Microsoft Word Samir? dissertasiya docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə28/36
tarix19.11.2022
ölçüsü0,69 Mb.
#119717
1   ...   24   25   26   27   28   29   30   31   ...   36
kerimova samira (1)

nformasiya sistemi və onun idarə olunması insan resurslarının idarə 
edilməsi problemləri içərisindəxüsusi yer tutur. Çünki digər problemlərin həlli 
birbaşa bu problemin həllindən başlayır. 
İ
nsan resuslarının informasiya sistemi – işçilərin fəaliyyətləri, şəxsi 
keyfiyyətləri,onların davranışları, təşkilatın strukturu və onun digər xüsusiyyətləri 
haqında məlumatların toplanması, saxlanılması, qorunması, yenilənməsi və analiz 
edilərək hesabatın hazırlanması proseslərini özündə ehtiva edir. 
İ
nsan resursları informasiya sisteminin idarə olunmasında əsas məsələ 
informasiya sisteminin hansı mövzuları əhatə etməsidir. Bu mövzular aşağıdakılar ola 
bilər: 
 İşçinin şəxsi məlumatları; 
 Təhsil məlumatları; 
 Əmək haqqı məlumatları; 
 İş təcrübəsi ilə bağlı məlumatlar; 
 Əlaqə məlumatları; 
 Xidməti fəaliyyətinin qiymətləndirilməsi məlumatları; 
 Əmək prosesinə aid məlumatları; 


72 
 Sağlamlıq və qəza məlumatları; 
 Əmək bazarı ilə əlaqədar məlumatları; 
 İşdən çıxma səbəbləri ilə bağlı məlumatlar və s. 
Ə
vvəllər bu tip informasiyalar kağızlarda saxlanılırdı, bu isə kağızlar ittiikdə, 
hər hansı fors-major hadisə baş verdikdə problemlər yaradırdı. Hazırda isə belə 
informasiyalar komputerlərdə saxlanır. Bu həm onlara rahatlıqla düzəliş etməyə, həm 
onları uzunmüddət saxlamağa, həm də istənilən zaman asanlıqla tapmağa imkan 
verir. 
Menecment sahəsində səmərəliliyə və korporativ münaibətlərə təsir edən əsas 
problemlərdən biri də etik qaydara nə dərəcədə əməl olunmasıdır. 
Müasir 
biznes 
təşkilatında 
rəhbərlərin 
və 
sıravi 
işçilərin 
etik 
davranışlarınınsəviyyəsini yüksəltmək məqsədilə müxtəlif tədbirlər nəzərdə tutulur. 
Bunlara aşağıdakıları göstərmək olar: 
1) etik kodeksin tətbiq edilməsi. Təşkilatın rəyinə əsasən bütün işçilər ümumi 
etik dəyərləri və etika qaydalarını özündə əks etdirən kodeksə riayət 
etməlidirlər. Etik normativlər təşkilatda normal etik atmosferin yaradılması 
və qərarların qəbulu prosesində etik tövsiyələrin müəyyənləşdirilməsi 
məqsədilə tərtib edilir. Adətən təşkilat etik normativləri öz işçilərinin 
nəzərinə çap materialları şəklində təqdim edir. 
2) Etika kartları – etik qayda və tövsiyələrin biznes təşkilatının hər bir 
ə
məkdaşının nəzərinə çatdırılmalı olan konkretləşdirilmiş etika kodeksidir. 
Orada təşkilatın etik məsələlər üzrə məsləhətçisinin adı və telefonu da 
yerləşdirilmişdir. Bu metoddan Yaponiya firmalarında geniş şəkildə istifadə 
edilir. 
3) Etika komitələri. Bəzi təşkilatlar gün ərzində etika təcrübəsinin 
qiymətləndirilməsi üçün daimi komitələr yaradırlar. Belə komitənin bütün 
üzvləri adətən yüksək səviyyəli rəhbərlərdən təşkil olunur. Bəzi təşkilatlar 
isə daimi komitələr əvəzinə işə etika üzrə vəkil adlandırılan mütəxəssis 


73 
dəvət edirlər. Belə vəkilin rolu biznes təşkilatının fəaliyyəti ilə əlaqədar 
olan etik normaları işləyib hazırlamaqdır. 
4) Sosial təftişlər. Sosial təftişin vəzifəsi biznes təşkilatının proqramı və 
fəaliyyətinin sosial təsiri haqqında hesabat tərtib etmək, qiymətləndirmə 
işlərini aparmaqdır. Sosial təftiş tərəfdarlarının fikrincə, bu tip hesabatlar 
təşkilatın sosial məsuliyyətinin səviyyəsinin əsas göstəricisi ola bilər. 
5) Etik davranış tədrisi. Rəhbər və sıravi əməkdaşlara etik davranış tədrisi 
zamanı onlar biznes etikası ilə tanış olurlar. 
6) Etik ekspertiza. Bu zaman yüksək rəhbərliyin, heyətin yaxud ictimaiyyətin 
narahatlığı ilə əlaqədar təşkilatın yaxud hansısa layihənin konkret fəaliyyət 
sahəsinin hərtərəfli təhlili nəzərdə tutulur.Əsas etibarı ilə təşkilatın nüfuzu 
və gələcəyi ilə əlaqədar yaranmış problemlərin təqdiqinə əsaslanır. Belə 
təftişin nəticələrinə təşkilatın mənəvi iqlimi və mənəvi rentabelliyinin 
yaxşılaşdırılmasına yönəlmiş təkliflər və düzəlişlər sistemi aiddir. 
7) Etik məsləhətlər. Konkret mürəkkəb və ziddiyyətli situasiyalar yarandıqda 
təşkilat həmin problemi öz gücü hesabına nizamlamağı bacarmazsa, 
kənardan biznes etikası üzrə müstəqil mütəxəssislər dəvət edilir. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin