İntel 8088 modeli daxili arxitekturuna görə 16 bitli MP-lar ailəsində daxil olmasina baxmayaraq xarici verilənlər şini 8 bitlidir. Odur ki, 8 və 16 bitli məlumati emal edə bilir. Proqram səviyyəsində İntel 8086 ilə, texniki imkanlarına görə 8 bitli MP-lər ilə uyğun gəlir.
İntel 8088 MP-nin daxili strukturu şəkil 3.2- də verilmişdir. Ünvan və verilənlər şini multipleksləşdirilmişdir. 20 bitli ünvan kodu 1 MB- a qədər fiziki yaddaşı ünvanlaşdırıla bilir və 24 ədəd müxtəlif ünvanlaşdırma üsulları tədbiq edilmişdir.
Reqistrlər blokuna hər biri 16 bitli olmaqla 14 ədəd registrlər daxildir.
Şəkil 3.Intel 8088 MP-nin blok-sxemi.
Prosessor 8088/8086 əmr sistemləri.
Əmrdə operandlar, ünvanlar və sürüşmələr yerləşdirilə bilinirlər. Bu əmrlərlə tanış olaq (şəkil 1). Şəkildə uzunluğu 1- dən 6 bayta qədər olan əmrlər göstərilmişdir. Əmrdə baytların sayı onun tərkibindən asılıdır. Bu baytlar əməliyyat kodundan, ünvanlaşma rejimlərindən təşkil edilə bilinərlər.
8086/8088 prosessorunda əməliyyat uzunluğu 8 bitdir, həmişə birinci baytda yerləşir və əmrlə y/y-lən əməliyyatı təyin edir. Məsələn MONE (ötürmək), ADD (toplamaq), YUMR (keçmək). İkinci bayt, əgər o varsa, ünvanlaşma rejimini iki bitli MOD və üç bitli R/M təyin edir.
Intel şirkəti istehsal etdiyi prosessorlarda tətbiq edilən 135 əmri 7 qrupa ayırmışdır: verilənlərin ötürülməsi əmrləri, hesabi əmrlər, məntiqi əmrlər, idarəedici əmrlərin ötürülməsi, zəncirvari əmrlər, prosessorun arakəsmə və idarəedici əmrləri.
Verilənlərin ötürülməsi əmrləri operandlar üzərində heç bir əməliyyat aparılmasını təmin etmir. Operandlar sadəcə olaraq mənbədən (Source) qəbilediciyə (Destinaton) göndərilir (daha dəqiq desək, sürəti köçürülür). Mənbə və qəbuledici prosessorun daxili registrləri, yaddaş xanaları və ya daxiletmə/xaricetmə qurğuları ola bilər. Bu halda HMQ-dan istifadə olunmur.
Hesab əmrləri toplama, çıxma, vurma, bölmə, 1 vahid artırma (inkrementləmə), 1 vahid azalma (dekrementləmə) və s.əməlləri icra edirlər. Bu əmrlər üçün 2 giriş operandları tələb edilir. Çıxış əmrlərini isə bir operand formalaşdırır.
Məntiq əmrləri operandlar üzərində məntiq əməllərini məsələn, məntiqi VƏ, məntiqi VƏ YA, istisnaedici VƏ YA YOX, boşaltma (təmizləmə), inversiya, müxtəlif sürüşdürmə (sağa, sola, hesabi sürüşdürmə, dövrü sürüşdürmə) əməliyyatlarını y/y. Bu əmrlər bir və ya iki giriş operandı üzərində icra edilir, nəticə isə bir çıxış operandında olur.
Keçid əmrləri əmrlərin ardıcıl icra edilməsinin adi qaydasını dəyişdirmək üçün təyin olunmuşdur. Onların köməyilə altproqramlara keçid, onlardan geri qayıtma, mümkün olan müxtəlif dövrlər, proqramın budaqlanması, proqramın bəzi fraqmentlərinin buraxılması və s.y/y. Keçid əmrləri həmişə əmrlər sayğacının tərkibini dəyişdirir.
Bundan başqa şərti və şərtsiz keçid əmrləri vardır. Bu əmrlər informasiyanın emal edilməsi üçün mürəkkəb alqoritmlərin tərtib olunmasına imkan verir.
Dostları ilə paylaş: |