məsrəflərin faktiki səviyyəsi ilə (80,29) müqayisə etməklə 1 manatlıq əmtəəlik
məhsulun maya dəyərinin aşağı salınması üzrə plan tapşırığının yerinə yetirilmə
səviyyəsini aydınlaşdırmaq olar. Göründüyü kimi, keçən ilin məsrəflərinin
səviyyəsi ilə müqayisədə plan üzrə 0, 17 qəpik artıq xərcə 80, 46, 80, 29) yol
verilmişdir. Cari ilin planları ilə müqayisədə 1 manatlıq əmtəəlik məhsula
məsrəflərin aşağı düşməsi faktiki olaraq 0, 38 qəpik ( 80, 08-80, 46) olmuşdur.
69
Cədvəldən göründüyü kimi hər manatlıq əmtəəlik məhsula plan üzrə
19,54qəpik (100-80,46) mənfəət olmalıdır. Lakin hər manatlıq əmtəəlik məhsula
faktiki olaraq 19,92 (100-80,08) mənfəət olmuşdur. Deməli, hər manatlıq əmtəəlik
məhsula plana nisbətən faktiki olaraq 0,38 qəpik əlavə mənfəət əldə edilmişdir.
(19,92-19,54) hesabat dövründə 1 manatlıq əmtəəlik məhsula plan üzrə çeşidlərin
faktiki buraxılışına hesablanmış məsrəflərin plan səviyyəsindən kənarlaşması 1,07
qəpik (79, 39-80, 46) olmuşdur. Yəni 1,07qəpik qənaət əldə edilmişdir.
Bütün bunlarla yanaşı 1 manatlıq əmtəəlik məhsula faktiki məsrəflərin
plandan kənarlaşmasına təsir edən amilləri də təhlil etmək lazım gəlir. 1 manatlıq
əmtəəlik məhsula faktiki məsrəflərin plandan kənarlaşmasına aşağıdakı amillər
təsirr edə bilər.
• məhsulun çeşidinin və nomenklaturasının dəyişməsi:
• ayrı-ayrı məmulatların maya dəyərinin aşağı salınması.
• istehlak edilmiş, material ehtiyatlarının əvvəlcədən nəzərə tutulmuş planla
müqayisədə tarif və qiymətlərin dəyişməsi;
• məhsulun topdansatış qiymətinin dəyişməsi;
• yeni xalq istehlakı malları üzrə keyfiyyətin yaxşılaşdırılmasına əlavə
məsrəflər.
Planla müqayisədə məhsulun çeşidinin və nomenklaturasının dəyişməsinin
1 manatlıq əmtəəlik məhsula məsrəflərin səviyyəsinə təsiri cari ildə məhsul
vahidinin plan maya dəyərindən çıxmaqla müstəqim məsrəflər üzrə, o cümlədən
maşın və avadanlıqların istismarı və saxlanılmasına xərclər, ümumistehsalat
xərcləri, ümumtəsərrüfat xərcləri, sair istehsal xərcləri çıxmaqla müəyyən edilə
bilər. Müəyyən edilmiş qaydada uyğun olaraq maya dəyəri üzrə planın yerinə
yetirilməsini qiymətləndirərkən məhsulun plan çeşidlərinin pozulmasından əldə
edilən qənaət hesaba alınmır və faktiki alınmış qənaətin ümumi məbləğindən
çıxılır.
Məhsulun çeşidlərinin və nomenklaturasının dəyişməsinin ümumi
məsrəflərin səviyyəsinə təsirini təhlil etmək üçün aşağıdakı kimi cədvəl tərtib
edək.