi texnikası ilə birgə hücuma keçmişdir. Hücumda ermənilər tərəfindən mayor Ohanyan Seyran Muşeqoviçin komandası altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixin komandası altında 3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi Çitçyan Valeriy Isayeviç və alayda xidmət edən 50-dən atrıq erməni millətindən olan zabit və praporşiklər, tanklar, piyadaların döyüş maşınları, toplar, D-30 qaubitsası və digər müasir hərbi texnika iştirak etmişdir.
Bu kədərli on səkkizinci ildönümü günündə Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına bir daha dərin hüzünlə baş sağlığı veririk.
«Героические, отважные сыны нашего народа, сражаясь во имя защиты наших земель, Пали шехидами. Но особое место во всей этой истории занимает ходжалинская трагедия… Это, с одной стороны, – пример преданности каждого жителя Ходжалы к своей земле, нации,родине. С другой стороны, это – геноцид,совершенный националистическими, варварскими силами Армении против Азербайджана, – невиданное проявление изуверства».
Гейдар Алиев
|
Ходжалы. В 1992 году название этого древнего азербайджанского населенного пункта разнеслось по всему миру, и трагедия, произошедшая здесь, осталась в истории человечества, как одна из самых кровавых событий.
Память о страшной бойне, известной под названием Ходжалинской трагедии, вот уже больше пятьнадцатилетия витает над планетой, потрясая сердца, омрачая умы. В ночь с 25-го на 26 февраля 1992 года армянские вооруженные формирования, при участии 366-го мотострелкового полка приснопамятной советской армии превратили город Ходжалы в руины и пепелища. Сотни мирных жителей – женщин, стариков, детей были зверски убиты, замучены, искалечены, взяты в заложники.
Это преступление стало очередным проявлением целенаправленной армянской политики геноцида и экспансии против азербайджанцев. Особо отметим – это был не первый случай, когда Ходжалы стал мишенью армянских пуль. Это древний азербайджанский населенный пункт на протяжении ХХ века трижды разрушался армянами. Но, увы, эти посягательства замалчивались и не предавались широкой огласке. Быть может, именно по причине намеренно насаждаемого исторического беспамятства стало возможно повторение происходивших в Карабахе на заре века событий вновь – на исходе минувшего столетия.
Пока исконная азербайджанская земля – Карабах находится под оккупацией заклятого врага, пока этот благословенный край нашей родины не освобожден от захватчиков, и беженцы-соотечественники не вернулись в родные очаги, каждый из нас в меру сил и возможностей должен стремиться донести до мировой общественности правду об армянской агрессии, о ее тягчайших последствиях и содействовать восстановлению и утверждению справедливости.
Это наш священный долг перед нашими оккупированными и разрушенными городами и селами, уничтоженными историческими и культурными памятниками, перед разрушенными могилами наших отцов и дедов, перед скорбным духом наших предков, витающих над поруганной землей, перед памятью отцов и детей, братьев и сестер, павших шехидами, наконец, перед собственной совестью.
В этот трагический для нашего народа день, в день 18 годовщины Ходжалинской трагедии мы, с глубоким прискорбьем чтим память всех погибших в Ходжале и приносим свои соболезнования семьям, потерявших своих близких и всему Азербайджанскому народу.
"Heroic and courageous sons of our nation fighting for the sake of protection of our lands have become martyrs. But the Khodjaly tragedy has significant place in all of these events. From one hand it's a sample of faith of each Khodjaly inhabitant to own land, nation and Motherland. From other hand, it's a genocide caused by the nationalistic and barbarian forces of Armenia against Azerbaijan as well as an unprecedented expression of bigotry"
Heydar Aliyev
Khodjaly... In 1992 the name of this ancient settlement of Azerbaijan spread all over the world and the tragedy happened here remained in the history of mankind as one of the most murderous events.
The memory of the horrible massacre known as Khodjaly tragedy has been flying over the planet shaking hearts and saddening minds. The night from 25th to 26th of February in 1992 the Armenian forced groups with participation of the 366th shooting regiment of the notorious soviet army made the Khodjaly town ruins and site of fire. Hundreds of peaceful inhabitants including women, old men and children were brutally murdered, young and old alike as well as tortured, crippled and became hostages.
This crime was the, next expression of the purposeful Armenian policy of genocide and expansion against the Azerbaijan people. It's specifically notable that it wasn't the first events when Khodjaly became a target for Armenian bullets.
During the 20th century this ancient settlement of Azerbaijan was collapsed by Armenians thrice. Unfortunately, these infringements were concealed about and didn't receive publicity. Probably namely this intentionally implanted historical swoon made possible reiteration of the events happened in Garabagh in the beginning of the century again in the end of the last century.
Whilst Garabagh, a native land of Azerbaijan is under occupation of implacable enemy, while this blessed area of our Motherland isn't free of aggression and our refugee compatriots aren't back own homes each of us is liable to have effort to the world community the truth regarding the Armenian aggression and its severe results as well as render aid to rehabilitation and certification of justice.
It's our most saint duty in front of the occupied and collapsed cities and towns, destroyed historical and cultural monuments, spirits of our ancestry and their graves ruined by enemy, our martyrs and at last, in front of own conscience.
Eighteen years have passed since the Khodjaly tragedy, but the ache of Khodjaly as well as tears and blood of the Khodjaly inhabitants would never be forgotten.
This memory will remain in the hearts of the present and future generations.
We believe in triumph of justice. Our destroyed towns and villages will arise from ruins and the territorial integrity of the independent Azerbaijan will be restored!
|
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.
Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi.Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir.
Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir. "Memorial" hüquq müdafiə mərkəzinin qənaətinə görə, MDB hərbiçilərinin münaqişə regionunda hərbi əməliyyatlarda və döyüş fəaliyyətlərində iştirakı faktı, həmçinin münaqişə tərəflərinin birləşmələrinə hərbi əmlakın verilməsi faktları üzrə xüsusi araşdırmalar aparılmalıdır.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.[4] Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı soyqırımı qurbanlarının siyahısı
-
Abbasova Məryəm Məşədi qızı (1932-1992) itkin
-
Abışova Çinarə Nazim qızı (1982-1992) itkin
-
Ağayev Allahverdi Səttar oğlu (1982-1992) itkin
-
Ağayev Vüsal Səttar oğlu (1982-1992)
-
Ağayarova Sevinc İsa qızı (1985-1992)
-
Ağayarov Nəbi İsa oğlu (1981-1992)
-
Ağayarov Roman İsa oğlu (1986-1992)
-
Allahverdiyev Mahir Novruz oğlu (1975-1992) itkin
-
Allahverdiyev Mumuş ... oğlu (1938-1992)
-
Allahverdiyeva Kifayət ... qızı (?-1992)
-
Allahverdiyev Bəhram Mumuş oğlu (1975-1992)
Cabbarov Azad Pirqulu oğlu (?-1992) itkin
-
Cəbrayılova Səmayə Sarı qızı (1950-1992) qətl
-
Cəfərov Samir Tacir oğlu (1987-1992) itkin
-
Cəfərov Nüsrət (Anar) Fazil oğlu (1975-1992) itkin
-
Çobanova Nəzakət Tapdıq qızı (1984-1992) itkin
-
Əliyev Elçin Firdovsi oğlu 10 yaş itkin
-
Əliyev Elgiz Firdovsi oğlu 8 yaş itkin
-
Əliyev Elşən Əbil oğlu 5 yaş
-
Əliyev Səbuhi Cahangir oğlu 11 yaş itkin
-
Əliyev Səlim Cahangir oğlu 5 yaş itkin
-
Əliyev Ülfət İman oğlu (1972-1992)
-
Əliyeva Sürəyya Bayram qızı (1934-1992)
-
Əliyeva Sürəyya Behbud qızı (1933-1992)
-
Əliyeva Səhər Çərkəz qızı (1932-1992)
-
Əliyeva Xavər Yusif qızı (1928-1992)
-
Əliyeva Çiçək Ələsgər qızı (1931-1992)
-
Əliyeva Heyran Mürşüd qızı (1962-1992)
-
Əliyeva Yeganə Məhərrəm qızı 1.5 yaş
-
Əliməmmədov Namiq Şahmalı oğlu (?-1992)
-
Əliməmmədov Faiq Şahmalı oğlu (?-1992)
-
Ələkbərov Səxavət Təvəkkül oğlu 9 yaş
-
Ələkbərov Təvəkkül Ələkbər oğlu (?-1992)
-
Ələkbərov Əsgər Qurban oğlu (?-1992)
-
Ələkbərova Zeynəb Cümşüd qızı (?-1992)
-
Ələsgərov Vahid Rəşid oğlu (?-1992)
-
Ələsgərov Məzahir Məhərrəm oğlu (1969-1992)
-
Əsgərov Eldar Nizami oğlu (1986-1992)
-
Əsgərov Nizami Nizami oğlu (1960-1992)
-
Əsgərov Xəzani Kərəm oğlu (1962-1992)
-
Əsədov Yalçın Asif oğlu (1957-1992)
-
Əhmədzadə Şahin Əyyub oğlu (1957-1992)
-
Əhmədov Vaqif İslam oğlu (1957-1992)
-
Əhmədov Eldar Nayıb oğlu (1945-1992)
-
Əhmədov İbrahim Səfər oğlu (1958-1992)
-
Əhmədov Yelmar Nayıb oğlu (1963-1992)
-
Əhmədov Natiq İlyas oğlu (1968-1992)
-
Əhmədov Natiq Kəriş oğlu (1967-1992)
-
Əhmədov Rəfail Nayıb oğlu (1948-1992)
-
Əhmədov Həsən Hümbət oğlu (1948-1992)
-
Əhmədova Durna Salman qızı (1922-1992) itkin
-
Əhmədova Zibeydə Bədəl qızı (1928-1992)
-
Əhmədova Sərvinaz Muxtar qızı (1900-1992) 92 yaş
-
Əmirov Təvəkkül Baxış oğlu (1954-1992) qətl
-
Əmirova Raya Qabil qızı (1959-1992) qətl
-
Əmirova Xəzəngül Təvəkkül qızı (?-1992)
-
Əmirova Yeganə Təvəkkül qızı 6 || (1986-1992) qətl
-
Əmirova Raya Qabil qızı 1959-1992)
-
Əzimov Natiq Abbasqulu oğlu 6 (1986-1992) şəhid
-
Əzimov Həsənbala Şahmar oğlu (1935-1992) qətl
-
Əzimova Pərvanə Hüseyn qızı (1947-1992) qətl
-
Fərzəliyev Qədim Fərzəli oğlu (1933-1992)
-
Hacıyev Əlif Lətif oğlu (1953-1992)
-
Hacıyev Tahir Hacı oğlu 1957 itkin
-
Hüseynov Tofiq Mirsiyab oğlu || 38 (1954-1992)
-
Həsənov Elgün Nazim oğlu || 4 yaş
-
Həsənova Aygün Nazim qızı || 1.5 yaş
-
Həşimov Səlim Kərim oğlu (1963-1992) qətl
-
Hümbətov Talış İsgəndər oğlu (1931-1992) itkin
-
Hüseynov Hüseyn İsmayıl оğlu (1934-1992) itkin
-
Hüseynov Zöhrab Hüseyn оğlu (1973-1992) itkin
-
Hüseynova Maral Kamil qızı || 6 yaş
-
Hüseynov Hüseyn Fərəc оğlu || ? || || şəhid
-
Hüseynov Rəşid Hüseyn оğlu || 28 (03.10.1963-1992) şəhid
-
Hüseynov Məhsəl Elxan oğlu || 3 aylıq || || itkin
-
Hüseynov Rəcəf Elxan oğlu || 5 yaş itkin
-
Hüseynova Əzizə Alış qızı (1950-1992) itkin
-
Hüseynova Xoşbəxt Hüseyn qızı (1963-1992) itkin
-
Hüseynova Səbinə Elxan qızı || 4 yaş itkin
-
Hüseynova Nəsibə Hüseyn qızı (1980-1992) 10 yaş itkin
-
Hüseynova Süsən Hüseyn qızı (1971-1992) itkin
-
Hüseynova Mehriban Allahverdi qızı (?-1992) itkin
-
Hüseynova Zinət Yunis qızı (?-1992)
-
Rüstəmov Füzuli Salah oğlu 26 (1965-1992)
-
Xəlilova Lalə Tahir qızı (1988-1992)itkin
-
Qasımova Rəsmiyyə Ağa qızı || 11 yaş itkin
-
Qənbərov Emin Səfər oğlu || 6 yaş
-
Qənbərov Səfər Qarsalan oğlu || 31 yaş
-
Qənbərova Esmira Səfər qızı || 7 yaş
-
Qənbərova Mətanət Hacı qızı || 25 yaş
-
Qənbərova Validə Boran qızı || 51 yaş
-
Quliyev Aqil Sahib oğlu (1963-1992)
-
Quliyev Əkbər Zəkara oğlu || 30 yaş
-
Quliyev Mikayıl Zahid oğlu (1965) itkin
-
Quliyev Samir Taleh oğlu || 2 yaş
-
Quliyev Şükür Qaryağdı oğlu || 7 yaş itkin
-
Quliyev Tahir Soltan oğlu || 36 yaş
-
Quliyev Taleh Zəkara oğlu || 25 yaş
-
Quliyev Vüqar Zahid oğlu (1975) qətl
-
Quliyev Zakir Lətif oğlu || 27 yaş
-
Quliyev Zəkara Qəmiş oğlu || 60 yaş
-
Quliyeva Nuranə Qaryağdı qızı || 13 yaş itkin
-
Quliyeva Pərvanə Qaryağdı qızı || 13 yaş
-
Quliyeva Rəvanə Qaryağdı qızı || 16 yaş itkin
-
Quliyeva Sara Hüseyn qızı || 37 yaş
-
Quliyeva Sevinc Əkbər qızı || 7 yaş
-
Quliyeva Şura Şəmil qızı || 56 yaş
-
Quliyeva Zəhra Lətif qızı || 24 yaş
-
-
Mahmudov Əhliman Behbud oğlu (1941-1992) şəhid
-
Mahmudova Roza Səfər qızı (1930-1992) şəhid
-
Mehdiyeva Aysel Murad qızı || 5 (1987-1992) şəhid
-
Mehdiyeva Gülmirə Murad qızı || 2 (1989-1992) şəhid
-
Mehralıyeva Gülzar Gülalı qızı itkin
-
Mehrəliyev Orxan Əli oğlu (1971-1992) şəhid
-
Məhərrəmov Vaqif Cəmil oğlu (1951-1992) itkin
-
Məhərrəmova Bəsirə Vəli qızı (1956-1992) şəhid
-
Məhərrəmova Nazlı Vəli qızı (1953-1992) itkin
-
Məmişov Şahin Talış oğlu (1959-1992) əsir, itkin
-
Məmişov Talış Hüseyn oğlu (1921-1992) şəhid
-
Məmmədov Arif İbad oğlu (26.02.1956-1992) şəhid
-
Məmmədov Məmməd Qədir oğlu (1935-1992)
-
Məmmədov Məmməd Rəhim oğlu (1945-1992)
-
Məmmədov Möhlət Məmməd oğlu || 15 (1977-1992) itkin
-
Məmmədov Ramil Cəlal oğlu (1951-1992) şəhid
-
Məmmədov Rasif Salman oğlu (1967-1992) şəhid
-
Məmmədov Razmik Suren oğlu (1965-1992)
-
Məmmədov Saday Süleyman oğlu (1936-1992) itkin
-
Məmmədov Səfəralı Mehdi oğlu (1918-1992) qətl
-
Məmmədov Söhbət Məmməd oğlu (1976-1992) itkin
-
Məmmədov Talış İmran oğlu (1934-1992) itkin
-
Məmmədov Vaqif Şəmil oğlu (1951-1992)
-
Məmmədov Vaqif Şükür oğlu (1940-1992)
-
Məmmədov Vasif Salman oğlu (1965-1992) şəhid
-
Məmmədov Yaşa Yusif oğlu (18.06.1956-1992)
-
Məmmədov Zahir Ramiz oğlu (1975-1992)
-
Məmmədova Afilə İbrahim qızı (1949-1992) itkin
-
Məmmədova Güllü Abdal qızı || || (1925-1992)
-
Məmmədova Lətifə Eybəd qızı (1958-1992) itkin
-
Məmmədova Məleykə Atəş qızı (1938-1992) itkin
-
Məmmədova Səltənət Zülal qızı || || (1931-1992) itkin
-
Məmmədova Şövkət Eybəd qızı || || (1963-1992) itkin
-
Muradov Elşən Kazım oğlu || 21 yaş
-
Muradov Gündüz Kazım oğlu || 31 yaş
-
Muradova Ayşən Zöhrab qızı || 1 yaş
-
Mustafayev Rza Bəşir oğlu || 44 yaş
-
Mustafayev Vidadi Şafa oğlu || 29 yaş
-
Mustafayeva Yaxşı Mehdiqulu qızı (1900-1992) itkin
-
Nəbiyeva Maral Kamil qızı || 8 || ||
-
Nağıyeva Sara Ramiz qızı || || (1969-1992) şəhid
-
Nəbiyeva Səkinə Nabahalı qızı || 62 || ||
-
Nəbiyev Həsən Qaraş oğlu || 62 || ||
-
Nəcəfov Şiraslan Məmiş oğlu || 40 || ||
-
Nəsibov Ramiz Sarı oğlu || 28 || ||
-
Nəsirova Tatyana Dmitriyevna || 40 || ||
-
Nəzərli Hikmət Baba oğlu || 26 (1966-1992) itkin
-
Nuriyev Hafiz Yusif oğlu || 30 || ||
-
Nurməmmədova Pakizə İslam qızı || 66 || ||
-
Novruzov Ələsgər Xanlar oğlu || 42 (1949-1992)
-
Novruzova Adilə Məhəmməd qızı || 55 || ||
-
Novruzova Rahilə Novruz qızı || 17 || ||
-
Nişanə Xocalı Murad qızı || 2 || ||
-
Orucov Fazil Ənvər oğlu (1961) şəhid
-
Orucov Telman Ənvər oğlu (1957) şəhid
-
Orucova Xəyalə Telman qızı (1986) 6 yaş şəhid
-
Orucova Natəvan Nəbi qızı 2 yaş
-
Orucov Cavan Canan oglu (1976) itkin
-
-
Salahov Məhəmməd Əbdül oğlu (1931) qətl
-
Salahova Zəhra .... qızı (?) qətl
-
Səfərov Mübariz Əsəd oğlu (?-1992)
-
Səfərov Orduxan Aydın oğlu (1961-1992)
-
Səfərov Osman Aydın oğlu (1964-1992)
-
Səfərov Şahverdi Bəhlul oğlu (1956-1992)
-
Səfərova Pəri Muxtar qızı (1930-1992) qətl
-
Səfiyev Elxan Nəsib oğlu (1961-1992)
-
Səfiyev Sərvan Elxan oğlu (1991-1992) 1 yaş
-
Səfiyeva Gözəl Vəli qızı (1923-1992)
-
Səlimov Araz Bahadır oğlu (1960-1992)
-
Səlimov Bahadır .... oğlu (?-1992)
-
Səlimov Fəxrəddin Bahadur oğlu (1958-1992)
-
Səlimov Xəzər Səyavuş oğlu (1974-1992)
-
Səlimov Tofiq Seydi oğlu (1968-1992)
-
Səlimova Adilə Allahverdi qızı (1930-1992)
-
Səlimova Tamilə Ağamalı qızı (1936-1992) itkin
-
Səmədov Gündüz Hidayət oğlu (1957-1992)
-
Səmədov Həmid Bəylər oğlu (1958-1992)
-
Səmədov Taryel Bəylər oğlu (1964-1992)
-
Süleymanova Nübar Lələkişi qızı (1953) qətl
-
-
Şahverdiyev Vüqar Mamed oğlu (1973-1992)
-
Şahverənov Məhərrəm Codar oğlu (1930-1992)
-
Şahmuradov Mübariz Alıhüseyn oğlu (1952-1992)
-
Şahmuradov Namiq Əmirxan oğlu (1965-1992)
-
Şahmuradov Natiq Əmirxan oğlu (1965-1992)
-
Şahmuradov Nemət Musa oğlu (1962-1992)
-
Şirinov Elşən Eldar oğlu (1965-1992)
-
Şirinov ..... Elşən oğlu || 6 aylıq || 1991-1992)
-
Şirinov Vaqif Rəsul oğlu (1968-1992)
-
Şükürov Akif Rəsul oğlu (1965-1992)
-
Şükürov Vəkil İspəndiyar oğlu (1947-1992)
-
Şükürov Tofiq Zakir oğlu (1964-1992)
-
Şükürova Əntiqə İspəndiyar qızı (1934-1992)
-
Şükürova Əntiqə Vaqif qızı || 1 || ||
-
Talıbov Rəhim Xudaverdi oğlu (1908-1992)
-
Usubov Elşad Kamran oğlu (1974-1992)
-
Usubov Zakir Kamran oğlu (1965-1992)
-
Usubov Səyavuş Ramiz oğlu (1971-1992)
-
Usubov Əlyar Kamran oğlu (1967-1992)
-
Usubova Şərqiyə Usub qızı (1948-1992)
-
Vəliyev Ağasəf Zakir oğlu (1986-1992)
-
Vəliyev Əli İman oğlu (1962-1992)
-
Vəliyev Firdovsi Fazil oğlu (1966-1992)
-
Vəliyeva Güldanə Zakir qızı (1989-1992)
-
Vəliyeva Nazilə Kamil qızı (1966-1992) qətl
-
Yusifov Elzamin Yusif oğlu (1972-1992)
-
Yusifov Həmid Məhəddin oğlu (1962-1992)
-
Yusifova Nətavan Pənah qızı (1988-1992)
-
Zamanov Novruz Qulu oğlu (1936-1992) itkin
-
Zeynalov Eldar Aslan oğlu (1963-1992)
-
Zeynalov Məmməd Mikayıl oğlu (1948-1992)
-
Zeynalov Məcnun Zaman oğlu (1969-1992)
-
Zeynalov Nadir Aslan oğlu (1968-1992)
-
Zeynalov Osman Bahadur oğlu (1959-1992)
-
Zeynalov Tahir Bahadur oğlu (1963-1992)
-
Zeynalov Tofiq Aslan oğlu (1959-1992)
-
Zeynalova Aynurə Tofiq qızı (1986-1992) 6 yaş
Xocalı dəhşətləri bir kitabda
Xocalı haqqında kitab
“Xocalı yaddaşı" kitabı işıq üzü gördü
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” portalının “1905.az kitabı” seriyasından ikinci nəşri – “Xocalı Yaddaşı" kitabı işıq üzü görüb. Orijinal dizayn və nəfis tərtibatla çap olunan kitab Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub və şərti olaraq üç hissəyə bölünüb.
Kitab AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun ön sözü ilə açılır. Birinci hissədə Qarabağ bölgəsinin, bu əraziyə ermənilərin köçürülməsi tarixi, onların törətdikləri soyqırımlar, Ermənistanın ərazi iddiaları, Qarabağ probleminin başlanması, Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin işğalı ilə bağlı materiallar verilib. Birinci bölüm Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və prezident İlham Əliyevin çıxışlarından müvafiq iqtibaslarla müşayiət olunur.
Xocalı soyqırımından bəhs edən ikinci bölüm kitab içərisində kitab kimi verilib və digər bölümlərdən ayrılır. Bu bölümə Xocalı rayonu və şəhəri, Xocalı soyqırımı, hadisə zamanı itkin düşənlərin, əsir və girov götürülənlərin siyahısı, əsir və girov götürülənlərlə bağlı ətraflı məlumat, faciə zamanı müstəsna igidlik göstərən Azərbaycanın Milli Qəhrəmanları, qətliamı törədən erməni qruplaşmaları, xocalılara divan tutulan yaşayış məntəqələri ilə bağlı materiallar daxil edilib. Materiallar xarici medianın Xocalı soyqırımı ilə bağlı yazıları, faciə zamanı əsir düşənlərin dedikləri, eləcə də ermənilərin baş verənlərlə bağlı söylədikləri ilə müşayiət olunur.
Üçüncü bölümdə Rusiyanın “Memorial” İnsan Hüquqları Mərkəzinin, “Human Rights Watch” təşkilatının Xocalı hadisələri ilə bağlı hesabatı, Xocalı soyqırımı ilə bağlı rəsmi sənədlər, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra çıxış və müraciətləri, hadisənin soyqırımı kimi dəyərləndirilməsi ilə bağlı materiallar, Heydər Əliyev Fondunun Xocalı soyqırımının tanıdılması ilə bağlı fəliyyəti, “Xocalıya ədalət” kampaniyası, soyqırımın beynəlxalq aləmdə tanınması, eləcə də bu hadisə ilə bağlı gerçəkləri dünyaya yayan insanlar haqqında məlumatlar verilib.
Çingiz Mustafayev Xocalı soyqırımının qurbanlarını lentə alır
Bütün kitab boyu hadisələr müstəqil məna yükü daşıyan fotoxronikanın köməyi ilə oxuculara təqdim edilir.
Kitabda həmçinin, Xocalı soyqırımının şahidi olan insanlar, soyqırımın tədqiqatçısı olan alimlər, Xocalı faciəsinin incəsənətdə, ədəbiyyatda inikası ilə bağlı müsahibələr də yer alıb. Kitabda ilk dəfə olaraq M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fondlarından da istifadə etməklə Xocalı soyqırımı mövzusunda elmi, bədii və publisistik kitabların siyahısı verilib.
Xocalı mövzusuna geniş yer ayıran şair Elnur Coşqunun şeirlərini təqdim edirik. O, fevralı ayını yaradıcılığında `Xocalı ayı` elan edib. “Bəzən oxucular məndən soruşurlar: `Siz Qarabağdansınızmı?` Bu sual məni çaşdırır. Məncə, hamımız Qarabağdanıq”,- deyir Elnur.
O gecə göylər yerə
Narın qar ələyirdi.
Sanki Tanrısı yeri
Qüdrətindən biçdiyi
Kəfənə bələyirdi.
Nagah güllə səsindən,
Oyandı xocalılar.
O gecə...
Sükut qana boyandı.
Ahlar yaratdı,qorxu,
Ölüm adlı bir qoxu,
Sonsuz,əbədi yuxu,
Yumdu Vətən gözünü.
O gecə...
Atanın balasından,
Oğulun anasından,
Utandığı gecəydi.
O gün qara düşmənin,
Allahını dandığı,
Kinlə silahlandığı,
Ən iyrənc gecə idi.
O gecə necə idi?
Bunu bir Allah bilir,
Bir də orda çəkilən,
Qarda donan ah bilir.
Hələ ki o şaxtaya,
Əsirdir donan ahlar.
Hələ ki yuyulmayıb
O qırmızı günahlar.
Hələ ki yaşayırıq,
Bu dərdi ana-ana.
Anam Azərbaycana,
Vurulan bu ləkəni,
Silənədək yaşayaq!
Xocalının adını,
Ordaca qətl olunan,
Uşaq, qoca, qadını,
Yurdumun xoş gününə,
Bükənədək yaşayaq!
İnsanlığa yaxılan,
Bu ləkə silinməyə,
Kimin haqlı,ya haqsız,
Olduğu bilinməyə,
Çox zaman qalmayıbdı.
Kim cəza almayıbdı?
Tökdüyü qana görə.
O gecə göylər yerə,
Nifrət ilə baxırdı
O gecə yerdən - yerə,
İnsan qanı axırdı.
O gecə...
* * *
O gecə hökm elədi,qətlinə fərman, Xocalı!
Səni yandırdı o dost söylədiyin yan,Xocalı!
O quru yanda hanı,bir quru vicdan,Xocalı?!
Sakinin gördü o gün evində zindan,Xocalı!
Yaralısan,yaralı yarana qurban,Xocalı!
Düşmənin nəfsi iti,yurddaşa yurd oldu haram,
Qarabağın qara bağrında açılmış bu yaram,
İstərəm,tez sağala,bu yaranı eşqlə saram,
Mən vətəndaş Vətənin hər daşına baş qoyaram,
Gül sinən üstə başım qoyammadım,can,Xocalı!
Xalqımın öz obasında yeni yurd tikməyini,
Yurdumun gözlərinin sevinc suyu tökməyini.
Qaniçən cəlladı öz günahına bükməyini
Düşmənin inləyərək torpaq altda çökməyini,
Görməsəm,vermərəm heç vaxt,onu bil,can,Xocalı!
* * *
Ulu Tanrı,qadir Tanrı,
Açılıbdır sənə əlim.
Nədir günahı millətin?
Bu qədər dərd, bu qədər ah,
Dəlib yurdun sinəsini,
Neçə Ana gözü yaşlı,
Əli qanlı, canlı-canlı,
Dəfn edib öz körpəsinin,
Qığıltısın ürəyində.
Gətirdikcə göz önünə,
Heyrət donur göz önündə.
Xoca yurdu Xocalıda,
Günün üzünün döndüyü,
Ulduzun birdən söndüyü,
O gecəyə rəhmim gəlir.
Vəhşiləşmiş insanfason,
Yırtıcıdan qurtarmaqçün,
Körpəsini atıb qaçan,
Bir Ana qəlbinin o an,
Siləmmərəm çalışsam da,
Çığırtısın ürəyimdən.
Ulu Tanrı,adilsən sən,
Xocalıda susdurulan,
Xocalıda basdırılan,
O səsləri öz nuruna,
Rəhmətinə bükmüsən sən.
Onlar Şəhiddirlər, Şəhid!
* * *
Zaman-zaman tikələndi tikəmiz,
təndir yandı, kütə getdi kökəmiz.
Həqiqətkən bəlkələndi bəlkəmiz,
İndi şübhə sübhə doğan gümandı,
Qarabağda qan ağlayan Anamdı!
Ağla, Anam,haqsız gedən başlara,
Arxalanma içi çürük boşlara.
Ocaq üstə quru hara, yaş hara,
Quru yansa, yaş da oda yanandı,
Qarabağda qan ağlayan Anamdı!
Fələk sayır,nə sayırsa,sərt sayır,
Ömür həsrət,qübarından dərd sayır,
Qarabağçün ermənilər şərt sayır,
Hamı deyir, yazıq balam, cavandı,
Qarabağda qan ağlayan Anamdı!
Namusumun kirləndiyi o yurdda,
Millətimin şərləndiyi o yurdda,
Düşmənimin hərləndiyi o yurdda,
Vətən göyü qapqara bir dumandı,
Qarabağda qan ağlayan Anamdı!
O torpağın sinəsini yardı ah,
O torpağa hər çəkilən ah,günah.
Ah yox,döyüş meydanında,ay Allah,
Öz lütvünü bəxş et bizə, amandı,
Qarabağda qan ağlayan Anamdı!
* * *
Xocalı dəhşətinə ağlaram,yana-yana,
Burda bir soy məhv olub,insan qıyıb insana.
Necə insan deyim bu lənətlənmiş şeytana,
Yox,insan belə olmur!
Bir iltək Xocalıda o gecə çox uzandı,
Zaman dondu şaxtada,vaxt axsadı, yubandı.
Şəhər səhərə qədər, Allah, tamam talandı,
Yox,insan belə olmur!
Neçə gülçöhrələri tikanlarla cızdılar,
Düşmənlər bu oyunda mənliyi uduzdular.
İnsanlığın alnına qara hərflə yazdılar,
Yox,insan belə olmur!
Ağappaq qarın üstə qan qırmızı ləkəydi,
O gün insanlıq ölən,ruhlar çökən gün idi.
İnsanı düşündükcə dərdim birə-min idi,
Yox,insan belə olmur!
Fələyin həyasıydı, qar üstə qan ləkəsi,
Tanrısına çatmadı o gün insan tikəsi,
Necə də yaman imiş yaman qonşu hikkəsi?
Yox,insan belə olmur!
Qorxulu düşmənimin Adəm gələndən bəri,
Etdiyini etməyib heç bir insan əlləri.
Dünya,aç gözlərini,gör bu həqiqətləri,
Yox,insan belə olmur!
* * *
Baxırsan, dondurur qanı,
Hərə tərəf ölü, Xocalı.
Yer qalıb, yerlisi hanı?
Sağ ikən ölü - Xocalı.
Bu nə gün millət yaşadı?
Zaman da heyrət yaşadı.
O gecə dəhşət yaşadı,
Kərbəla çölü, Xocalı.
Gözünü yumub cahana,
Hər vücud döndü zamana.
Yaralı Azərbaycana,
Daşan qan gölü, Xocalı.
* * *
Dağ çəkibdilər sinənə,
Ağlama, Anam,ağlama!
Qıydılar neçə sənəmə,
Ağlama, Anam,ağlama!
Gözü önündə övladı,
Namərd düşmənin ovladı.
İçdi,türk qanın,doymadı,
Ağlama, Anam,ağlama!
Xocalı boyandı qana,
Qıyıldı,neçə gül cana?
Zaman da şahiddir ona,
Ağlama, Anam, ağlama!
Sığmır, idraka, ağıla,
De, kim inandı, dağıla?
Həqiqət döndü nağıla,
Ağlama, Anam, ağlama!
Nağılın sonunda bu, nə?
Göydən üç alma yerinə,
Güllə yağdı yer üzünə,
Ağlama, Anam, ağlama!
Boğdular,yurdumun ahın,
Düşmən kirlədi, sabahın.
Zaman dərk edir, günahın,
Ağlama, Anam, ağlama!
Gün-gündən Vətən yüksəlir,
Bu, düşmən bağrını dəlir.
Mübariz oğullar gəlir,
Ağlama, Anam, ağlama!
Coşqun ruh,bu ruha sən can,
Özün boyda, Azərbaycan!
Səsini,duyacaq cahan,
Ağlama,Anam,ağlama!
Xocalı Soyqırımına həsr olunmuş tədbirin ssenarisi
Tədbirin keçirildiyi məkan: 158 saylı tam orta məktəb
Tədbirin keçirildiyi tarix: 23 fevral 2018-ci il saat 15:00
Xocalı Soyqırımına həsr olunmuş tədbirin ssenarisi
Tədbirin keçirildiyi məkan: 158 saylı tam orta məktəb
Tədbirin keçirildiyi tarix: 23 fevral 2018-ci il saat 15:00
Aparıcı: Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli
səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri
Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə
Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və
qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror
aktlarından biri kimi daxil oldu". Çıxış üçün söz 158 saylı tam orta
məktəbin direktoru Mehriban Ələkbərovaya verilir.
(Çıxış)
Aparıcı: Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni
millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım
siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından
qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar
ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet
dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan
150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz
düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında
yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da
Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq
Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının
"dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını
reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə
günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi
torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Çıxış üçün söz
metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılovaya
verilir:
(çıxış)
Aparıcı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi
olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan
hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə
yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq
zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi
şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı
zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin
aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq,
70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki
valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən
gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi
indi də məlum deyil. 4-cü sinif şagirdlərinin ifasında şeir
kompozisiyasını dinləyək.
(şeir kompozisiyası)
Aparıcı: Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini
Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük
Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə
ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə
Talıbova danışırdı ki, "4 mesxeti türkü və 3 azərbaycanlının erməni
qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının
gözlərini çıxartdılar".
(Xocalı soyqırımına həsr edilmiş səhnəcik)
Aparıcı: Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü,
ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan
jurnalist və publisistləri dəhşətə gətirmişdir. Çıxış üçün söz verilir
ibtidai sinif müəlliməsi Sultanxanım Zeynalovaya
(çıxış)
Aparıcı: Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü
dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq
təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan
Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə -
Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-
hüquqi qiymət verməlidirlər.
Son
1.az.wikipedia.org/wiki/Xocal%C4%B1_soyq%C4%B1r%C4%B1m%C4%B1
2.www.ombudsman.gov.az
3./www.supremecourt.gov.az/static/view/174
4. www.azerbaijan.az/portal/Karabakh/Genocide/genocide_a.html
Dostları ilə paylaş: |